Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIR

Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIRYəqin ki, çoxumuz orqanizmimizdə yaranan hər hansı bir narahatlıq, fiziki şikayətlə bağlı həkimə getmədən öncə internetdə araşdırma edirik. İnternetdə rast gəlinən qeyri-dəqiq məlumatlar əsasında  diaqnoz qoyuruq. Bu bəsit görünən həll metodu çox zaman xəstəliklə bağlı şübhələrin artmasına səbəb olur.
Həddindən artıq axtarış isə şübhələrin artmasına və narahatlığın ciddi bir problemə çevrilməsinə yol açır.
Yəni əslində ciddi bir xəstəlik olmadığı halda insanın o anda yaşadığı stress narahatlıq, qorxu və ya depressiya kimi emosional vəziyyətlər bədənin fiziki vəziyyətinə də təsir göstərir. Məşhur bir ifadədə də qeyd olunduğu kimi: Hər şey beyində başlayır.
Sən demə insanların internetdə qarşılaşdıqları qeyri-dəqiq və qorxuducu tibbi məlumatlardan təsirlənərək özlərini çoxsaylı xəstəliklərlə əlaqələndirmələri də xəstəlik imiş. Bu fenomenə pxisologiyada Siberkondriya adı verilir.
İnternetdən yoluxan bu "xəstəlik"  insanların sağlamlıqla bağlı yanlış düşünmələrinə səbəb olur. Bununla yanaşı, həddindən artıq narahatlıq və təlaş yaratmaqla, insanların həyat keyfiyyətini aşağı salır. Səhv diaqnozların qoyulmasına və yanlış müalicə metodlarına yönlənmələrinə gətirib çıxarır. "Siberkondriya yalnız psixoloji təsir göstərmir. Həmçinin lazım olmayan dərmanlardan istifadəni də artırır.  
Mütəxəssislər bildirirlər ki, internetdən istifadə artdıqca bu xəstəliyə yoluxma riski də artan dinamika ilə davam edəcək.
Ətraflı
Bəs, bununla necə mübarizə aparmaq olar?
Milli.Az xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, psixoloq və psixiatrlar tərəfindən Siberkondriya ilə bağlı diaqnoz qoyulmur. Onun sözlərinə görə, bu, xəstəlik olmadığı üçün dərmanlarla müalicə edilə bilmir.
"Lakin simptomlardan müəyyən edə bilirik.  Siberkondriya ayrıca deyil, xəstəliklərin arasında bir qoldur. Bu da internetdə daha çox zaman keçirərək xəstəliklər haqqında araşdırmaq, müəyyən xəstəliklər haqqında məlumat almaqdır. Səbəblər müxtəlifdir. İnsan var ki, o çox bilgiyə sahib olmaq istəyir. Elə insanlar da olur ki, xəstədirlər və öz xəstəlikləri haqqında həddən artıq çox məlumat əldə etmək istəyirlər. Buna səbəb öz xəstəliklərini idarə etməkdir. Bəzilərinin isə sadəcə bir işlə məşğul olmağa ehtiyacı var. Lakin ən başlıca məsələ psixoloji narahatlıqla bağlıdır", - o deyib.
Müsahibimiz bunun müalicəsinin yalnız psixoloqla mümkün olduğunu deyir.
"Məsələnin əsas mahiyyəti öyrənilir, kökündə dayanan problem araşdırılır. Bu zaman şəxsin problemi mütəxəssis  tərəfindən aşkarlanır və müalicə edilir. Ümumiyyətlə birşey həyat tərzinizə mane olursa, o problemdir",- deyə F.Mehmanqızı fikrini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1571   Tarix: 09 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gelinlikler reseptler toy makiyaji sekilleri kesmikli koke qadın dünyası az saç düzümləri is qurmagin yollari kosmetika vicdan seksi həsən bəy zərdabi hakista sozler janrlar