Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır

Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranırQıcolmalar uşaq yaşlarının kifayət qədər yayılmış patologiyasıdır. Təqribən sağlam uşaqların 10 faizində qeyri-spesifik fon aktivliyinin dəyişikliyi, 2-3 faizdə epileptiform tipli kəskin dalğalar elektroensefaloqrammada (EEQ) aşkar olunur. Kəskin, yəni, qeyri-peridoik və xroniki, həmçinin periodik qıcolma tutmaları ayırd edilir. Kəskin qıcolma tutmalarının ən çox yayılmış səbəblərinə iltihabi proseslər - meningit, ensefalit, baş-beynin absesləri, infeksion xəstəliklər (qızdırma ilə müşayiət olunanlar), travmalar, baş-beynin həcmli prosesləri, elektrotravma və termik zədələnmələr, metabolik pozulmalar, o cümlədən hipoqlikemiya, hiperqlikemiya, hipokalsemia, hipomaqnemiya və s. aid edilir.
Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova bildirib.
Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranırFebril qıcolmaların uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda, yəni, bədən temperaturu 38,5° C-dən yüksək olanda yarandığını deyən pediatr bildirib: "Beş yaşdan yuxarı uşaqlarda febril qıcolmalara nadir rast gəlinir. Adətən temperaturun qalxması və onun pik həddində baş verir. Generalizə olunmuş tonik-klonik, tonik, atonik və ya klonik qıcolmalar ayırd edilir.
Fəsadlaşmamış tutmalar sutka ərzində 1 dəfə, 15 dəqiqədən qısa davam edən parsial komponent olmadıqda mərkəzi sinir sisteminin infeksion zədələnməsi və metabolik pozulmalar olmadığı təqdirdə ailə anamnezində epilepsiyanın olmaması hallarında baş verir.
Fəsadlaşmış-kompleks tutmalar atipik, çoxsaylı, 15 dəqiqədən çox davam edən və ya parsial febril qıcolmalardır. EEQ müayinəsi ancaq təkrar qıcolma hallarında lazımdır".
Günay Cavadova deyib ki, valideynlərə qızdırma ilə mübarizə aparmaq, temperaturun pik həddinə çatmasına imkan verməmək, fiziki və kimyəvi üsullarla qızdırmanı salıb yarana biləcək təkrar qıcolma tutmalarının qarşısını almaq tövsiyə olunur. Həmçinin həkimə erkən müraciət etmək məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1670   Tarix: 10 dekabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler