Ədəb

Ədəbİmam Əli (ə):"Ədəb insanın kamalıdır."
İmam Əli (ə):"Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir." Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar."
İmam Əli (ə):"Ədəb xislətlərin ən gözəlidir."
İmam Əli (ə):"Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir."
İmam Əli (ə):"İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar."
İmam Əli (ə):"Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur."
İmam Əli (ə):"Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir."
İmam Əli (ə):"Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir."
İmam Əli (ə):"Ədəbdən xeyirli şərəf yoxdur."
İmam Əli (ə):"Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar."
İmam Əli (ə):"Sizin zinətiniz ədəbdir."
İmam Əli (ə):"Ədəb kimi zinət yoxdur."
Ədəb və ağıl.
Allahın Peyğəmbəri(s):"Gözəl ədəb ağlın zinətidir."
İmam Əli (ə):"Hər şey ağla möhtacdır, ağıl isə ədəbə."
İmam Əli (ə):"Ədəb insanda kökü ağıl olan ağac kimidir."
İmam Əli (ə):"Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir."
İmam Hüseyn (ə):"Ağlı olmayanın ədəbi olmaz."
Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
İmam Əli (ə):"Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın."
İmam Əli (ə):"Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.
Ədəbin nəticəsi
Tuhəful-uqul:"Allah-taala İsaya (ə) buyurdu:"Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et."
Tənbihul-xəvatir:"İsa ibn Məryəmə (ə) dedilər:"Sənə kim ədəb öyrətdi?" Buyurdu:"Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.
İmam Əli (ə):"Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar."
İmam Əli (ə):"Kim ədəbə könül versə pislikləri azalar."
İmam Əli (ə):"Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın."
İmam Əli (ə):"Ədəb zehnin itiliyinə səbəb olur."
İmam Əli (ə):"İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar."
Ədəbin təfsiri
İmam Əli (ə):"Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir."
İmam Əli (ə):"Bəndənin ədəbi(ni göstərməsi) üçün nemət və ehtiyaclarında öz Allahından başqa heç kəsi şərik etməməsi kifayətdir."
İmam Sadiq (ə):"Atam məni üç şeylə tərbiyə etdi. . . . Mənə buyurdu: Oğul! Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz, kim danışığını cilovlamasa peşman olar və kim pis yerlərə daxil olsa töhmətə və bəd gümanlara hədəf olar."
Ən yaxşı ədəb
İmam Əli (ə):"Ən yaxşı ədəb insanın öz həddində qal¬ma¬sı və həddini aşmamasıdır."
İmam Əli (ə):"Ən yaxşı ədəb səni xoşagəlməz (və haram) işlərdən saxlayandır."
İmam Əli (ə):"İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir."
Övladı ədəbləndirməyə təşviq.
Allahın Peyğəmbəri (s):"Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız."
İmam Əli (ə) İmam Həsənə (ə):"Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım."
İmam Sadiq (ə):"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun…"[161] ayəsi nazil olanda camaat dedi:"Ey Allahın Peyğəmbəri! Özümüzü və ailəmizi necə qoruyaq?" Buyurdu: Özünüz xeyir iş görün, onu öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə edin."
İmam Rza (ə):"Uşağa göstəriş verin ki, sədəqəni hətta bir tikə çörək və ya bir ovuc şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur."
Tərbiyənin forması.
Allahın Peyğəmbəri (s):"Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və yataqlarını bir-birindən ayırın."
Allahın Peyğəmbəri(s):"Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı), əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında üzrlüsən."
İmam Sadiq (ə):"Uşağı on beş yaşından on altı yaşına kimi oruc tutmağa öyrəşdirmək lazımdır."
Tərbiyədə riayət olunması lazım olan nöqtələr.
Biharul-Ənvar: Allahın Peyğəmbəri(s) əsəbi halda ədəb öyrətməyi qadağan edib."
İmam Əli (ə):"Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini pislikdən saxla."
İmam Əli (ə):"Yaxşıları islah etmək onlara ehtiram gös¬tərməklə, pis əməl sahiblərini islah etmək isə cəzalandırmaqladır."
İmam Əli (ə):"Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə ona bəxşiş etməklə cavab ver."
İmam Əli (ə):"Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə düzəlt və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa istiqamətləndir."
Biharul-Ənvar:"Əbulhəsən Musanın (ə) yanında öz övla¬dım¬dan şikəyətləndim. O Həzrət buyurdu: Onu vurma, ondan qısa bir müddət küs!"
İlahi ədəb qaydalarına yiyələnmək
İmam Əli (ə):"Kim böyük Allahın ədəb qaydalarına yiyələnsə (həmin ədəb o şəxsi ) əbədi qurtuluşa çatdırar."
İmam Əli (ə):"Allahın ədəb və tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz ədəbi əsasında (da) düzəlməz."
Allahın ədəbləndirməsi.
İmam Əli (ə):"Bəla zalımın ədəblənmə amilidir."
İmam Səccad (ə):"Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə."

Gözəllik və Moda     Baxılıb: 4774   Tarix: 23 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

sac duzumleri gozel gorunmek makiyaj instagram qabyuyan masin müalicəvi bitkilər bayatilar vetene aid gozalti qaralar ucun kosmetika gözəllik bedii edebiyyat balıq vusale elizade toy gecesı