FİBROMİALGİYA. Əzələ və liflərdə ağrılar

FİBROMİALGİYA. Əzələ və liflərdə ağrılarFibromialgiya - müxtəlif intensivlikli və lokalizasiyalı simmetrik dərin əzələ-sklet ağrıları, yorğunluq, yuxu pozğunluğunun olması ilə müşayiət olunan xəstəlikdir.
Bu zaman ağrılar iltihabi xarakterli olmur. Xəstəlik orta yaşlı qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Fibromialgiyanın kəskinləşməsi zamanı xəstənin əmək qabiliyyəti enir.
Zədələnmiş nahiyənin MRT (maqnit rezonans tomoqrafiya) və ya USM (ultrasəs müayinə) zamanı heç bir üzvi dəyişiklik aşkar olunmur. Diffuz xroniki ağrı olduğundan fibromialgiyanı bəzən "yumşaq toxumaların generalizə olunmuş revmatizması" da adlandırırlar.
"Fibromialgiya" sözünün tərcüməsi "əzələ və liflərdə ağrı" deməkdir. Əzələ ağrıları 3 aydan çox davam edir və yanaşı olaraq yorğunluq və yuxu pozğunluğu da əlavə olunur. Bəzi xəstələrdə psixoloji simptomlar (depressiya və ya həyəcan) da rast gəlinir.
Səbəbləri və risk faktorları
Fibromialgiyanın səbəbləri tam öyrənilməyib. Bu xəstəlik əzələ və oynaqların qeyri iltihabi revmatik xəstəliyidir. Müasir dövrdə ən geniş yayılmış hipotezlərdən biri xəstənin mərkəzi sinir sistemi tərəfindən ağrının fərqli qəbul olunmasıdır. Belə xəstələrdə ağrının qıcıq qapısı daha aşağıdır, məhz buna görə də beyin, hətta işıq qıcıqlarını da ağrı kimi qəbul edir. Bunun əsas səbəblərindən biri kimi serotoninin aşağı olması göstərilir. Təkan verici faktor kimi aşağıdakıları səbəb göstərmək olar:
1. Stres, fiziki və emosional travma
2. Qeyri-sağlam həyat tərzi (siqaret çəkmək, piylənmə, az fiziki aktivlik)
3. Orta yaş və qadın cinsi - fibromialgiya əsasən 40-60 yaş arası qadınlarda daha çox rast gəlinir. Fibromialgiyanın birincili (səbəb olmadan yaranır) və ikincili olmaqla iki növü ayırd edilir: İkincili fibromialgiya - bəzi xəstəliklərin nəticəsi kimi yaranır. Bu xəstəliklərə aiddir:
- Digər revmatik xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, ankilozlaşan spondiloartrit, polimiozit)
- Mərkəzi və periferik sinir sistemi xəstəlikləri
- İnfeksion xəstəliklər - virus infeksiyaları (Epşteyn - Barr, hepatit virusu)
- Şiş xəstəlikləri
- Hormonal balans pozğunluqları (hipertireoz və s.)
Simptomlar
Əsas simptomu - xroniki yayılmış ağrıdır. Xəstə dərin əzələlərdə yanğı, pulsasiya, keyimə və iynə batma hiss edir. Hətta bəzən xəstəyə elə gəlir ki, əzələ və oynaqlar şişib.
Müxtəlif intensivlikli ağrılar: fibromialgiya zamanı ağrının intensivliyi hava dəyişkənliyindən, temperaturdan, stres və fiziki aktivlikdən asılı olur. Bəzi xəstələrdə ağrı səhər saatlarında daha çox olur, gün ərzində getdikcə azalır. Ümumilikdə isti və mülayim dərəcədə aktivlik fibromialgiya simptomlarını azaldır.
Baş ağrıları: əzələ ağrılarından əlavə belə xəstələrdə baş ağrıları və ya miqren də rast gəlinir. Bəzən qarında ağrı, diarreya və ya qəbizlik ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu  da rast gəlinə bilər.
Üzdə ağrı: fibromialgiyanın xüsusi bir forması olan gicgah-çənə oynağı sindromu zamanı üzdə və çənədə ağrı, çənə oynağında hərəkət məhdudluğu, çeynəmə zamanı ağrı olur.
Fibromialgiya zamanı ağrı nöqtələri: Əgər 18 nöqtədən 11-də mexaniki qıcıqlanma zamanı ağrı olursa, "fibromialgiya" diaqnozu təsdiqlənmiş sayılırdı. Hazırda tək ağrılı nöqtələrin olması bu xəstəlik üçün diaqnostik kriteri sayılmır. Bununla yanaşı aşağıdakı simptomların da olması vacibdir:
- 3 aydan az olmayan vaxt ərzində bədənin müxtəlif nahiyələrində xroniki ağrılar
-  Yorğunluq və halsızlıq
- Yuxu pozğunluğu
- Əllərdə və ayaqlarda hərəkət məhdudluğu
- Fiziki və əqli əmək qabiliyyətinin enməsi
- Gərginlik və baş ağrıları
- Xroniki qıcıqlanmış bağırsaq sindromu
- Qıcolmalar
- Hava dəyişikliyinə həssas olurlar, fiziki gərginlik, stres zamanı ağrılar artır
- Diqqətin yayınması
- Əhval ruhiyyənin aşağı
Yorğunluq və yuxusuzluq: Əksər hallarda xəstələrdə yorğunluq və yuxusuzluq da rast gəlinir. Belə xəstələr adətən asanlıqla yuxuya gedirlər, amma gecə tez-tez ayılırlar. Fibromialgiyası olan xəstələrdə yuxuda apnoe halı da tez-tez təsadüf olunur. Gecə tənəffüsdə qısa fasilələr yaranır, nəticədə ürək-damar xəstəliklərinin yaranma riski artır. Yuxu pozğunluğu xroniki yorğunluq sindromuna səbəb ola bilər.
