Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMAErməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır.
Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyük Ermənistan Ovalığı" varmış, Yaxın Şərq, habelə Mərkəzi, Kiçik və Orta Asiyalar, Cənubi Qafqazdakı istisnasız bütün dövlətlər həmin ovalıqda yerləşib. Daha sonra deyirlər ki, sən demə, "Böyük Tiqranın vaxtında Böyük Ermənistan imperiyası" olub, dənizdən dənizə ermənilər söz və hakimiyyət sahibi olublar və s.
Xəstə təxəyyüllü bu yığnağın iddialarını dəfələrlə puç etsək də, sakitləşmirlər.
Halbuki yalanları və saxtakarlıqları belə, bisavad, primitivdir.
Məsələn, arxeologiyaya bələd olmayan insan belə bilir ki, istənilən xalqın və ya millətin qədimliyinə dəlalət edən nəsnələrdən biri qala, qəsr və ya qüllə qalıqlarıdır.
Yəni bu xalq qədimdirsə, mütləq qalalar inşa edib. Qədimlərdə qalasız, qala divarlarsız qövm, millət və cəmiyyət olmayıb, ola da bilməzdi.
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMAErmənilərinsə bir qala və ya qala divarı qalıqları yoxdur. Onlar "tariximizdə 8 paytaxtımız olub" söyləyirlər, amma həmin "paytaxt"ların qalıqları yoxdur.
Qədim dövrlərdə istənilən paytaxt şəhərin ətrafında qala divarlarının olduğunu nəzərə alsaq, ermənilər belə qalıqlardan məhrumdur. Qalıq bir yana - bir daş belə, "erməni qalasına məxsusdur" söyləməyə imkan vermir.
Amma erməni tarixçilər deyirlər: "Nə olsun ki?! Tarixdə Xəzər və Monqol impreiyaları olub, onlardan sonra da qalalar qalmayıb. Üstəlik, ermənilərin möhtəşəm elmi nailiyyətləri olub. Monqollar kimi bisavad, cahil olmamışıq".
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMADoğrudur, monqollardan və xəzərlərdən geriyə qalalar qalmayıb.
Amma...
551-ci ildə Aşina boyundan olan türklərin qurduqları nəhəng imperiyanın tərkibində qüdrətinin zirvəsinə çatmış xəzərlərin 653-cü ildə ərəb sərkərdə Əbd əl Rəhman ibn Rabiə əl Bəhiliyə məğlub olaraq dağıldıqları dönəmədək onlar təqribən 8 şəhər salmışdılar. Həmin şəhərlərin üçünün qala divarlarının qalıqları mövcuddur.
Yeri gəlmişkən, Əbd əl Rəhmanın kiçik qardaşı Salman bin Rabiəni ermənilər unutmayıblar yəqin: məhz o, "Sind çayının sahillərindən gəlmiş bütpərəst qaraçıların törəmələrini kölə etdim, qul kimi satdım dəstə-dəstə" demişdi.
Salman ibn Rabiə o dönəmdə ermənilərin axırına çıxacaqdı, fəqət İslamın üçüncü xəlifəsi Əbu Əmr Osman ibn Əffan əl Umavi əl Qüreyşi bunu sərkərdəsinə yasaqlamışdı.
Monqollara gəldikdə isə Timuçinin, yəni Çingiz xanın hakimiyyətə gəlişindən sonra monqol imperiyası ordalara və uluslara parçalanana qədər 21 şəhər, 16 qala salınmışdı. Qalıqlar mövcuddur.
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMAGələk "monqolların bisavad və cahil olması" barədə erməni iddialarına.
Monqol imperiyasında elmə çox böyük önəm verilirdi. Ugedey xanın dönəmində Cundu şəhərindəki armillyar kürə (astronomik müşahidələr və tədqiqatlar üçün) iki dəfə - 1233 və 1236-cı illərdə - tam təmir edilmişdi.
1234-cü illərdə monqollar Daminqli təqvimini təkmilləşdirdilər, 1236-cı ildə isə Eluy Çusay yeni təqvim hazırladı.
Monqol hökmdarı Munke Xan böyük riyaziyyatçı idi: tarixçi Rəşid əd Din onun barəsində belə yazıb: "Cəbr və həndəsədən ən çətin, müşkül məsələləri asanlıqla həll edir, yeni ixtira və araşdırmalar edirdi".
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMANəsirəddin Tusi üçün Marağada 1259-cu ildə rəsədxana tikdirən monqol hökmdarı Hulaku xan idi.
