Evlilik sonrasında məhəbbət ölürmü?

Evlilik sonrasında məhəbbət ölürmü?Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı.
Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında "Gəlinimin tayı-bərabəri yoxdur" deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində "İki qızım vardı, indi bir oğlum da var" deyən qız anası da kürəkənini lənətləyirdi. Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Səbəb çoxdur.
Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır. Danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Və biz bu cür ailələrlə cox rastlaşiriq.
Bir birini sevən iki gənc ailə qurmağa tələsir. Onlar məhəbbətin xoşbəxt sonluğunu sevənlərin ailə qurmasında görürlər. Ancaq nağıllardaki kimi məhəbbətin xoşbəxt sonlugu evlənmək deyil. İki sevən gənc evləndikdə nağıl tamamlanır, həyatda isə kitab hələ təzə yazılmağa başlayır. Real həyatda məhəbbətə sahib cıxmaq elə evləndikdən sonra başlayır. Ailədə məhəbbəti, qarşılıqlı hörməti evləndikdən sonra qorumaq heyfslər olsun ki hər ailədə baş tutmur. Ailədə daxili konfliktlər, problemlər baş verir. Və bu da münasibətlərin pozulmasına, cütlüklərin qarşılıqlı hörmətsizliyinə və hal hazırda çox ailənin probleminə cevrilən boşanma hadisələrinə səbəb olur.
Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır.
Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mübahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində "qaş düzəltmək yerinə vurub gözü də tökür". Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir.
Ümumiyyətlə mübahisəsiz, konfliktsiz ailə təsəvvür etmək olarmı? İnamla deyə bilərik ki, mübahisəsiz, konfliktsiz ailə olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edən çox ailələr vardır. Deməli, ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbət bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan verməz.
İki şəxs bəxtini, qismətini birləşdirib ailə qurduqda bu ümumi ocağa hər biri öz "yükü" ilə gəlir. Lakin bu günə qədər "mənimki" deyilən hər bir şey indi yalnız "bizimki" ilə əvəz olunması üçün müəyyən səy göstərilməsi vacibdir. Bu yalnız maddi cəhətə deyil, mənəvi cəhətə də aiddir. Bu "bizim" prinsipi ər-arvad tərəfindən nə qədər qəbul olunarsa, xoşagəlməz mübahisələr, söz-söhbət də bir o qədər tez aradan qalxıb yox olar.
Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar güya bir birini sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdıraraq əvəzinə müqabil tərəflərin kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.
Nikahın ilk dövrlərində və, ümumiyyətlə, ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Əhəmiyyətinə görə mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla gösterirler:
- Ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıq).
- Bioloji uyğunsuzluq.
- Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
- Həyata marağın və tələblərin uyğunsuzluğu.
- Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
- Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.
- Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.
Hər ailədə xoşagəlməz hadisələr baş verir. Mühüm olan bu hadisələri sakitliklə, qarşılıqlı hörmətlə aradan qaldırmaqdır. Və real həyatın sonluğunu gülərüz tamamlamaqdır.
Rəsulova Kəmalə,
Azərbaycan Müəllimlər İnstitutu
Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi
Dushunce.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1641   Tarix: 27 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

turlar.az

kosmetoloq maskalar geyim və ayaqqabılar kokteyl xəmir xörəkləri kişi xəyanət edərsə atalar sozleri elme aid kosmetika rus dili 2ci ders gözellik burclerin uyumu nizami gencevi azerbaycanli is adami amerikada gullelendi