Əksər qadınlar niyə ev işlərindən qaçırlar?

Əksər qadınlar niyə ev işlərindən qaçırlar?Yemək bişirmək, evi səliqəyə salmaq, uşaqlara baxmaq qadın işidir. Amma nədənsə müasir qadınlar tədricən bu adəti unudur və ev işləri görmək istəmirlər. Daha çox xadimə, xidmətçi və dayələrin xidmətindən yararlanmağa üstünlük verirlər.Psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir zamanda əksər qadınlar yemək bişirmək və başqa ev işlərini görməkdən imtina edirlər: "Onlar daha çox karyera qurmaq, mədəni istirahət, özünə qulluq etmək istəyirlər. Xüsusilə də işləyən qadınlar daha çox yorulur, həm iş, həm ev, həm də uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirlər. Bu qədər işləməklə yanaşı onlar həm də baxımlı, səliqəli və gözəl görünməyə də çalışırlar. İşləməklə yanaşı onlar dəblə bağlı xəbərləri izləməyə, kolleksiyalarla maraqlanmağa vaxt da tapırlar. Bütün bunlar da ona gətirib çıxarır ki, müasir qadın kişiyə nisbətən daha çox enerji sərf etməli olur. Buna baxmayaraq, ailədə ondan daha çox şey tələb olunur. Bu da müasir qadınların xidmətçi və ya dayə axtarışında olmasına gətirib çıxarır". Həmidli bildirib ki, qadınları ev işlərindən uzaqlaşdıran onların daim gözəl görünmək istəyidir: "Məhz bu tip qadınlar ev işi görməyi özlərinə sığışdırmırlar. Onlar yemək bişirərkən yemək iyinin paltarlarına hopmasından ehtiyat edir, ev işləri görərkən manikurlarının xarab olmasından dəhşətə gəlirlər. Onlar hər gün mükəmməl görünməyə çalışır, gözəllik salonlarında vaxt keçirir və özlərini əziyyətə vermək istəmirlər. Bəziləri hətta qorxur ki, ev işlərini görmək, qazın qarşısında vaxt keçirmək onları eybəcərləşdirə bilər". Ev işlərindən qaçmağın başqa bir səbəbi isə müasir qadınların uzun müddət pəhriz saxlaması və zəifləməsidir. Onlar zəiflədiyi üçün iş görə bilmir və xroniki yorğunluqdan əziyyət çəkirlər. Əgər əvvəllər artıq çəkili xanımlar gözəl sayılırdısa, bu gün gözəllik standartları dəyişib. İndi qadınlar daha çox arıq olmağa çalışır ki, bu da onların səhhətində mənfi iz buraxır. Bəzən normadan da çox arıqlayan xanımlar bununla da sakitləşmir və pəhriz saxlamağa davam edirlər. Bu cür vəziyyətdə isə heç bir ev işindən söhbət belə gedə bilməz. Pəhriz saxlayan qadın həyat yoldaşı və uşaqları üçün dadlı və yağlı yeməklər bişirərkən özü də pəhrizini pozmuş olur ki, bu onun üçün yolverilməzdir. Qadınların vaxtının çox hissəsini trenajor zallarında, üzgüçülükdə, aerobikada keçirməsi də onları ev işlərindən uzaqlaşdırır. Əlbəttə ki, qadının ev işlərindən imtina etməsi onun tənbəlliyindən də xəbər verə bilər. Son vaxtlar qızlar ev işi görməmək üçün varlı oğlanla ailə həyatı qurmağa can atırlar. Belə ki, kasıb adamla ailə həyatı qurduqda onlar nə xidmətçiyə, nə də dayəyə pul tapa biləcəklər. Özləri evdə oturub yemək bişirməli, qab yumalı, ev süpürməli olacaqlar. Xüsusilə də, əgər gənc xanımların ətrafında imkanlı və ev işlərini bütünlüklə xidmətçilərə həvalə edən xanımlar varsa, onlar kasıbla ailə həyatı qurmaq fikrini ağlına belə gətirmirlər. Varlı, gözəl və ağıllı ər axtarışında olan belə qızların əksəriyyəti isə tələblərini yerinə yetirə bilən adam tapmayıb subay qalırlar. Ev işlərindən imtina qadının məsuliyyətdən qaçması kimi də qiymətləndirilə bilər. Yeməyin dadsız alınması, çox çalışdığına baxmayaraq, ideal səliqəyə nail ola bilməməsi, uşaqların ona qulaq asmaması da qadını ruhdan salır. Həyat yoldaşının daim onun yeməklərindən, ev işlərinə baxmasından narazı olması isə qadını çıxılmaz vəziyyətə salır. Və o, həyata başqa cür yanaşmağa başlayır. Ev işlərini yerinə yetirən xanım rolundan imtina edir və bu işləri görə bilən adam axtarır. Psixoloqun dediyinə görə, elə ailələr də var ki, orada ev işlərində ər də həyat yoldaşına kömək edir. Bu cür dəstəyi və diqqəti görən xanım əslində çox ruhlanır və daha çox zəhmət çəkməyə başlayır. Günü-gündən cəld yeməklər və konservlər, yarı hazır yeməklərin müxtəlif çeşidlərinin satılması da qadının evdə yemək bişirməməsinə gətirb çıxarır. Belə ki, bu cür yarı hazır qida məhsullaırndan əlüstü nəsə hazırlamaq və süfrəyə təqdim etmək olur. Bu cür qida məhsullarında olan xüsusi əlavələr isə asılılıq yaradır. Onların zərəri barədə müxtəlif informasiyalar yayılsa da, rahat hazırlanması və dadı onları tələb olunan edir. Həmsöhbətimiz qeyd edib ki, əksər qadınların yemək bişirə bilməməsi, pinti olması onların ailədə düzgün tərbiyə almaması ilə də bağlıdır. Belə ki, ana qızlara yemək bişirməyi öyrətmir, onu gələcəyin anası və həyat yoldaşı kimi tərbiyə etmir. Bu da qız ailə həyatı qurandan sonra problemlərə səbəb olur. Belə ki, qayınana və həyat yoldaşı ondan evin xanımı olmasını, evi səliqəyə salmasını, dadlı yeməklər bişirməsini, qayınanaya qulluq etməsini gözləsələr də, gənc xanım bunları etmək istəmir. Bu səbəbdən də konfliktlər başlayır: "Çox vaxt da Azərbaycan ailələrində qadının evdar olması vacib amil sayılır və həyat yoldaşına yaxşı baxmayan, onun üst-başını səliqəyə salmayan, vaxtı-vaxtında yeməyini verməyən, evdə təmizlik işləri görməyən qadın pis həyat yoldaşı sayılır. Bu hətta ailələrin dağılmasına da gətirib çıxarır. Ona görə yaxşı olar ki, analar uşaqlıqdan qızlarına evdar olmağı öyrətsinlər".

Maraqlı     Baxılıb: 2069   Tarix: 13 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

turlar.az

qadın geyimi geymler 2026 gözəllik məhsulları 2026 ci ilin debi körpələrin qidalanması gavali haqqinda dolu xanimlar ucun donlar kosmetika suni mayalanma toy gecesi novruz bayramına aid hakıştalar englishdilində qulaq sağlamlıq