Monqol alim və həkim Hu Sıhueyin 1330-cü ildə yazdığı əsər hələ də aktualdır.
1295-ci ildə Təbrizdə rəsədxana inşa etdirənlər də monqollar olmuşdular.
Digər məqam isə erməni dili ilə bağlıdır.
Əgər "Böyük Ermənistan imperiyası" olubsa, erməni dili bölgədəki xalqların və qövmlərin dillərinə mütləq sızmalı, həmin xalqların indiki lüğətlərində erməni mənşəli çoxsaylı kəlmələr olmalı idi.
Məsələn, Qədim Romada dövlət dili latın dili olduğundan, indi latın mənşəli kəlmələr Qərbdəki xalqlardan tutmuş, Afrikanın şimalında və Yaxın Şərqdə bir çox xalqların linqvistikasında yer alıb.
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMABabil, Finikiya, yunan, ərəb, fars, türk, monqol, Çin, sonradan ingilis, portuqal, ispan, fransız, svey (indiki isveçlilər) kimi böyük xanədarlar yaratmış xalqların dillərindəki yüzlərlə kəlmə ya olduğu kimi, ya da transformasiya edilmiş şəkildə indi də mövcuddur.
Səbəb bəsitdir: başqa xalqlara hökmranlıq etmiş xalqın dilindəki kəlmələr, hətta bəzi qrammatika qaydaları mütləq şəkildə idarə olunan xalqların dilinə keçir.
Lakin erməni dilində bir kəlmə (!) belə, hər hansı başqa xalqın dilində yer almır.
Və son olaraq...
İmperiya qurmuş istənilən xalqın mətbəxinə fikir verin. Kulinariyanın aksiomudur: idarə edən xalq həmişə öz təamlarını və yeməklərini idarə etdiyi xalqlara "inikas" etdirir.
Məsələn, qədim romalıların "plasenta"sı indi çox xalqın mətbəxində "paxlava", türklərin "dulma", "dolma" və ya "sarma" dedikləri dolma, yunanların "aleyata" və "sussatiya"sı, ərəblərin "falafəl"i, "beyzar"ı və ya "muhallabiya"sı indi müxtəlif adlarda çeşidli xalqların mətbəxində yer alır.
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMAErmənilərin hansı təamı və yeməyi başqa xalqların kulinariyasına "köçüb"? Yoxdur belə yemək.
Tam əksinə, erməni mətbəxi bütünlüklə (!), tam olaraq müxtəlif xalqlardan oğurlanaraq "özününküləşdirilən", eybəcər ad verilən yeməklərdən ibarətdir.
Belədirsə, ermənilər hansı "imperiya"dan, hansı "şanlı tarix"dən bəhs edirlər?
Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMAErmənilərin adını az qala ekstaza düşərək çəkdikləri "Böyük erməni hökmdarı, Böyük Ermənistanı qurmuş Tiqran"a gəldikdə isə, əsl adı "Tigiran" və ya "Dikiran" olmuş bu şəxs Kiçik Asiyadakı Artaxi skiflərindən olan sərkərdə idi.
Artaxilər Cənubi Avropaya, Balkan yarımadasına, Qara dəniz sahillərinə, Qafqaza, Ön və Orta Asiyaya səpələnmiş oğuzlardırlar.
"Artaxi" kəlməsinin kökündə isə "dağ" sözündən törəmiş "dağai", yəni "dağ sakini" kəlməsi dururdu.
Məhz 1-ci Artaxi sonradan tarixə "katafraktari" kimi düşən ağır zirehli süvarilərdən ibarət dəstələr yaratmışdı.
Həmin dəstələrdəki süvarilərə türk dilində "qatıofraklı", yəni "ağır zirehli" deyilirdi.
Məşhur yunan çarı 3-cü Antioxun strateqi (sərkərdəsi) olmuş 1-ci Artaxi üsyan qaldırır, özünə dövlət qurur, sonra həmin dövləti imperiyaya çevirir.
... Tarix yalanları qəbul etmir. O ki ola ermənilərin şizofreniya səviyyəsindəki saxtakarlıqlarını...
Elçin Alıoğlu
Milli.Az

Maraqlı     Baxılıb: 11560   Tarix: 05 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

turlar.az

aksessuarlar yemek reseptleri geyim şəkilləri kakao ayaqqabi modelleri 2026 qaragatin faydasi yaglarin faydasi kosmetika baldiza aid haxisda hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır oglan evi atalar sozleri