Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏ

Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏDırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər.
Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz. Ailem.az bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.
İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil. Suya çox məruz qalmaq da dırnaqları gücsüzləşdirir. Duş qəbul etdikdə, üzdükdə və ya qab yuduğunuz zaman dırnaqlar suyla çox təmas edir. Bu zaman dırnaqdakı hüceyrələr genişlənir və yumşalır. Nəticədə vaxt keçdikcə dırnaqlar zəifləməyə başlayır. Soyuq havanın da bənzər təsiri var. Ona görə də qış aylarında qalın və isti əlcəklər geymək dırnaqları gücləndirməyin asan yollarından biridir.
Genetika dırnaq sağlamlığında çox əhəmiyyətli faktordur. Valideynlərinizin birinin gücsüz, kövrək dırnaqları varsa, sizdə də olma ehtimalı artır. Bunu dəyişdirmək asan olmasa da, sizdən də çox şey asılıdır. Dırnaqlarınızın sağlamlığının qayğısına qalmaq sizin də sağlamlığınıza faydalı olacaq.
Zob xəstəliyi və ya anemiya kimi sağlamlıq problemləri də dırnaqların korlanmasına gətirib çıxarır. Dırnaqlarınızın həddən artıq kövrək olması bu xəstəliklərdən birinin başlanğıcı ola bilər. Ona görə də həkimə müraciət etməyə biganə yanaşmayın.
Zülalın tərkibində olan keratin dırnaqların ana maddəsidir. Kifayət qədər zülal, yəni keratin qəbul etmək dırnaqları gücləndirmək üçün şərtdir. Bu səbəblə də bol miqdarda dəniz məhsulları, toyuq, yemiş, yumurta və tam taxıllı qidalar yemək tövsiyə edilir. B7 vitamini kimi də tanınan biyotin güclü dırnaqlar və saçlar üçün lazım olan maddədir.
Somon balığı, çərəzlər, mərcimək, banan, paxlalılar və gül kələm bol miqdarda biyotin ehtiva edən qidalardandır. Lakin nəzərə alın ki, dırnaqların özlərini yenidən canlandırmaları təxminən 6 ay davam edir. Ona görə də nəticələri görmək üçün 6 ay gözləmək lazımdır.
Sağlam dırnaqlar üçün bədənin sinkə ehtiyacı var. Bu mineral bədənin dırnaq quruluşuna qatılan zülalları meydana gətirmə bacarığını nizamlayır. Yağsız qırmızı ət, yaşıl lobya, paxla kimi qidalar bol miqdarda sink ehtiva edir.
Nizamlı olaraq manikür etdirmək də dırnaqlara zərər verir. Xüsusilə aseton dırnağın təbii yağlarını götürür. Asetonsuz lak çıxaranlardan da istifadə edə bilərsiniz. Lakin bir müddət dırnaqları təbii saxlayın. Bu da onların güclənməsinə səbəb olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2185   Tarix: 04 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetika mehsullari geyim dəbləri gozel gorunmek mastopatiya haqqinda ayaqqabı siqaret tergitmeyin asan yolu oxu zalı kosmetika toy gecesı bayati bahar vetene aid bayatilar yemekler