Gec yaşda evlənən kişiləri GÖZLƏYƏN TƏHLÜKƏ

Gec yaşda evlənən kişiləri GÖZLƏYƏN TƏHLÜKƏHamı bilir ki, qadının ana olmasının bioloji müddəti var. Bəs kişinin ata olmaq üçün bioloji vaxtı varmı? Mütəxəssislər deyirlər ki, kişilərdə qocalma ilə reproduktiv funksiyaların azalması və sperma keyfiyyətinin azalması baş verir. Belə olan halda ata olmaq üçün ideal yaş nədir?
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uroloq və androloq Emre Bakırcıoğlu bu barədə əhəmiyyətli məlumatlar verib.
Ekspertin sözlərinə görə, xaricdə sperma bankları 50 yaşdan yuxarı kişilərdən sperma qəbul etmir. Bunun səbəbi sperma keyfiyyətinin yaşla birlikdə aşağı düşməsi ilə əlaqədardır.
Beləliklə, kişilər yaşlandıqca onlarda funksional olaraq hansı dəyişikliklər baş verir?
40 yaşdan yuxarı testosteron səviyyəsi ildə 1 faiz azalır.
Sperma miqdarı qismən eyni səviyyədə davam edə bilər.
İl ərzində sperma hərəkətliliyi azalır.
Sperma keyfiyyəti azalır.
"Bu dəyişikliklərdən başqa, yaşla əlaqədar ereksiya problemi, cinsi əlaqənin tezliyinin azalması kimi digər amillər özünü göstərir. Normal bir insanda hər ürək döyüntüsü ilə 1000 sperma ifraz edildiyi halda, bu keyfiyyət yaşla bərabər azalır. Sperma xromosom anormallıqları artmağa başlayır, xüsusən cinsiyyət xromosomu X və Y xromosoma anomaliyaları artır. Uşaqlarda XXY Klinefelter sindromu və ya XYY sindromunun tezliyi artır. Tək gen xəstəliklərində artım görülür. Bu xəstəliklər nadirdir, lakin uşaqlarda ağır anadangəlmə xəstəliklərə səbəb ola bilər" , - deyə həkim qeyd edib.
Kişinin yaşı hamiləliyə necə təsir edir?
50 yaşdan aşağı kişilərə nisbətən iki dəfə hamiləliyin pozulması riski yüksəkdir.
Erkən doğuş ehtimalı və uşaq ölümünün 2 dəfə artması.
"Döllənmə və hamiləlik baş verərsə, kişinin yaşı hamiləliyə mənfi təsir göstərir. Daha da önəmlisi son illərdə aparılan araşdırmalar göstərib ki, şizofreniya (5 qat), autizm (4 qat), bipolyar pozğunluqlar (2 qat) və diqqət çatışmazlığı kimi bəzi koqnitiv pozğunluqlar yaşlı ataların uşaqlarında daha çox rast gəlinir.
Əlbəttə ki, 40 yaşına çatmadan uşaq sahibi olmaq üçün daha istəkli olmaq lazımdır. Kişilərin bioloji saatı olduğunu bilməliyik və 40 yaşlarını gözləmədən uşaq sahibi olmağı məsləhət görürük. Risk, ümumiyyətlə, çox yüksək olmasa da, gənc kişilərlə müqayisədə bu riskin artdığı göz qabağındadır. Bu gün aparılan araşdırmalar göstərir ki, kişilərdə sperma keyfiyyətinin aşağı olması bir çox xəstəliklərə səbəb olur", deyə mütəxəssis əlavə edib. /publika.az

Sağlamlıq     Baxılıb: 2263   Tarix: 09 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

toy makiyajlari toy gecesi adlarin menasi cinsi problemlər səyahət qadın orqanizmi baliq qulagi el isleri kosmetika maya maskasi zəhmət gözəllik kahfe falı hekaye janri