Blefaroplastika – göz qapaqlarının plastikası

Blefaroplastika – göz qapaqlarının plastikasıYaş ötdükcə bir çox insanlarda göz qapaqlarının sallanması baş verir, çünki dəri daha az elastik olur; gözlərin altında şişlər əmələ gəlir ki, onlar insanı qoca və yorğun göstərir. Lakin həm gözlərin altındakı şişlər, həm də üst göz qapaqlarının sallanması istənilən yaşda əmələ gələ bilər. Göz qapaqlarında cərrahiyyə müdaxiləsinə blefaroplastika deyilir. Bu əməliyyat zamanı adətən üst və alt göz qapaqlarından artıq piy toxuması və dəri götürülür və ya bölüşdürülür və göz ətrafındakı əzələlər möhkəmləndirilir.

Gözlərin altındakı şişləri götürmək üçün adətən transkonyuktival blefaroplastika aparılır. Bu əməliyyat zamanı alt göz qapağının daxili səthində kəsik vasitəsilə artıq piy toxumasını götürürlər və bundan sonra gözə çarpan çapıq qalmır.

Blefaroplastika ənənəvi cərrahiyyə metodikası və ya lazer üsulu üzrə aparıla bilər. Axırıncısı dəri elastikliyini itirməyən nisbətən cavan insanlarda yaxşı nəticələr verir;

Göz qapaqlarında cərrahiyyə müdaxiləsinin nəticəsi təxmini on il ərzində qalır, bəzən isə həmişəlik qalır. Cavanlaşdırma effekti o qədər böyük ola bilər ki, siz üz toxumalarının dartılması üzrə əməliyyatı bir neçə ilə təxirə sala bilərsiniz. Əməliyyat müddəti
Əməliyyat üst və alt göz qapaqlarında bir-iki saat çəkir. Çox vaxt artıq əməliyyat günü pasiyent evə buraxılır.

Ağrısızlaşdırma
Adətən belə əməliyyatlar ümumi ağrısızlaşdırma ilə aparılır. Əgər pasiyent yerli anesteziyaya (göz ətrafındakı zonasının ağrısızlaşdırması və inyeksiya vasitəsilə və ya daxilə qəbul edilən sakitləşdirici dərmanın qəbul edilməsi) üstünlük verirsə, o, yenə də heç bir ağrı hiss etməyəcək, ancaq gözün basılmasını və ya digər narahatlıq (məsələn gözlərini bağlamaq imkanının olmamağından qıcıqlanma) hiss edə bilər.

Əməliyyatın necə aparılması
Əməliyyat üst göz qapaqlarından başlanılır ki, burada təbii qırış üzrə kiçik kəsik edilir. Alt göz qapaqlarında, əgər transkonyuktival üsul (bu üsul zamanı alt göz qapağının daxili səthində kəsik edilir) pasiyent üçün münasib deyil, cərrah kirpiklərdən bir az aşağı xətt üzrə kəsik edəcək. Kəsiklərin uzunluğu piy və digər toxumalarının normalaşdırılması və (və ya) götürülməsi yerlərindən asılıdır. Dərini əməliyyatdan bir həftə sonra götürülən çox nazik tikiş materialı ilə tikirlər.

Əməliyyatdan sonra
Əgər insan ümumən sağlamdırsa, göz qapaqlarında cərrahiyyə müdaxiləsi faktiki olaraq istənilən yaşda həyata keçirmək olar. Sağalma adətən çətinliksiz keçir. Həkim antibakterial məlhəm və ya göz almasının üstününnəmləndirilməsi üçün tərkib təyin edə bilər, ağrı, qanaxması və şişləri azaltmaq üçün 48 saat ərzində buz ilə paketləri qoymağı məsləhət edə bilər. Lazım olduqda ağrıkəsici dərmanları təyin edirlər. Həkim başınız hündürlüyə qaldırılmış vəziyyətdə yatmağı məsləhət edəcək ki, əməliyyat zonasında mayenin yığılmasının qarşısı alınsın. Sizə gözlərin gigiyenik qulluğunun necə edilməsi göstəriləcək ki, bu da qabığın yaranmasının qarşısını almaqda kömək edəcək. Bir həftədən sonra siz tədricən fiziki çalışmalara və adət etdiyiniz fiziki fəallığa qayıda bilərsiniz.

Mümkün uğursuzluqlar
Bu cərrahiyyə müdaxiləsi adətən yaxşı nəticələr verir və cüzi risk dərəcəsi ilə müşayiət edilir. Əməliyyatdan sonra hərdən gözlərdə təsvirin fokuslaşdırılmama və hətta ikiləşmə hissi yaranır, lakin adətən bu hallar müvəqqəti olur.

Çapıqların yaranması
Çapıqlar adətən alt göz qapağının kirpiklərinin qırağı ilə və ya üst göz qapaqlarının qırışında əmələ gəlir. Təxmini yarım ildən sonra bu çapıqlar hamarlanıb düzəlir və faktiki olaraq görünməyən ağ xəttə çevrilir. Yalnız sizin əməliyyat keçirdiyinizi bilən insan bu xətti seçə bilər.

Sağlamlıq     Baxılıb: 1992   Tarix: 14 iyul 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 kosmetoloq maraqli el islerinin hazirlanmasi cinsi heyat azərbaycan haqda hind paltarlari kosmetika oglaq hakisda baldiza aid haxisda toy gecesi haxista