Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ÖLÜM SAÇIR

Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ÖLÜM SAÇIRRusiyalı genetik mütəxəssis Yevgeni Patkin plastik elektrik çaydanların zərərlərini açıqlayıb.
xəbər verir ki, alimlər hamilə qadının qəbul etdiyi az miqdarda zəhərin uşağın sağlamlığına necə təsir etdiyinə dair bir sıra təcrübələr aparıb. Eksperimental Tibb İnstitutunun molekulyar sitogenetik laboratoriyasının müdiri, elmi qrupun rəhbəri - Yevgeni Patkinin dediyinə görə, döl epigenetik dəyişikliklərə məruz qalır ki, bu da özünü yetkin yaşda ciddi xəstəlik kimi göstərə bilər.
Alimlər ətraf mühitdən az miqdarda bədənə daxil olan toksinlərin nəticədə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək proseslərə təkan verəcəyini sübut edib. Üstəlik, zəhər uşağın orqanizminə ana bətnində olarkən daxil olarsa, insan kifayət qədər yetkin yaşda da xəstələnə bilər. Patkin həmin maddələri açıqlayıb:
"Epigenetik dəyişikliklərin baş verməsi üçün bədənin güclü təsirə məruz qalmasına ehtiyac yoxdur - məsələn, ağır metalların olduğu yeməklər, və ya az miqdarda bisfenol olan plastik su şüşələri kifayətdir. Rəsmi olaraq zəhərin tərkibi sanitar norma daxilində olacaq - mutasiyaya səbəb olmayacaq, amma epigenetik dəyişikliklər mütləq baş verəcək. Yeri gəlmişkən, bisfenol isidildiyi zaman daha fəal buraxılır. Odur ki, plastik elektrik çaydanları atmaq və uşaq yeməyini plastik şüşələrdə qızdırmamaq lazımdır".
Genetik eyni zamanda vurğulayıb ki, hamilələrin sağlamlığı mühümdür. O, əlavə edib ki, kişinin spermatogenezi ömrü boyu davam edir. Əgər zəhər və ya şüalanmaya məruz qalsa, bir müddət sonra sperması təmizlənəcək. Qadının bütün yumurtalıqları zərər görərsə, əbədi olaraq belə qalacaqlar.
Alimlərin fikrincə, embrional dövr həlledici rol oynayır. Mütəxəssislər xəstəliklərin əsasən DNT-dəki epigenetik dəyişikliklərlə əlaqəli olduğunu düşünür. Elmdə yeni bir istiqamət ortaya çıxıb - (utero inkişaf etmiş) "yetkin" xəstəliklərin fetal səbəblərinin araşdırılması. Həkimlər xəstəliklərin epigenetik mexanizmlərini başa düşdükdən sonra yeni effektiv müalicə üsullarının tapılacağını gözləyirlər.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2341   Tarix: 08 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

toy makiyajlari toy gecesi adlarin menasi cinsi problemlər səyahət qadın orqanizmi baliq qulagi el isleri kosmetika maya maskasi zəhmət gözəllik kahfe falı hekaye janri