"Disbakterioz" adında xəstəlik yoxdur, probiotiklər heç bir fayda vermir

Rusiyanın məşhur Seçenov Universitetinin professoru, tibb elmləri doktoru, həkim-hepatoloq Aleksey Buyeverov insanların əksəriyyətinin inandıqları, lakin əslində tibbi mif olan xəstəlik, pozulma və dərmanlar haqqında çox vacib və maraqlı məlumatlar verib.
Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, professorun sözlərinə görə, disbakterioz "psevdoxəstəlikdir", yəni belə xəstəlik yoxdur.  
"Bizdə disbakteriozu aşkar etmək üçün xüsusi analiz verirlər. Bu analiz haqqında alman və ya amerikanlıya danışanda, onlar söhbətin nədən getdiyini belə anlamırlar. Əslində heç bir disbakterioz yoxdur. Ən azından ona görə ki, bir insanda bağırsaq mikroorqanizmlərinin sayı 500 min, digərində isə 30 mindir. Fərq 16 dəfədir. Və hər biri üçün bu normadır - bir insan üçün 500 min, digəri üçün isə 30 min", - alim bildirib.
Həmçinin həkim probiotik preparatları (lineks, maksilak, enterogermina və s. kimi) haqqında da məlumat verib: "Probiotiklərə bütün dünyada münasibət skeptikdir. 2019-cu ildə böyük araşdırma çıxıb. Orada göstərilib ki, probiotiklər əksər hallarda orqanizmdə qalmır, "kök salmır". Onlar konkret orqanizm üçün yaddır və bu səbəbdən onların heç bir faydası yoxdur. Onlar bağırsağa daxil olur, lakin tualetə gedəndən bağırsaqdan dərhal çıxır.
Beləliklə, onların bağırsaqda qalıb koloniya yaratmaq və bununla da orqanizm üçün faydalı olmaq ehtimalı çox cüzidir".  
Həmçinin həkim bildirib nadir hallarda olsa da probiotiklər fonunda hətta sepsisin inkişafı mümkündür və bir heç belə hadisə qeydə alınıb.  
Bundan əlavə həkim qastrit və mədə xorası xəstəlikləri haqqında da çox vacib məlumatlar verib. Həkimin sözlərinə görə, bu xəstəliklərin 95% hallarda səbəbi heç də əksəriyyətinin fikirləşdiyi pis qidalanma deyil, "Helikobacter pilori"  mikrobudur. Uzun müddət ərzində mövcud olan qastrit və xora fonunda insanda xərçəng inkişaf edə bilər. Bu səbəbdən helikobacter aşkar olunduqda mütləq müalicə almaq lazımdır. Bunun üçün xüsusi antibiotiklər sxemi istifadə olunur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1283   Tarix: 05 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

sac duzumleri kosmetik vasiteler gozel gorunmek qadinlar haqqinda maraqli melumatlar doğuşa hazırlıq cennet almasindan murebbe etiraflar kosmetika buga burcu kahfe fali heyati sirniyatlar bürclər