Feyxoa - Meyvənin inanılmaz faydaları

Feyxoa - Meyvənin inanılmaz faydalarıXanim.az saytının oxucularına bu dəfə feyxoanın faydaları haqda məlumat verəcəyik.

Feyxoa meyvəsi elmə XIX əsrdən məlumdur. Bu bitkini ilk dəfə təbiətşünas Joao da Silva Feyxo tətqiq edib. Cənab Feyxonun bu bitkinin tərkibinin müəyyən edilməsi və təbliğində əvəzsiz rolu olub. Elə bu səbəbdən də onun şərəfinə bitkinin adı feyxo adlandırılıb.

Feyxoanın insan sağlamlığına faydaları saymaqla bitmir. Məsələn, bu meyvənin əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır.

Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Bu zaman 11 kq şəkər və 1 kq feyxoanı ət çəkən maşından keçirmək və şüşə qaba yığıb, feyxoa, şirəsini tam buraxana qədər gözləmək lazmdır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir.

Feyxoanın ətində və xüsusilə də qabıqlarında "katexin" və "antosinlər" fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.

Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir — bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.

Bütün bunlar son deyil. Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhət görülür.Bunun üçün 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.

Feyxoa yarpaqlarının dəmləməsi isə diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.

Feyxoa arterial təzyiqinin tənzimlənməsinə, immun sistemini möhkəmləndirməyə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir.

Sağlamlıq     Baxılıb: 4764   Tarix: 13 dekabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

adlarin menasi toy gecesi qadin dunyasi banan pirojnasi şirniyyat ve tortlar aloy gulunun faydasi saclarin horulmesi kosmetika sac duzumleri sac modelleri dostluq oglan evi şəhid