ƏHALİYƏ ŞAD XƏBƏR: Ətin qiyməti YENİDƏN kəskin ucuzlaşaraq belə oldu

ƏHALİYƏ ŞAD XƏBƏR: Ətin qiyməti YENİDƏN kəskin ucuzlaşaraq belə olduSon günlər ətin qiyməti 1 manat 50 qəpiyədək aşağı düşüb, yaxın vaxtlarda məhsulun daha da ucuzlaşacağı gözlənilir. Ətin qiymətinin aşağı düşməsinin əsas səbəbi örüş sahələrinin cücərməsi, heyvanların əlavə yemə ehtiyaclarının olmamasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir. Lakin diqqət çəkən digər məqam son 3 ayda toyuq ətinin qiymətində artımın olmasıdır. Məlum olub ki, bu ilin yanvar ayında marketlərdə yerli istehsal olan toyuq ətinin 1 kiloqramının qiyməti 3.68 AZN, fevral ayında 3.86 manat, mart ayında isə 4.18 AZN təşkil edib. Ölkəyə idxal olunan toyuq ətinin də qiymətində artım nəzərə çarpıb. Xaricdən gətirilən toyuq ətinin qiyməti bu ilin yanvar ayında 3.66 AZN, fevral ayında 3.97 AZN, mart aytında isə 4.47 AZN-ə satılıb. Bu rəqəmlər Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda rəqabətli mühit olmadığı, toyuq ətinin istehsalında monopoliya olduğu üçün qiymətlərdə artım olub.

"Qiymətlər cəmiyyətin qınağı ilə tənzimlənmir. Normal bazar iqtisadiyyatında qiymətlər tələb-təklif əsasında formalaşır. Azərbaycanda isə bazar iqtisadiyyatı tam şəkildə formalaşmayıb. Ölkədə sağlam rəqabət mühiti yoxdur. Bu səbədən qiymətlər bəzən inzibati qaydalarda, bəzən isə sahibkarların istəklərinə uyğun şəkildə formalaşır. Toyuğun qiymətinə gəldikdə isə deyə bilərəm ki, bu sahədə ciddi monopoliya var. Hətta ətin satışında, qiymətlərin tənzimlənməsində bu qədər monopoliya yoxdur. Azərbaycanda toyuq istehsalı da monolopiyanın bir tərkib hissəsidir".

İqtisadçının sözlərinə görə, toyuq istehsalı üçün lazım olan avadanlıqlar, yem məhsullarının qiymətinin qalxması da bu məsələyə təsir edir:

"Ətin qiyməti yüksək olduğu üçün əhalinin böyük əksəriyyətinin alıcılıq qabiliyyəti aşağı düşdü. Bu səbəbdən istehlakçılar toyuq ətinə daha çox üstünlük verdilər. Nəticədə də toyuq ətinin satış qiyməti artıb. Bu mühitdə rəqabətlilik olsa, düşünürəm ki, qiymətlər aşağı olar. Rəqabətlilik olmadığı üçün qiymətlərdə enmə-qalxma müşahidə edilir".

İqtisadçı belə hesab edir ki, yaxın zamanlarda toyuğun qiyməti aşağı düşəcək. Bu da meyvə-tərəvəz mövsümünün gəlməsi ilə əlaqədardır.

Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev isə Cebhe.info-ya açıqlamasında qiymətlərdə o qədər də nəzərə çarpan fərqin olmadığını deyib. "Nə az, nə çox 10-20 qəpik artım var". Aydın Vəliyev belə deyir:

"Niyə təşvişə düşürsünüz, toyuğun qiyməti artmayıb axı. Qiymətdə artım olar da, hər şey xaricdən gəlir axı. Manatın devalvasiyaya uğraması, dolların bahalaşması, kommunal xərclərin artması və digər amillər toyuq məhsullarının qiymətində artıma səbəb oldu. Qiymət artımı prosesi hissə-hissə davam edib, bu, birdən-birə olan məsələ deyil. Bizdə topdansatışda, 10-20 qəpiyədək fərq var. Təəssüf ki, mağazalar artıqlaması ilə qiymət təklif edirlər, biz də onlara nəzarət edə bilmirik. Sahibkar hansı qiyməti istəyirsə, onu da qoyur".

Təkidlərə baxmayaraq qiymətlər haqda məlumat vermək istəməyən A.Vəliyev bildirib ki, toyuq-cücələri yemləmək üçün 20-dən artıq yem gətirilir:

"Onların taxıl, qarğıdalı, buğda, soya və digər yem əlavələri, həmçinin saxlanma üçün avadanlıqları var ki, bunlar da kifayət qədər vəsait tələb edir. Yemin bir hissəsi Ukrayna, Rusiya, Qazaxıstandan gətirilir. Damazlıq İngiltərə, Hollandiyadan gətirilir. Hərəsi bir qiymətə təklif edir".

Bu cür qida məhsulları, avadanlıqlar ölkəyə neçəyə gətirilir. Konkret olaraq hər hansı yem məhsulu üzərindən qiymətlərlə bağlı nümunə almaq istəsək də A.Vəliyev bu istiqamətdə də konkret fikir bildirməyib. Həmsöhbətimiz konkret olaraq hər hansı toyuq məhsulunun qiymətini də açıqlamayıb. A.Vəliyevin sözlərinə görə, onların Qazax, Lənkəranda da təsərrüfatları var:

"Məsafəyə görə daşınma xərcləri olduğu üçün hər məntəqəyə bir qiymətə gətirilir. Ən sonda toyuq məhsullarında artım olur.

Xəbərlər     Baxılıb: 3020   Tarix: 25 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

yemek reseptleri geymler 2026 donlar 2026 boyun osteoxondrozu nişan və evlilik qadin dunyasi az burcler kisiler kosmetika gozde olar maraqlı sanama əqrəb meseller