Evin havasını təmizləyən 3 BİTKİ
Evinizdəki havanın çöldən daha çirkli ola biləcəyini bilirdinizmi? Otaq spreyləri, təmizlik maddələri, vinil yer döşəmələri kimi toksiki kimyəvi maddələr evdəki havanı çirkləndirir.
NASA alimləri evdəki havanı təmizləyən bitkilər üzərində araşdırma aparıblar.
Publika.az həmin məqsədlə istifadə edilə biləcək üç bitkini sizlərə təqdim edir.
Areka palması (latınca Chrysalidocarpus lutescens) - qonaq otağında olması məsləhətlidir. Gündüzlər bol oksigen istehsal edir. Otaqdakı zəhərli qazları udur, havanı nəmləndirir.
Paşa qılıncı (latınca Sansevieria trifasciata)- yataq otağı bitkisidir. Gecələr otağın havasını oksigenlə zənginləşdirir.
Sarmaşıq (latınca Epipremnum aureum) – yataq otağında saxlamaq olar. Hava filtrləmə sistemi kimi "işləyir". Otağın havasını kimyəvi maddələrdən təmizləyir.
Alimlər yaxşı nəticə əldə etmək üçün evin hər doqquz kvadratmetrinə bir dibçək yerləşdirməyi tövsiyə edirlər.
Lakin evdə heyvan saxlayırsınızsa, yalnız Areka Palması onlar üçün zərərsizdir. Sarmaşıq və Paşa qılıncı ev heyvanlarını zəhərləyə bilər. /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?