Dünya şöhrətli professor uzunömürlüyün sirlərini AÇDI

Dünya şöhrətli professor uzunömürlüyün sirlərini AÇDIMəşhur onkoloq, uzun və ağrısız həyat haqqında ən çox satılan kitabların müəllifi – Devid Aqus bu yaxınlarda Moskvada keçirilən "Sağlam Moskva" assambleyasında məruzə ilə çıxış edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı həkim Cənubi Kaliforniya Universitetinin Tibb məktəbində tibb və texnologiya professorudur. O, Cənubi Kaliforniya Xərçəng Mərkəzinə və Tətbiqi Molekulyar Tibb mərkəzinə rəhbərlik edir. Dünya şöhrətli professor bir çox təltif və mükafatların, o cümlədən Amerika Tibbi Xərçəng Cəmiyyətinin Tibbi Araşdırma və Beynəlxalq Myeloma Cəmiyyətinin mükafatına layiq görülüb.
Devid Aqus ciddi elmi araşdırmaların yaydığı məlumatları izləyərək uzun və ağrısız həyat üçün tövsiyələr siyahısını tərtib edib:
"İndi sağlamlıq sözü çoxlarına darıxdırıcı, məhdudlaşdırıcı, xoşagəlməz görünür. Əslində hər şey o qədər də qorxulu deyil. Bu tövsiyələrin bəzilərinə əməl etmək çətin deyil, hətta xoşdur (məsələn, bir qədəh şərab). Lakin digər məsələlərdə iradənə qalib gələrək öz üzərində çalışmaq lazım gələcək. Belə hallarda başa düşmək vacibdir: bunu kimsə üçün deyil, sevdiyiniz insanlar üçün edirsiniz. Məsələn, şəxsən mən övladlarımı görmək, sonra nəvələrimlə oynamaq üçün daha uzun yaşamaq və sağlam olmaq istəyirəm. Bir sözlə, sizi ruhlandıracaq və aktiv uzunömürlük qaydalarının icrasına uyğunlaşmağınıza kömək edəcək hədəfi müəyyənləşdirmək vacibdir".
Hərəkətsiz gün bir qutu siqaretə bərabərdir!
"Məşq ömrü uzadır, danılmazdır. Oturaq həyat tərzi ürək xəstəliyi və vaxtından əvvəl ölüm riskini artırır. Xərçəngin inkişaf riskinin artdığı da sübut olunub. Altı saat fasiləsiz oturmaq bir paket siqaret çəkməyə bərabərdir.
Yaxşı xəbər budur ki, hətta ən kiçik, o cümlədən məişət məşqləri ömrü uzadır. Ev işləri, piyada gəzmək (ən azı bir neçə dayanacaq), lift yerinə pilləkənlərə qalxmaq - bütün bunlar ömrü uzatmağa kömək edir.
Yalnız səhər məşq edir və ya həftədə iki dəfə, uzun müddət idman salonunda tər tökürsünüzsə, bu doğru seçim deyil. İş gününün sonunda orta səviyyəli fiziki fəaliyyət çox vacibdir. Bu, məsələn, gəzmək və ya rahat ev işi ola bilər".
Dünya şöhrətli professor uzunömürlüyün sirlərini AÇDIEkspert təzyiq, nəbz, qlükoza və xolesterinin mütəmadi olaraq nəzarətdə saxlanmasını tövsiyə edir. Həkim bildirib ki, hansı fasilələrlə edilməsi yaşdan, sağlamlıq vəziyyətindən və həkimlərin tövsiyələrindən asılıdır. 18-30 yaş arasında illik profilaktik müayinədən keçməlisiniz.
Bütün həkimlər kimi, professor da tez hazırlanan yeməklərə və fəstfudlara qarşı çıxır:
"Həddən artıq işlənmiş yeməklərdən çəkinin. Üstəlik, yalnız çox qızardılmış və bişmiş yeməkləri nəzərdə tutmuram. Təzə sıxılmış şirə sizi meyvələrdə olan dəyərli lifdən məhrum edir, eyni zamanda tərkibindəki şəkər, sürətli karbohidratlar köklüyə səbəb olur. Eyni hal blenderlə parçalanmış tərəvəz məhsullarına da aiddir. Blenderdən keçirilən tərəvəzlər müqayisə edilməz dərəcədə sürətlə və asan həzm olunur. Həzm prosesinə xərclənən enerji azalır, qanda qlükoza səviyyəsi daha sürətlə yüksəlir".
Həkim Aqus əsas yeməklər arasındakı qəlyanaltılardan imtina etməyi tövsiyə edir:
"Gündə üç dəfə və nöqtə. Tez-tez yeməyi sevənlərdə diabetin inkişaf riski yüksəkdir. Endokrinoloqlar və diabetoloqlar da bunu təsdiqləyir. Ancaq istisnalar var. Həzm sisteminin müəyyən xəstəlikləri üçün qastroenteroloq fraksiya qidalanma təyin edə bilər. Əlbəttə ki, bu kimi tövsiyələrə əməl edilməlidir.
Meyvə-tərəvəzlərdə çox miqdarda vitamin var.
Dünya şöhrətli professor uzunömürlüyün sirlərini AÇDIMühazirəyə gələnlərin dövrümüzdə dərmanla yetişdirilən meyvə və tərəvəzlərin nə dərəcədə faydalı olması barədə verdikləri suala professorun cavabı belə olub:
"Onların bir çoxu istixana şəraitində yetişir, kimyəvi maddələrdən istifadə edilir, bəzən günəş işığı olmur və s. Lakin supermarketlərdən meyvə-tərəvəz alıb yeyən insanlarda vitamin çatışmazlığı olmur. Odur ki, lazımi ehtiyacı istənilən halda alacaqsınız, narahat olmayın. Yadda saxlayın ki, pəhriz əlavələri şəklində süni şəkildə sintez edilmiş vitaminləri atmaq tövsiyə olunur.
Ümumiyyətlə, elmi cəhətdən sübut edilmiş sağlam qidalanma növü var - Aralıq dənizi pəhrizi. Əsas komponentləri - balıq, tərəvəz, meyvə, zeytun yağı, taxıl məhsulları. Ən optimal ət miqdarı - həftədə 2-3 dəfə 200 - 250 qramdır", - deyə professor vurğulayıb.
Hər gecə bir badə şərab
Son elmi sübutlar göstərir ki, həftədə 6 badə qırmızı şərab sağlamlıq üçün nisbətən təhlükəsiz spirt dozası hesab edilə bilər (tibbi əks göstərişlər olmadıqda). Həkim Aqus şərab normasını şam yeməyində içməyi təklif edir:
"Məsələ ondadır ki, spirt bir qayda olaraq, sakitləşdirici və rahat şəkildə hərəkət edir. Bu, ağır gündən sonra daha yaxşı yatmağa kömək edəcək. Amma! Həddi aşmamaq vacibdir. Bir müddət istirahət etdikdən sonra "canlandıran" adrenalin hormonu istehsalında "geri dönüş" və ya artım baş verir. Sizin vəzifəniz ağlabatan miqdarda içki içməkdir. Mənim üçün, məsələn, yarım qədəhdir. Əgər normanı aşmasanız, sakitləşdirici təsir artacaq və canlandırıcı effekt azalacaq".
Dünya şöhrətli professor uzunömürlüyün sirlərini AÇDILakin həkimlərin çoxu bu barədə başqa fikirdədir. "Alkoqolun heç bir faydalı dozası yoxdur, odur ki, mümkün qədər az içməyə çalışmalısınız",- deyə Rusiya Səhiyyə Nazirliyinin kardiologiya üzrə baş mütəxəssisi, professor Sergey Boytsov məsləhət görür.
Professor Devid Aqus başqa nə məsləhət görür?
- Gündəlik işdə ardıcıllığı qorumaq çox vacibdir. Əvvəla - səhər yeməyi, nahar, şam yeməyini eyni saatlarda yemək. Yuxu saatlarının da eyni olması vacibdir.
- Qrip vaksinləri vurdurun.
- Siqareti tərgidin, o həyat keyfiyyətini pisləşdirir, ciddi sağlamlıq problemlərinə səbəb olur. Elektron siqaretə keçməyin! Onlar daha təhlükəlidir.
- İstirahətə, dincəlməyə vaxt ayırın.
- Yaranan iltihabı müalicə edin. Heç bir halda laqeyd yanaşmayın, çünki iltihabın ürək-damar xəstəliyi, xərçəng və vaxtından əvvəl qocalma səbəbi olduğu sübut edilib.
Məlumat üçün bildirək ki, sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da "New York Times" versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.
Devid Aqus məşhur "Apple" şirkətinin qurucusu Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni o da inandıra bilməyib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1584   Tarix: 07 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

turlar.az

geymler 2026 toy gecesi qadin dunyasi bürclər gündəlik necə tez arıqlayım her sey daxil biliye aid atalar sozleri kosmetika bayati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz prostat həmidə nizami gencevi