Ayaqlarınız yorulursa... Rahat yerimək üçün nə etməli?

Ayaqlarınız yorulursa... Rahat yerimək üçün nə etməli?Günümüzdə müasir qadınların əksəriyyəti, hətta cavan yaşda olan qadınlar da ayaqlarının yorulmasından şikayətçidirlər.

Buna müxtəlif amillər səbəb ola bilər. Dəbə uyğun hündür topuqlu ayaqqabılar, fiziki aktivliyin azalması, müxtəlif zərərli vərdişlərdən və qeyri-sağlam qidalardan istifadə bu amillər sırasındadır. Bəs ayaqlara əvvəlki yüngüllüyünü və buna bağlı olaraq da özümüzə yaxşı əhval-ruhiyyəni necə qaytara bilərik?

Ayaqlar niyə yorulur?

Ayaqlarınızın yorulmasının səbəbləri çox ola bilər. Günümüzdə tez-tez və ya periodik olaraq ayaq ağrısından şikayət etməyən qadına rastlamaq çox çətindir. Bu, ilk növbədə düzgün seçilməmiş ayaqqabı ilə əlaqədardır. Təəssüf ki, hazırda əsasən aşağı və orta keyfiyyətli müasir ayaqqabı istehsalçılarının böyük əksəriyyəti istehsal etdikləri ayaqqabının yeriş üçün rahat olub-olmadığı haqda düşünmürlər. Əksər hallarda müasir qadınlar da ayaqqabı seçərkən "Gözəllik qurban tələb edir" şüarını əsas tutaraq onun rahatlığına deyil, gözəlliyinə diqqət edirlər. Ancaq düşünmürlər ki, bu şübhəli gözəllik üçün sağlamlığı qurban verməyə dəyərmi? Əgər yeriyən zaman ayaqlarınızın yorulmağını və bu yorğunluğun nəticədə aşağı ətrafların varikozuna gətirib çıxarmağını istəmirsinizsə, ayaqqabı seçərkən onun dəbə uyğun olması ilə yanaşı rahat olmasına da diqqət edin. Ayaqqabını geyinib yoxladığınız zaman ayağınızın tam və sıx şəkildə ayaqqabı astarına oturmasına fikir verin, əsasən orta hissəsinin. "Geyindikcə açılar" düşüncəsi ilə bir ölçü kiçik ayaqqabı almayın, keyfiyyətli ayaqqabı bir ölçü böyüklüyündə genişlənərək ölçüsünü dəyişə bilməz. Nəhayət, gündəlik istifadə üçün topuğu 4-5 sm-dən hündür olan ayaqqabı almayın, "şpilka" və hündürdaban ayaqqabıları isə xüsusi gecələr və ictimai tədbirlər üçün saxlayın.

Ayaqlarınızın yorulmasının səbəbi həyat tərziniz də ola bilər. Məsələn, oturaq iş və ya çox gəzmənizi, ayaqüstə dayanmanızı tələb edən işlər bu yorğunluğun qaynağı ola bilər. Belə halda sizə profilaktik gimnastika, həmçinin qaçış, hovuzda üzmə kimi idman növləri ilə məşğul olmaq kömək edər. Axşam ayaqlar üçün profilaktik sərin vannalar qəbul edin, ayaqlarda yorğunluğu aradan qaldıran kremlərdən istifadə edin və s. Unutmayın ki, bu qəbildən olan ağrılar yeni yaranmağa başlayan varikoz xəstəliyinin xəbərçisi ola bilər. Buna görə də profilaktik tədbirlər sizə ancaq xeyir gətirər.

Ayaqlarınız yorulursa, nə etməli?

Bəzi sınaqdan keçmiş üsullar və prosedurlar var ki, onların tətbiqi ayaqlarınızın yorğunluğunu aradan qaldırmaqda sizə yardımçı ola bilər:

- gimnastika - barmaq uclarında gəzmək, ayaqyalın şəkildə dabandan barmaq uclarına təzyiq verərək gəzmək, barmaqların uclarını özünüzə doğru və əks istiqamətdə dartmaq, həmçinin ayaqlarınızı bir tərəfdən digərinə doğru döndərmək kimi primitiv hərəkətlər qan dövranını yaxşılaşdırır və gərilmiş əzələləri rahatladır;

- müalicəvi vannalar – ayaqlardakı yorğunluq, zoqquldama və ağırlığın aradan qaldırılmasında cökə çiçəyi, çobanyastığı cövhərindən hazırlanmış və ya dəniz duzu qatqılı rahatladıcı vannalar da effektiv təsir göstərir;

- massaj və ya özünümassaj — ayaqları yorulan hər bir qadın massajın necə rahatladıcı və xoş təsir bağışlaya biləcəyini gözəl bilir. Təəssüf ki, hər kəsin şəxsi massajisti yoxdur. Buna görə də özünümassajın bəzi incəliklərini öyrənmək heç də pis olmazdı. Bunun üçün ilk əvvəl ayaqlarınızı, sonra hər barmağınızı bir-bir gərmək lazımdır. Massajı rahatladıcı vannadan sonra etmək daha xeyirli olar, massajdan sonra isə ayaqları yuxarı qaldırmaq və bu halda 10-15 dəqiqə uzanmaq məsləhətdir.

Əgər ayaqlarınız yorulursa, ayaqqabınızı dəyişin, idmanla məşğul olun, həmçinin sadə və effektiv prosedurları tətbiq etməkdən də çəkinməyin. Daha yaxşısı isə ortopedə və fleboloqa müraciət edin, ola bilər ki, sizdə problem ayağınızın quruluşundadır və ya ayaqlarınızdakı yorğunluq inkişaf etməkdə olan varikozdan xəbər verir.

Sağlamlıq     Baxılıb: 1835   Tarix: 10 iyul 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 kosmetoloq maraqli el islerinin hazirlanmasi cinsi heyat azərbaycan haqda hind paltarlari kosmetika oglaq hakisda baldiza aid haxisda toy gecesi haxista