Narahat ayaq sindromu: fibromialgiyalı xəstələrdə çox təsadüf olunur. Bu zaman sakit vəziyyətdə ayaqlarda iynə batma hissi və ağrılı dartınma hissi olur. Ancaq idman hərəkətləri ilə bu əlamətləri azaltmaq olur.
Fibromialgiyanın digər əlamətləri: Bəzən gözlər ətrafında ödem və şişkinlik, görmə pozğunluğu, göz önündə qara nöqtələr olur. Bəzi xəstələrdə emosional şikayətlər də olur: əsəbilik, daxili narahatlıq, depressiya, həyəcan pozğunluqları.
Hiperhəssaslıq: fibromialgiyası olan xəstələr bəzi qıcıqlandırıcılara: qoxu, səs və ya işığa qarşı həssas olurlar. Xəstələrdə bəzi vegetativ simptomlar: tremor (əsmə), hiperhidroz (yüksək tərləmə) və soyuq barmaqlar da rast gəlinə bilər.
Fibromialgiyanın ağırlıq dərəcəsi
Fibromialgiyanın ağırlıq dərəcəsi xəstədən xəstəyə fərqlənir. Yüngül formasında bədənin müxtəlif yerlərində ağrıdan əlavə, heç bir fiziki şikayət və emosional simptom olmur. Bu şikayətlər demək olar ki xəstənin həyat keyfiyyətinə təsir etmir. Ağır formasında xroniki ağrı ilə yanaşı digər fiziki və emosional simptomlar büruzə verə bilər.
Diaqnostikası
Əksər hallarda diaqnozun qoyulması çox vaxt aparır, çünki kliniki mənzərəsi müxtəlif olur. Diaqnostika ancaq xəstənin subyektiv əlamətlərinə əsasən qoyulur. Müasir diaqnostika metodları adətən, xəstədə xəstəliyə səbəb ola biləcək heç bir anomaliya aşkarlamır. Fibromialgiya zamanı Rentgen, KT (kompyuter tomoqrafiya), MRT (maqnit rezonans tomoqrafiya) vasitəsilə ağrılı nahiyələrdə heç bir patoloji dəyişiklik aşkarlanmır. Ümumi laborator analizlərdə də heç bir dəyişiklik qeyd olunmur.  
Fibromialgiyanın müalicəsi
Fibromialgiyanın tam müalicəsi yoxdur. Amma düzgün müalicə olunduqda fibromialgiyanın əlamətlərini azaltmaq mümkündür. Müvafiq müalicə üsulu fibromialgiyanın siptomlarının ağırlıq dərəcəsindən asılı olaraq seçilir.
Fibromialgiya əzələ və oynaqlarda geridönməz dəyişikliklər yaratmadığından əlilliyə səbəb olmur. Ancaq xroniki ağrı və digər simptomlar xəstənin həyat keyfiyyətinə təsir göstərir. Erkən başlanan müalicə zamanı effekt daha tez əldə olunur. 60 yaşdan sonra fibromialgiya əlamətləri adətən keçib gedir.
Fibromialgiyanın müalicəsində istifadə olunur:
- Fiziki hərəkətlər:
Yürümək
Üzgüçülük
Velosiped sürmək
Akupunktura
Nevral terapiya
Osteopatiya
- Fizioterapiya - isti prosedurlar fibromialgiya simptomlarını azaldır. Ancaq bəzi pasientlər krioterapiyanın (soyuqla müalicə) müsbət təsirini qeyd edirlər. Müalicəvi vannalar da sakitləşdirici təsir göstərir. Fibromialgiya zamanı masaj məsləhət olunmur.
- Reabilitasiya
- Dərman müalicəsi:
Qamma amin yağ turşusu analoqları
Miorelaksantlar
Antidepresantlar
Qıcolma əleyhinə preparatlar
- Psixoterapiya - xəstənin ağrılarının nə dərəcədə güclü hiss olunması onun şikayətlərinə olan daxili münasibətindən asılı olur. Koqnitiv-davranış terapiyası zamanı xəstə ağrını qiymətləndirməyi öyrənir.
Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1163   Tarix: 13 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

qadın geyimi qadin dunyasi qaşların formalari dirnaq ucun maskalar bakirəliyin pozulması ədəbi guşə dirnaq pilkalamaq kosmetika novruz hakışdaları badambura şəkərbura lakonizim novruz bayramına aid