Ev bitkilərinə qulluq (2)

Ev bitkilərinə qulluq (2)Beqoniya

Əsl vətəni Amerika olan Beqoniya evdə yetişən sevimli güllərdən biridir, müxtəliflik rəngləri olur. Beqoniyaları güllüklərdə, dibçəklərdə, asma səbətlər əkmək mümkündür.Onlar parlaq rənglərinə və güllərinə görə qiymətləndirilir.Onları böyütmək çox asandır və mənzildə olan yaxşı ev bitkisidir, çünki kölgəyə davamlıdırlar.

Beqoniyaların üç tipi var: Semperflorens, Tuberous və qeyri-adi Perennials. Semperflorens bunlardan ən populyardır. Solğun beqoniyalar, lifli beqoniyalar və həmişə çiçəkləyən beqoniyalar bu tipdəndirlər. Növündən asılı olaraq beqoniyalar ağ, qırmızı, sarı və ya çəhrayı rənglərdə olur. Bütün Beqoniya növləri kiçik, sıx yarpaqlı olur, 6-9 sm-ə kimi böyüyür.

Beqoniya bitkilərini toxumundan və ya bitkini kəsib əkməklə çoxaltmaq olar. Toxumları tozşəkillidir, əksər insanlar bu kiçik toxumlar əvəzinə bitkinin şitilini almağı üstün tuturlar. Gübrəli, suyu tez canına çəkən boş torpağı sevir. Beqoniya bir illikdir, yazda və payızda şaxtanı sevmir. Şaxtadan qoruyun, çünki şaxta vursa öləcəklər. Bu gülü həmişə sulayın, növbəti dəfə sulamazdan əvvəl torpağın qurumasını gözləyin.

Beqoniyalar diqqətə yaxşı reaksiya verir. Solmuş çiçəklərini, yarpaq və gövdəsini kəsin. Daima uzun gövdələrini səliqəyə salmaq onun düzgün formada inkişafına kömək edir. Kiçik qayğı gülün daha qəşəng yarpaqlamasına və çiçəkləməsinə səbəb olur. Ayda bir dəfə gübrə verin. Maye şəkilində gübrələr daha yaxşıdır.

Ümumiyyətlə,beqoniyalar həşəratlara qarşı davamlıdır. Əgər qabı dardırsa asanlıqla yerini böyük dibçəyə dəyişdirə bilərsiniz. Bu zaman əvvəlki dibçəkdəki torpağından istifadə edin. Günəşli pəncərəyə yaxın saxlayın, ancaq günəş işığını tədricən azaldın.

Gül mənzilinizin temperaturuna uyğunlaşana qədər, yarpaqları tökülə bilər. Ancaq bir-iki həftəyə onlar sizin evinizdə az işıq və quru şəraitə uyğunlaşacaq. Bütün qışı güllər sizin evinizi canlandıracaq və siz bundan zövq alacaqsınız!

Bənövşə

Bənövşələri böyütmək çox asandır və ev bitkiləri arasında ən populyarıdır, bənövşələr bəzən bir neçə həftə ərzində tez-tez gül açır.Bu bitkilər çox günəş işığını üstün tutur, ancaq yay ayları ərzində isti şüalardan qorumaq məsləhət görülür. Əgər günəş işığı azdırsa, süni işıqlandırmadan istifadə edilə bilər. Bənövşələr üçün torpaq və gübrəni tapmaq asandır. İstifadə üçün yüksək fosforlu gübrələri alın,çünki bu gül açmağa kömək edir. Yüksək azot tərkibli gübrələrdən istifadə etməyin, onda bənövşələr gül açmayacaq.

Həmişə torpağını sulayın, ancaq yarpaqlarını islatmayın. Çünki su damcıları bənövşələrin çiçəklərində ləkələrə səbəb olacaq. Üç gündən bir sulamaq xeyirlidir, ilıq su ilə sulamaq daha yaxşı olur.

Bənövşələr üçün ən ideal hərarət gündüz +16 dərəcə, gecə +5-5 dərəcədir. Həmişə bənövşələrinizi pəncərənin yanında saxlayın, çünki bu güllər günəş işığını çox sevirlər.

Bənövşənin sağlam qalmasını istəyirsinizsə, hər altı aydan bir dibçəyini dəyişdirin. Onları yeni dibçəyə köçürəndə, bitki təzə torpaqdan yeni qida maddələrini qəbul edir və həmçinin böyüyən gübrə duzlarından qurtulur, bu da gülün yeni köklərinin böyüməsinə kömək edir.

Maraqlı     Baxılıb: 9445   Tarix: 28 sentyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

turlar.az

qaşların formalari qadın geyimi gozel gorunmek gözəl xanım əl işlərinin hazırlanması karikatura qizil sozler kosmetika bakire novruza aid hakisdalar qiz adlari ariqla brusell bakteriyası