Faiq Ağayevin konsertində gözdən qaçmayan - 10 məqam

Faiq Ağayevin konsertində gözdən qaçmayan - 10 məqamXalq artisti Faiq Ağayev 29-30 dekabr tarixlərində Heydər Əliyev adına Respublika Sarayında möhtəşəm konsert verib.

Qadinsayti.az xalq artistinin konsertindən ən diqqətçəkən 10 məqamı qeyd edir.

1. Hər zaman olduğu Faiq Ağayev konsertdə bütün detalları incəliklərinə qədər araşdırıb, bütün işlərə şəxsən özü nəzarət etmişdi. Bu da tamaşaçıların 3 saat ərzində sözün əsl mənasında istirahət etməsinə gətirib çıxardı. Xüsusən, tamaşaçıların xalq artistini ürəkdən alqışlaması və ona tam dəstək olmaları diqqətdən yayınmadı.

2. Multikulturalizm ilində son konsert olan "100% F.A"-da xalq artisti bu əlamətdar hadisəni də unutmadı və konsertdə "Zəngi yarım" mahnısını ifa edib, Azərbaycanda birgəyaşayışın həyat tərzi olduğunu vurğuladı.

3. Xalq artisti sevilən mahnılarını yeni aranjmanda fanatlarına təqdim etdi.

4. Hər zaman gənclərə dəstək olan F.A bu dəfə də ənənəsinə sadiq qaldı və səhnəni gənc müğənni Əhməd Mustafayevlə bölüşdü.

5. Müğənni hər zaman olduğu kimi bu konsertində də valideynlərinə olan hörmətini, sevgisini hər kəsə göstərdi. Faiq Ağayevin anası ilə dialoqu tamaşaçıları kövrəltdi və onlar valideynlərinə göstərdiyi bu sayğıya görə xalq artistini doyunca alqışladılar.

6. Faiq Ağayev jurnalistlər, KİV işçilərinə xüsusi qayğı ilə yanaşdı və konsertdə bir neçə dəfə jurnalistlər haqda xoş sözlər söylədi.

7. Konsertin sonunda Azərbaycan Dövlət Himninin səslənməsi və hər kəsin himnimizi ayaq üstdə oxuması diqqətdən yayınmadı. Faiq Ağayev bir daha dövlətə, dövlətçiliyə bağlı olduğunu, xalqını, millətini nə qədər sevdiyini göstərdi.

8. Müğənni ənənəsinə sadiq qalaraq, yenə də ad gününü sevənləri ilə - fanatları ilə keçirdi. Bu da xalq artistinin sənətini nə qədər sevdiyinin və tamaşaçılarına nə qədər önəm verdiyinin göstəricisi oldu.

9. Faiq Ağayev konsertdə təkcə ifaları ilə deyil, maarifçi söhbətləri ilə də yadda qaldı. Belə ki, müğənni multikulturalizmdən tutmuş, Heydər Əliyev Sarayının yaranma tarixinə qədər bir çox mövzu haqda ətraflı məlumat verdi. Natiqlik sənətinin fenomenlərindən olan ifaçı bu dəfə də maraqlı söhbətləriylə yadda qaldı.

10. Ümumilikdə isə bu konserti "İlin ən yüksək səviyyəli" konserti adlandıra bilərik. azxeber

Xəbərlər     Baxılıb: 2029   Tarix: 03 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir. xəbər verir ki, xüsusilə təkrarlanan, getdikc

.

Bu 3 əlamətdən 2-si varsa, mütləq həkimə gedin

Normalda sidikdə olan köpüklər susuzluqdan yarana bilər və qısa müddətdə yox olur. Lakin böyrək filtrləri zədələndikdə zülal sidiyə qarışır (proteinuriya) və bu, daha qalıcı, qatı köpük yaradır.  xəbər verir ki, bu 3 göstəricidə

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Gündəlik nə qədər D vitamini qəbul etməliyik?

Yetkinlər üçün orta gündəlik D vitamini tələbatı təxminən 400 BV olaraq qiymətləndirilir, qanda 12-20 ng/ml səviyyəsi isə əksər insanlar üçün kifayət hesab olunur və bu diapazondan yuxarı səviyyələr heç bir əlavə fayda vermir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tavanız bu vəziyyətdədirsə, dərhal atın

Mətbəxdə ən çox istifadə olunan yapışmaz teflon tavalar zamanla aşındıqda ciddi sağlamlıq problemlərinə yol açır. Mütəxəssislər vurğulayırlar ki, tavanın dibində müəyyən izlər və ya dəyişikliklər gördükdə ondan istifadən

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

turlar.az

toy makiyajlari gozel gorunmek geymler 2026 üzə qulluq həyat stili tərəzi bürcü alin yazisi xanim qafarova kosmetika vetene aid atalar sozu anabaci webnem tovuzlu hakistalar bahar