Düyü ilə kəsmikli piroq

Düyü ilə kəsmikli piroqƏrzaqlar: Düyü ilə kəsmikli piroq

Xəmir üçün:

3 st un

200 q kərə yağı

200 q xama

1 st şəkər tozu

1 ədəd yumurta

1 ç.q soda

ç.q ucunda duz

İçlik üçün:

500 q kəsmik

7-8 ədəd yumurta

200 q kərə yağı

1/2  st uzun düyü.

Hazırlanması:

Əvvəlcə xəmirini hazırlayaq. Dərin bir qabda un ilə yağı ovuruq.

Düyü ilə kəsmikli piroqYumurtanı, duzu və soda ilə xamanı qarışdırıb unun üstünə əlavə edib yaxşı qarışdırırıq.

Düyü ilə kəsmikli piroqŞəkər tozunu əlavə edib qarışdırırıq.

Düyü ilə kəsmikli piroqŞəkər tozunu qarışdırdıqdan sonra yumşaq xəmir kimi olacaq.

Düyü ilə kəsmikli piroqİndi isə içliyi hazırlayaq. Balaca  qazanda suya duz töküb qaynadırıq. Qaynayan kimi düyünü yuyub suya töküb qarışdırırıq. Tam bişməmiş düyünü süzürük üstünə soyuq su gəzdiririk. Qoyuruq tamam suyu süzülür və soyuyur. (düyünü aşda (plovda) olduğu kimi süzürük )

Kəsmiyi əzib üstünə kərə yağını sürtgəcdən keçirib qarışdırırıq.

Düyü ilə kəsmikli piroqKəsmiyin üstünə yumurtaları sındırıb yaxşı qarışdırırıq.

Düyü ilə kəsmikli piroqBişmiş düyünü əlavə edib yavaş qarışdırırıq. İçlik hazırdı.

Düyü ilə kəsmikli piroqXəmiri iki hissəyə bölürük altı üçün olan xəmiri o birindən böyük götürürük. Diametri 28 sm olan qabı yağlayıb böyük  kündəni əlimizi unlayıb xəmiri yayırıq. Xəmir qabın yanlarına çıxmalıdır ki içlik tökülməsin. İçliyi xəmirin üstünə tökürük.

Düyü ilə kəsmikli piroqDüyü ilə kəsmikli piroqBalaca xəmiri unlayıb yayırıq. Bu xəmir bir az çətin yayılır ələ yerə yapışır. Əgər çox yapışsa un əlavə edib bir az bərkidirik. Sonra əliniz ilə yumru qabın ağızı boyda yayırıq.

Düyü ilə kəsmikli piroqYaydığımız xəmiri içliyin üstünə ehtiyatla qoyub yanlarını bərkidirik.

Düyü ilə kəsmikli piroq170 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk. Qabda soyuyub ilıq olanda çıxarıb başqa düz qaba qoyuruq. Tam soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Düyü ilə kəsmikli piroqNuş olsun!

Mətbəx     Baxılıb: 5077   Tarix: 08 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

turlar.az

reseptler qadin sayti gelinlikler yay kolleksiyasi murebbeler hamilə qadın hicab modelleri kosmetika baldiza aid hakisda rus dilin nece orenek cekc pornuxa novruza aid hakisda heyati