Gicitkanla belə gözəlləşin

Gicitkanla belə gözəlləşinGicitkən - gözəllik üçün əla vasitədir.Təzə gicitkən sadəcə olaraq çoxlu vitaminlərlə boldur,ona görə də o,isti yay günlərində dərinizi təravətləndirir.Tikanlı yarpaqların qurumağını və xeyirini itirməyini gözləməyin-rezin və yaxud pambıq əlcək geyib yaşıl kosmetika üçün parka və ya yaxınlıqdakı meşəyə gedin.Əgər çox yığsanız,salat və şorba bişirib daxilə də qəbul etməyiniz məsləhətdir. Sadəcə, tikanlı yarpaqları yeməmişdən qabaq üzərinə qaynar su tökmək yadınızdan çıxmasın. Kosmetik məqsədlər üçün isə gicitkəni yumşaltmaq gərəkli deyil,yetər ki,gicitkən şirəsi hazırlayan zaman əllərinizi qoruyasınız. Belə şirəni ətçəkən, şirəçəkən və ya mikserlə hazırlaya bilərsiniz. Bəzi reseptlərin hazırlanması üçün isə xırdalanmış yarpaqlar da kifayətdir.Əgər təzə gicitkən tapmağa imkanınız yoxdursa,onda aptekdən qurudulmuşunu ala bilərsiniz.
Gicitkən reseptləri

* Yağlı dəri üçün bu maska çox faydalıdır.100 ml arağa 1 xörək qaşığı gicitkən yarpaqlarının şirəsini əlavə edin.2 ay ərzində səhər və axşam üzünüzü silin. Nəticə - təravətli,təmiz və işıqsaçan dəri.
* 1 xörək qaşığı qurudulmuş və xırdalanmış gicitkən yarpaqlarına ( və ya 2 xörək qaşığı təzə gicitkənə) 1 stəkan qaynar su töküb 30 dəqiqə saxlayın,süzün. Sonra yağlı dərini silin və ya kompress şəklində qoyun .Bunun üçün 2-3 qat tənzif salfeti məhlula batırın, alın,yanaq və çənəyə 5-10 dəqiqəlik qoyun.Bu proseduru 3-4 dəfə təkrar edin. Kompress dəridə maddələr mübadiləsinin işini gücləndirir, qan dövranını və dərinin rəngini yaxşılaşdırır və dərini yumşaq, elastiki edir.
* 1-2 xörək qaşığı xırdalanmış quru gicitkən yarpaqlarını çini qaba tökün,üzərinə duru sıyıq əmələ gələnə qədər isti su töküb 7-10 dəqiqə ərzində dayanmadan istidə qarışdırın. Daha sonra bunu üz və boyun dərisinə çəkin,20-25 dəqiqədən sonra pambıqla maskanı silin,üz dərisini isə isti su ilə yuyun. Bu qidalandırıcı maskanı həftədə 2-3 dəfə edin.Bu maska bütün dəri tipləri üçündür,amma daha çox quru dəri tipinə münasibdir.Maskanı üzə çəkməzdən öncə üzü losyonla silin,quru dəriyə isə yağlı krem çəkmək lazımdır.
* 1 çay qaşığı quru xırdalanmış gicitkən yarpaqlarının üzərinə 1 xörək qaşığı isti süd töküb 10 dəqiqə saxlayın,bundan sonra 1 çay qaşığı yumurta sarısını oraya əlavə edib qarışdırın.Maskanı üz dərisinə çəkib 20 dəqiqədən sonra yuyun.Bu maska quru və normal dərilər üçün münasibdir.Yağlı dəridə isə yumurta sarısı əvəzinə ağından istifadə edin.
* Gicitkən yarpaqlarının saçlara möcüzəvi təsirini hətta fransız qadınları da qiymətləndiriblər.Əgər saçlarınız parlaqlığını itiribsə 1 xörək qaşığı quru gicitkən yarpaqlarına ( və ya 2 xörək qaşığı təzə ) 1 stəkan qaynar su tökün,bununla saçlarınızı yuduqdan sonra massaj hərəkətləri ilə saçınıza çəkin.Bu asan proseduru müntəzəm şəkildə etsəniz,tez bir zamanda gözəl , parlaq saçlara sahib olacaqsınız.
Onu qeyd etmək qaldı ki,qalan gicitkən yarpaqlarını xırdalayıb və ya doğrayıb dondurmaq lazımdır ( bunu buz formasında etmək daha rahat olar). Və yaxud sıxılmış şirəni təmiz su ilə qarışdırın,və üz silmək üçün buz parçaları hazırlayıb saxlayın.
Qadin.net

Gözəllik və Moda     Baxılıb: 3106   Tarix: 19 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari kosmetik vasiteler sabir haciyev pilinqin hazirlanmasi baş gicəllənməsi elm haqqında atalar sözleri kosmetika hekaye janri sirin qogal birlik englishdilində qulaq terezi