Elə bir xəstəlik yoxdur ki, orada sarımsaq...
Sarımsaq soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növüdür. Kəskin yandırıcı dadı və özünəməxsus iyi olan bu bitkidən çox qədim zamanlardan bəri Şərq təbabətində bir sıra xəstəliklərə qarşı dərman vasitəsi kimi istifadə olunur.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, sarımsağın faydaları və xəstəliklərə qarşı istifadə qaydaları haqqında Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, tibb elmləri namizədi Sərxan Tağıyev danışıb.
S.Tağıyev deyib: "Mən deyərdim ki, sarımsaq bütün tərəvəzlərin şahıdır. Elə bir xəstəlik yoxdur ki, orada sarımsaq özünün müalicəvi təsirini göstərməsin. Misal üçün bu bitki aterosklerozun inkişafının, qaraciyərin piylənməsinin qarşısını alır, xolesterin mübadiləsini gücləndirir, fitonsid effekti göstərir. Bundan əlavə dəri, ürək, ginekoloji xəstəliklərdə də sarımsaq çox gözəl effekt verir. Burada əlbəttə ki, bəzi xəstəliklər istisna edilir, misal üçün mədə yarası. Sarımsaq əsasən qurd xəstəliyi zamanı qurdlara qarşı göstərdiyi öldürücü təsirə görə bütöv udulur. Dəri xəstəlikləri dedikdə ekzema və ya yanıqları misal çəkmək olar. Belə hallarda ilıq (50-60 dərəcə temperaturda) bitki yağına əzilmiş sarımsaq əlavə olunub, bir müddət gözlətdikdən sonra problemli nahiyəyə çəkilir. Sarımsaqdan hazırlanan preparatlar damarları içdən təmizləyir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür