Gəzinti cavanlaşmağa kömək edir?

Gəzinti cavanlaşmağa kömək edir?Gəzinti ən asan və ən təbii fiziki fəaliyyətdir. Heç bir alətə və ya cihaza, şərtlərə və hətta xüsusi geyim formasına ehtiyac duyulmur. Bəs həqiqətən sağlamlıq üçün gündə 10 min addım getməliyik? Gəzinti cavan qalmağa kömək edirmi?
Publika.az xəbər verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 1 saylı Xəstəxana Cərrahiyyəsi kafedrasının professoru Yevgeniya Açkasova bu suala cavab verib. Ekspert qeyd edib ki, əslində 10 min addım orta statistik rəqəmdir. Ancaq nə qədər yeriməli olduğunuzu öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır:
"Birinin gündə 5 min addım, digərinin 10 min, kiminsə 15 min addım getməsi lazımdır. Hər şey insanın hazırlıq səviyyəsindən və bədənin hansı ehtiyatlara sahib olmasından asılıdır. Bəziləri isə daha az addımla başlamalı və məsafəni tədricən artırmalıdır".
Hesab olunur ki, 10 min addım - təxminən bir saat gəzinti ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ən yaxşı fiziki fəaliyyətdir. Ancaq mütəxəssis bildirib ki, məsafə ilə yanaşı temp də vacibdir. Sürətlə gediriksə, daha çox kalori itirilir, yəni artıq çəki getməyə başlayacaq. Eyni zamanda, istənilən fiziki fəaliyyətin: qaçış, velosiped sürmə və ya gəzintinin öz müsbət və mənfi cəhətləri olduğunu vurğulayıb:
"Burada əsas olan hərəkət etməkdir, kimə hansı metodun uyğun olması individualdır. Kimsə gəzməli, kimsə qaçmalı, kimsə "Skandinaviya gəzintisi"nə çıxmalıdır. Gəzməyin aşkar faydaları diz oynaqlarında şok yükünü aradan qaldırmasıdır. Gəzinti daha az təlim görmüş insanlar üçün uyğundur. Gəzmək üçün idman zalı və ya oyun meydançasına ehtiyac yoxdur. İstər işə, istər işdən evə yerimək, istərsə də lift əvəzinə pilləkənlərlə qalxmaq - bunlar hamısı özümüz üçün təşkil etdiyimiz bir növ xüsusi təlim deyil, eyni zamanda lazımi fəaliyyətlərdir".
Mütəxəssis qeyd edib ki, gəzməyin əsas faydası ürək-damar xəstəliklərinin qarşısının alınması, eyni zamanda hipokinesiya və hərəkət çatışmazlığı ilə mübarizədir:
"Gəzinti xüsusilə şəkərli diabet xəstələri, tənəffüs yolları xəstəlikləri olanlar üçün uyğundur. Həm də bədən çəkisini tənzimləmək üçün faydalıdır. Gündəlik fiziki fəaliyyət insanın bioloji yaşını azaldır. Mütəmadi olaraq gəzməyə başlamaq üçün yaxşı motivasiyaya ehtiyacınız varsa, bir neçə aydan sonra vücudunuzun sözün əsl mənasında cavanlaşacağını düşünün. Evdə oturub az hərəkət etdikdə bədənin yük toleransı azalır və vücudumuzun funksional göstəriciləri baxımından yaşlanırıq, bioloji yaşımız yüksəlir. Əhvalınızın yaxşı olması üçün hərəkət etməyin və emosional fonu artırmağın vacib olduğu sübut olunub".
Gəzinti sağlamlığı yaxşılaşdıra bilərmi?
Gəzmək qaça bilməyən insanlar üçün çıxış yoludur. Məsələn, üçüncü dərəcə və ya daha çox piylənmə, eləcə də əzələ-skelet sistemi xəstəlikləri olan insanlar üçün.
Gəzintini nə ilə əvəz etmək olar?
1. Kök uşaqlar üçün mütəxəssis rəqs etməyi və kompüter oyunlarını tövsiyə edir.
2. Yaşlı insanları kollektiv fəaliyyətlərlə aparmaq daha asandır - qonşularınızdan bir qrup həvəskar toplayın və birlikdə gəzin, bir-birinizi dəstəkləyin, gəzinti zamanı ünsiyyət qurun. Bundan əlavə, yaşlı insanlar tez-tez ünsiyyətdən məhrum olur, odur ki, kollektiv gəzinti ikiqat effektivdir: əhval-ruhiyyəni, eyni zamanda sağlamlığı yaxşılaşdırır.
3. Evdar qadınlara qeyd: Həkimin sözlərinə görə, intensiv ev təmizliyi kalori xərclənməsi və əzələ işində fitnes klubundakı məşqə bərabərləşir.
Harada gəzmək olmaz?
Sıx avtomobil yollarının yaxınlığında hər hansı fiziki fəaliyyət zərərlidir. İşlənmiş qazları udmamaq üçün parkları, stadionları seçmək daha yaxşıdır.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1994   Tarix: 19 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

geyim şəkilləri geyim necə seçməli maskalar uşağın cinsiyyəti sərxan kərəmoğlu qadin psixologiyasi psixoloq meslehetleri kosmetika masqalar xanim.az birlik haqqinda novruz sekisler