Ev şəraitində üz dərsinin ölmüş hüceyrələrini yeniləyən, dərini cavanlaşdıran SKRAB +VİDEO

Ev şəraitində üz dərsinin ölmüş hüceyrələrini yeniləyən, dərini cavanlaşdıran SKRAB +VİDEOÜz dərisinin cavanlığını qoruyub saxlamaq üçün dərini onun səthində yığılan çirk və ölmüş hüceyrələrdən daim təmizləmək lazımdır.

Bu dərinin oksigen və vacib maddələrlə təmin olunmasını yaxşılaşdırır ki, dəri daha sağlam və cavan görünür. Digər tərəfdən skrablardan sonra istifadə olunan istənilən kremlər və maskalar dəriyə daha yaxşı hopulur və daha güclü effekt verir.

Ev şəraitində çox təsirli skrablar hazırlamaq olar.

- Yulaf yarması ("herkules") çox yaxşı yumşaq skrabdır. Yulaf yarmasını bir qədər ilıq suda isladın və üz dərisinə çəkib massaj hərəkətləri ilə üzünüzü təmizləyin. Bu skrab quru həssas dəri üçün xüsusilə uyğundur.

- Dəniz duzu + bal. Yaxşı qarışdırın və üzünüzü təmizləyin. Dəniz duzu dəri üçün xeyirli olan müxtəlif minerallarla zəngindir. Bal isə dəridən toksinləri, şlakları çıxartmağa kömək edir.

Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir.

Dəniz duzunun iri dənəcikləri dərini zədələyə bilər ki, bu səbəbdən istifadə etdikdən əvvəl duzu qəhvəüyüdəndə xırdalamaq lazımdır. Dəniz duzunu həmçinin xama və ya qaymaqla
(quru dəri üçün) qarışdırmaq olar.

- Şəkər tozu da ev skrabların hazırlanmasında geniş istifadə olunur. Quru dəri üçün skrab hazırladıqda şəkər tozu xama, gənəgərçək, ərik, zeytun yağı ilə qarışdırılır. Yağlı dəri üçün isə şəkər tozunu kefir və ya qatıqla qarışdırmaq olar.

- Düyüdən də çox yaxşı skrablar alınır. Düyü ümumillikdə dəri üçün çox xeyirlidir. Düyü qəhvəüyüdəndə xırdalanır və dərinin növündən asılı olaraq xama, yağ (yağlı dəri), qatıq, kosmetik gil (quru dəri) və s. ilə qarışdırılır.

- Soda bir qədər suda isladılır və skrab kimi istifadə olunur. Quru dəri zamanı sodanı xama və ya qaymaqla qarışdırın.

- Üzüm çəyirdəklərindən çox yaxşı skrab hazırlamaq olar. Üzüm çəyirdəyi dəriyə çox yaxşı təsir edir, cavanlaşdırır. 1 çay qaşığı üzüm çəyirdəkləri qəhvəüyüdəndə xırdalayın, bir neçə əzilmiş üzüm gilələri ilə qarışdırın və üz dərisini bu skrabla təmizləyin.

- Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar.

Nəzərə almaq lazımdır ki, skrablardan çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma qabiliyyətinin zəifləməsi baş verir.

Dərisi quru olanlar skrablardan 2 həftədən bir, dərisi yağlı olanlar isə həftədə bir dəfə olmaqla istifadə edə bilərlər. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə etmək olar.

Sızanaqları, kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir!

Skrablardan axşam saatlarında duş qəbul etdikdən və ya dərini buğa verdikdən sonra istifadə etmək lazımdır. Skrabı nəm və təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta barmaqlarının ucları ilə masaj xətləri üzrə sürtülür.

Heç bir halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra dəriyə qidalandırıcı krem çəkmək lazımdır.

saglamolun.az

Gözəllik və Moda     Baxılıb: 7182   Tarix: 30 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

hamiləlik yay geyimləri 2026 sac duzumleri süfrə bəzədilməsi dirnaq maskalari qadin sayti xiyar tutmasi kosmetika bayatı atalar sözü vətən novruz bayramına aid azerb clpaq qadinlari