Ətin 25 ölümcül xəstəliklə əlaqəsi - TƏHLÜKƏ

Ətin 25 ölümcül xəstəliklə əlaqəsi - TƏHLÜKƏQırmızı ət, fabrikat və quş əti yemək xərçəngdən başqa bir sıra xəstəliklərin inkişaf riski ilə əlaqəli ola bilər.
Mili.Az xəbər verir ki, bu barədə "BMC Medicine" jurnalında yayımlanan məqalədə bildirilib.
Tədqiqatın müəllifləri 25 xərçəngdənkənar patologiya ilə müxtəlif növ ətlərin istifadəsi arasındakı əlaqəni təhlil edib. Tədqiqat, orta hesabla, mütəmadi olaraq (həftədə 3 dəfə və ya daha çox) ət yediyini deyən iştirakçıların az ət yeyənlərə nisbətən sağlamlıq problemi ilə qarşılaşdıqlarını aşkarlayıb.
Qırmızı və emaldan keçən ətin tez-tez qəbulu ürək-damar xəstəliyi, sətəlcəm, şəkərli diabet, bağırsaqda polip və divertikulun yaranma riskinin artması ilə əlaqələndirilib. Gündəlik rasiona əlavə edilən hər 70 qram üçün koronar arteriya xəstəliyi riski 15%, diabet üçün 30% artıb.
Quş ətinin isə qastrit, duodenit və diabet riski ilə əlaqəli olduğu göstərilib. Gündəlik hər 30 qram qəbulda xəstəliklərin artım ehtimalı 14-17% çoxalıb.
Aşkarlanan əlaqə daha az bədən çəkisinə sahib insanlarda zəif olub. Alimlər ətin zərərinin qismən ət həvəskarlarının daha çox çəki almaları ilə əlaqəli ola biləcəyinə inanırlar.
Digər tərəfdən, elm adamları qırmızı ət və quş əti yeməyin sağlamlığa bir sıra faydalarını aşkarlayıb. Məsələn, dəmir çatışmazlığı riski hər 50 qram qırmızı ət və ya 30 qram quş əti qəbulunda müvafiq olaraq 20 və 17% azalıb.
Qeyd olunub ki, bir çox tibbi təşkilatlar bağırsaq xərçəngi, ürək-damar və şəkərli diabet xəstəlikləri riskinə görə ət istehlakını azaltmağı məsləhət görür. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1420   Tarix: 08 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda