Gənc yaşda ölən dahilər - 20 yaş, 23 yaş...

Gənc yaşda ölən dahilər - 20 yaş, 23 yaş...Dahi olmaq üçün qocalmağı və ya ölməyi gözləməyin. Bir şeylər yaratdıqdan sonra hər yaşda dahi ola bilərsiniz.

Dahi dedikdə ağlımıza bizə köhnə şəkillərdən baxan, saçı, saqqalı ağarmış, üz-gözü qırışmış adamlar gəlir. Etiraf edək ki, çoxumuz belə düşünürük. Müəyyən bir zamana qədər mən də belə düşünmüşəm. Beş-on il əvvəl hansısa parkda siqaret çəkən bir gənci mənə göstərib desəydilər, "bu adam dahi yazıçıdır" ya da "bu adam dahi fizikdir", çox güman ki, gülərdim.

Zaman-zaman öyrəndim ki, dahi olmaq üçün ölmək, ya da qocalmaq lazım deyilmiş. Gənc və ya uşaq yaşlarında da dahi ola bilərmiş insan. Yetər ki, dünyanın taleyini dəyişə bilən, bəşərə xidmət edən inqilabi ixtiraları, önəmli əsərləri olsun. Bu yazını da həmin gənc dahilərə həsr etməyi qərara aldım.

Evarist Qalua — 25 oktaybr 1811-ci ildə, Paris yaxınlığında doğulmuşdu. Başı çoxlu bəlalər çəkən bu dahi öz dövründə əyyaş və səfil kimi tanınmış, onu Politexnik məktəbə belə qəbul etməmişdilər. İki dəfə həbs olunmuş və uzun müddət səfil həyatı sürmüşdü. 1832-ci ilin may ayında, cəmi 20 yaşında qarnından güllələnərək öldürülmüşdü. Güllələnmə səbəbi haqqında müxtəlif fərziyyələr olsa da, heç biri sübuta yetirilməmişdi. Əsas olan isə odur ki, Evarist Qalua özündən az qala bir əsr sonra yaranacaq olan televiziyanın inkişafına xidmət etmişdi. Onun nəzəriyyələri öz dövründə anlaşılmamış, hətta dövrün böyük riyaziyyatçıları tərəfindən yetərsiz qəbul edilmişdi. Amma bu gün Evarist Qaluanın nəzəriyyələri sayəsində rəqəmsal televiziya kanalllarını rahatlıqla izləyirik.

Nils Abel də 26 il ömür sürən, gənc yaşda vəfat edən dahilərdəndir. Elliptik funksiyalardan, beşinci dərəcəli tənliklərə qədər bir çox sahələrdə kəşfləri olan bu gənc dahi tarixdə başqa bir fərqliliyi ilə də yer tutur. Ölümünə qədər yazılarını müxtəlif ünvanlara göndərən, iş axtaran bu dahiyə heç kəs qapı açmır. Nils Abel 1829-cu ilin 6 aprelində yoxsulluq içində vərəm xəstəliyindən həyatını itirir. Həmin ilin 8 aprelində — ölümündən cəmi iki gün sonra Berlin Universitetindən gələn məktubda ona iş təklif olunur. Beləcə, Nils Abel ölümündən sonra qədri ən tez bilinən dahi kimi tarixdə yerini tutur.

Haqqında tez-tez yazsam da, bu yazıda yazmağı da özümə borc bildiyim daha bir gənc dahi Karl Büxnerdir. 1813-cü ilin 17 oktyabrında doğulub, 1837-ci ilin 19 fevralında — cəmi 23 yaşında vəfat edən Karl Büxner alman teatrının təməllərini atmış dramaturq, klassik romantizmin tam əksinə, ictimai, tarixi, psixoloji dramları ilə ədəbiyyat və teatr tarixində inqilab etmiş ədibdir. Büxner əməyi istismar olunan kəndlilərə haqlarını müdafiə etmələri üçün şüarlar yazdığına görə təqib olunmuş və qısa müddət sonra tifo xəstəliyindən vəfat etmişdi.

Eyi xəstəlik səbəbi ilə vəfat edən başqa bir dahi də Henri Evenepoeldir. Cəmi 27 yaşında vəfat etmiş bu rəssam tam boy portretləri ilə tanınmış və 19-cu əsrin bədii ənənələrinə qarşı çıxan fovizm cərəyanının nümayəndəsi olmuşdu.

Əlbəttə, Azərbaycanın da gənc yaşda vəfat edən dahiləri az deyil. Amma bunların ən gənci Asəf Zeynallıdır. Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi və "Uşaq süitası" əsəri ilə uşaq musiqisinin əsasını qoymuş bəstəkarın "Ölkəm", "Sual", "Çadra", "Seyran" kimi romansları məşhurdur. İnsan zəkasının ən üst mərtəbəsidir ki, Tofiq Quliyev, Qara Qarayev kimi nəhənglər də bu 23 yaşlı dahi bəstəkarın tələbələri olmuşdu. 1909-cu ilin 5 aprelində doğulan Asəf Zeynallı özü isə Üzeyir Hacıbəyovun tələbəsi olmuş, ilk Türk Musiqi Məktəbində təhsil almış, daha sonralar "İbtidai Not Savadı" kitabının müəlliflərindən biri olmuşdu.

1932-ci ildə xalq mahnılarını nota almaq üçün Bülbül ilə birlikdə Qarabağa yola düşmüş, səfər zamanı qarın yatalağı xəstəliyinə yoluxmuşdu. Tariximizin müəmmalarından biri də odur ki, həmin dövrdə bu xəstəliyin müalicəsi olduğu halda Asəf Zeynallı qısa müddət sonra vəfat edir.

Xəstəxanada yatdığı müddətdə divara bir şeylər yazmış və ölüm ayağında ikən qardaşına "Bu, mənim simfoniyamdır. Qoymayın divarda qalsın" demişdi. Güman edilir ki, xəstəxana divarına yazılan o simfoniya Asəf Zeynallının yazmağı planlaşdırdığı "Bakı" simfoniyası olmuşdu. Lakin simfoniya elə divarda qalmış və qısa müddət sonra silinmişdi. Dahi olmaq üçün qocalmağı və ya ölməyi gözləməyin. Bir şeylər yaratdıqdan sonra hər yaşda dahi ola bilərsiniz. Bu dahilər kimi…! (sputnik)

Xəbərlər     Baxılıb: 2118   Tarix: 22 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

gözəllik məhsulları toy gecesi qaşların formalari yay donları stil dərsləri sepkilere qarsi zoğal mürəbbəsi hazırlanması kosmetika yemekler rus dili novruz bayramı haxışta bir arzum var intim munasibetler