Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi

Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi"Allergiyanın həlli" kitabının müəllifi, amerikalı həkim Leo Qalland qara çayın tərkibində tapılan bəzi maddələrin virusun çoxalmasını əngəllədiyini bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çayın faydalı xüsusiyyətlərindən danışan həkim koronavirusdan qorunmaq üçün çay içməyi təklif edib.
"COVID-19 insanın sadəcə immuniteti ilə deyil, metabolizm ilə də bağlı bir xəstəlikdir. Elə bu səbəbdən şəkər xəstələri və həddən artıq kök insanlar böyük risk altındadır. Odur ki, metabolizmi yaxşılaşdıran qidalanma xəstəliklərdən müdafiənin əsas şərtidir. Xüsusilə sink çox önəmlidir. Bunun bağlı sübutlar var. Meyvə, tərəvəz, bitki və ədviyyatlarda olan bioflavonoidlər bədənin virusa verdiyi reaksiyaya önəmli ölçüdə təsir edir. Qabıqlı çərəzlər, toxum, tərəvəz, balıq və dəniz məhsullarından ibarət qidalanma rejiminə keçin", - həkim qeyd edib.
Ekspert qara çayda olan bəzi maddələrin virusun çoxalmasının qarşısını aldığını deyib:
"Çay südlə içilməməlidir, çünki süd ehtiyacımız olan maddələrin sorulmasına mane olur. Çayı olduğu kimi içmək lazımdır. Melatoninin faydalı olduğuna dair bəzi dəlillər var. Melatonin əlavələri qəbul edən insanların COVID-19-u ağır keçirmək və ya virusa yoluxmaq ehtimalı azdır. Bu, yəqin ki, melatoninin immuniteti artıran və iltihab əleyhinə təsirindən qaynaqlanır".
Həkim onu da əlavə edib ki, peyvəndlərin effekti bir müddət sonra özünü göstərməyə başlayacaq:
"Koronavirus peyvəndlərinin böyük bir fərq yaradacağını düşünürəm. Lakin bu proses bir qədər uzun çəkəcək. Məni narahat edən məsələ odur ki, peyvənd istehsalı bir yarışa çevrilib. Bu səbəbdən də virusun təsirini azaltmağa, yoluxuculuğu əngəlləməyə yardım edən təbii məhsullar axtarışına çıxdım. Məhsulların çoxunu kliniki sınaqlarda istifadə etdim, əldə olunan nəticələrdən razıyam. Qara çörək otunun, sarıkökün faydalı xüsusiyyətləri çoxdur, qara üzümdə olan resveratrolu sınamağa dəyər. Bunların hamısında antiinflamatuar və antiviral xüsusiyyətlər var və qoruyucu özəlliklərə malikdir.
Vaksinlər insanların xəstəliyi ağır keçirməsinin qarşısını alır. Ancaq bu vaksinlərin virusun yoluxuculuğuna təsirinin olub-olmadığını bilmirik. Növbəti aylarda yoluxuculuğa təsiri haqqında öyrənəcəyik. Təbii vasitələr isə bu mərhələnin önəmli hissəsidir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1913   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qaşların formalari yay kolleksiyasi kosmetoloq mütləq bilməlisiniz ancelinacoli yalan haqqinda atalar sözləri süfrə mədəniyyəti kosmetika mikayıl abdullayev qadin saglamlig fitat ziyafet geyimleri novruz bayrami