Əllərin cavan qalması üçün vannalar
Əl dərisinin qidalandırılması və nəmlənməsi üçün vaxtaşırı vannalardan istifadə etmək lazımdır.
. Palıd qabığından hazırlanmış məhlul əllərin tərləməsinin qarşısını alır. 1 litr qaynar suya 3 xörək qaşığı palıq qabığı əlavə edilərək 15 dəqiqə qaynadılır. İlıq halda süzülmüş məhlulda əllər 10 dəqiqə vanna edilir, sonra qurudulur.
.Əlləri tərləməsinin qarşısını almaq üçün adaçayı və boymadərən dəmləmələri də yaxşı təsir göstərir. ½ litr qaynar suya hər otdan 1 xörək qaşığı əlavə edilərək vam odda 10-15 dəqiqə qaynadılır. Əllər süzülmüş, ilıq məhlulda vanna edilir.
.½ litr suya 1 xörək qaşığı qatıq və 1 xörək qaşığı nişasta əlavə edilərək qarışdırılır. Əllər həmin qarışıqda 10 dəqiqə saxlanılır. Sonra su ilə yaxalanmadan, salfetlə qurudulub qidalandırıcı krem çəkilir.
.Hərəsindən 1 xörək qaşığı olmaqla gülümbahar, bağayarpağı, çobanyastığı, dazıoyu, adaçayı otları götürülür, qarışdırılır və üzərinə 0,5 litr qaynar su əlavə edilir. 10-15 dəqiqə vam odda dəmlənir. Əllər ilıq şəkildə süzülmüş dəmləmədə 10 dəqiqə saxlanılır və sonra salfetlə qurudularaq əl üçün yağlı qidalandırıcı krem çəkilir.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq