Gərginlik stenokardiyası
Stenokardiya - miokardın oksigen tələbatı ilə onun oksigen təchizatı arasındakı tarazlığın pozulması nəticəsində, miokardın işemiyası ilə bağlı döş qəfəsində ağrı və diskomfortun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Stenokardiya eyni zamanda ürəyin işemik xəstəliyinin kliniki sindrom və formasıdır.
Xəstəliyin əlamətləri:
1. Ağrıların deşici, yandırıcı, göynədici olması
2. Ağrıların döş sümüyünün arxası və ya ürək nahiyəsində olması
3. Ağrıların irradiasiyası - adətən sol qola, sol çiyinə, sol kürəkaltı nahiyəyə və alt çənəyə irradiasiya edir.
4. Ağrıların davametmə müddəti - ağrılar adətən 10 dəqiqəyə qədər davam edir.
5. Ağrı tutmalarının fiziki və ya emosional gərginliklə birbaşa əlaqəsi olması.
6. Ağrıların sakitlikdə və nitrogliserin qəbulundan sonra tam keçməsi.
Bəzi hallarda gərginlik stenokardiyası atipik əlamətlərlə də təzahür edir. Bunlar aşağıdakılardır:
tutmaşəkilli ağrıların atipik lokalizasiyası
ağrıların irradiasiya etməsi
nitroqliserin qəbulunun əhəmiyyətsizliyi
ağrının ekvivalenti kimi sol qolun və sol əlin keyləşməsi
Diaqnostikası:
Prosesin inkişaf mərhələlərini vaxtında aşkarlamaq, həmçinin xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirmək üçün aşağıdakı müayinə metodlarından istifadə olunur:
Sakitlik standart exokardioqrafiya
EKQ-nin Holter monitoru
Fiziki yük sınaqları
Qeyri-informativ sınaqlar
Yemək borusu vasitəsilə ürəyin elektrik stimulyasiyası
Exokardioqrafiya
Radionuklid müayinə metodları
Pozitron-emission tomoqrafiya
Koronar angioqrafiya.
Müalicə prinsiplərinə aiddir:
risk faktorlarının aradan qaldırılması
ənənəvi dərman müalicəsi
proqnostik müalicə.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert