Quranda adıçəkilən yeganə qadın

Quranda adıçəkilən yeganə qadın"İmranın zövcəsinin: "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm.
(Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!"- dediyini xatirla! Onu (bətnindəkini) doğduğu zaman: "Ey Rəbbim! Mən qız doğdum"- söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram" (Ali-İmran, 3/35-36).
Həzrət Məryəm Allah tərəfindən insanlara rəhbərlik etmək üçün göndərilən peyğəmbərlərdən biri olan həzrət İsanın (ə.s.) anasıdır. Həzrət İsa Qüdsə yaxın bir yerdə atasız olaraq dünyaya gəlmişdir. Bəşər tarixində dünyaya atasız gələn iki şəxs var, biri insanlığın atası həzrət Adəm (ə.s.), digəri də həzrət İsadır (ə.s.). Həzrət İsanın dünyaya gəlişi Uca Rəbbimizin möcüzəsi idi.
Həzrət Məryəm Quranda xüsusi olaraq adı qeyd edilən və bir surəyə adı verilən, mübarək və müstəsna şəxsiyyətdir. Müqəddəs kitabımız Qurani-Kərimin on doqquzuncu surəsinin adı Məryəm surəsidir. Həzrət Məryəm Quranda adıçəkilən yeganə qadındir. Atasının adı da İmrandır. Quranda Məryəmin anasının adı çəkilmir, haqqında "İmranın xanımı" deyə bəhs edilir. Böyük Allah həzrət Məryəmi təltif etmiş, onu tərifləmiş və yetişdirmişdir. Mələklər ona "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, bütün dünyanın qadınlarından üstün tutmuşdur. Öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!" (Ali-İmran, 3/37,42-43).
Uca Rəbbimiz Quranda həzrət Məryəm və oğlu həzrət İsanın dünyaya gəlməsi barəsində belə deyir:
"(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona tam bir insan surətində göründü. (Məryəm) dedi: "Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!" (Cəbrail) "Mən sənə ancaq tərtəmiz bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin (lütf edib göndərdiyi) elçisiyəm!" - dedi. (Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm". (Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" Məryəm artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal (Cəbraildən) ağacın alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! Ye-iç, gözün aydın olsun, əgər bir adam görəcək olsan, belə de: "Mən Rəhman üçün oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!" (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox çirkin bir iş gördün! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" (Məryəm: "özü ilə danışın" - deyə) ona işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışaq?" -dedilər. Körpə dilə gəlib dedi: "Mən, həqiqətən, Allahın quluyam. O, mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diri olaraq qaldırılacağım gün də (Allahdan) mənə salam olsun!" Barəsində şəkk-şübhə etdikləri haqq sözə görə Məryəm oğlu İsa budur" (Məryəm, 19/16-34).
Uca Rəbbimiz "ət-Təhrim" surəsinin 12-ci ayəsində də İmranın qızı Məryəmə öz ruhumuzdan üfurdük" deyərək, həzrət Məryəmin həzrət İsaya necə hamilə qaldığını bizə anlatmışdır.
Həzrət Məryəm Quranda və hədislərdə ən çox mədh olunan qadındır.
Həzrət Məryəm bədəni və ruhi təmizliyinə, özünü Allaha ibadətə həsr etməsinə, namusunu və şərəfini qorumasına görə "Bətül" adlandırılmışdı. Eyni zamanda Bətül, mənəvi mükəmməlliklə birlikdə fiziki gözəlliyi də ifadə etdiyi üçün həzrət Məryəm dövrünün ən gözəl və ən mükəmməl qadını olaraq bilinirdi. Ayəyə görə, Məryəm təmiz bir qadındı (Ali-İmran, 3/42). Sevgili Peyğəmbərimiz bir hədisində buyurmuşdur ki, həzrət Məryəm, həzrət Asya, Fatimə və Xədicə ilə birlikdə cənnət qadınlarının qabaqcıllarıdır. Başqa bir hədisində isə "Dövrünün dünya qadınlarının ən xeyirlisi İmran qızı Məryəm, bu ümmətin qadınlarının ən xeyirlisi isə Xədicədir" deyə buyurmuşdur.

Maraqlı     Baxılıb: 1788   Tarix: 26 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

maskalar toy makiyaji sekilleri makiyaj instagram geyim kombinləri kekslər qis salatlarinin hazirlanmasi kişi dünyası kosmetika kəlamlar vətən haqqında bayatı vidyolar rus dili vetene aid atalar sozleri