Gilin möcüzəvi xüsusiyyətləri

Gilin möcüzəvi xüsusiyyətləriGildən kosmetik vasitə kimi istifadə edilməsi hələ qədim zamanlardan məlumdur. Gözəllik vasitəsi kimi istifadə edilən gilin tərkibi insanın dərisindəki mineral tərkibə yaxın olduğundan gözəllik məqsədi ilə hər zaman gildən istifadə olunub. Gil dərini cavanlaşdırır, sağlam və gözəl edir.
Kosmetik gillər sarı, qırmızı, mavi, ağ, yaşıl və qara olurlar.

1) Sarı gil – yağlı dərilər üçün tətbiq edilir, yağlı civzəli dərini təmizləyir, dərini bir qədər qurudur, artıq yağlılığa qarşı yaxşı təsir göstərir.

2) Qırmızı gil – həsas dərilər üçün effektli hesab edilir, iltihabı azalmaq xüsusiyyəti var. Quru dərilərə tətbiq edilir, qan dövranını yaxşılaşdırmaqla yanaşı dərini oksigenlə təmin edir.

3) Mavi gil - yağlı dərilərə tətbiq edilir. Sellülitin aradan qaldırılmasında da mavi gildən istifadə edilir.

Mavi gil su ilə qarışdırıb sellülitli hissələrə çəkib plyonka ilə bükülür. Sonra üzərini isti dəsmalla örtülüb 1 saat rahat şəkildə uzanmaq, daha sonra duş qəbul etmək lazımdır. Gilə dəniş yosunlarının əlavə edilməsi daha yaxşı nəticə almağa kömək edir. Dəniz yosunlarını apteklərdən əldə edə bilərsiniz. Bu qaydaların müntəzəm tətbiqi sellüliti aradan qaldırır, dərini hamar və zərif edir. Mavi gildən saçlara maska da edilir. Belə maska saçları möhkəmləndirir, yağlığı azaldaraq saçları canlandırır.

4) Ağ gil - yağlı dərilərə tətbiq edilir, dərini təmizləyir, iltihabı aradan qaldırır, dərini ağardır,qidalandırır və yeniləyir.

Ağ gildən aşağıdakı şəkildə maska hazırlanır: 1 çay qaşığı ağ gilin üzərinə ilıq su əlavə edilir, bir qədər qatı kütlə alınacaq. Sonra 3 damcı çay ağacı yağı əlavə olunaraq qarışdırılır və üzə çəkilir. Maska dəridə 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyulmalıdır.

Ağ gil dərini yaşlanmaqdan qoruyur, dərini dartır və elastik edir, kiçik qırışları aradan qaldırır.

Quru və solgun dərilər üçün digər bir maska: 1 çay qaşığı ağ gili 1 çay qaşığı yağlı xama və 1 ədəd yumurta sarısı ilə qarışdırıb dəriyə çəkmək lazımdır. Maska dəridə 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyulur və dəriyə qidalandırıcı krem çəkilir.

Bədən üçün də istifadə edilə bilən ağ gil bədən dərisini cavanlaşdırır.

5) Yaşıl gil – yağlı dərilərə tətbiq edilir. Dərini ölü hüceyrələrədən, çirkdən təmizləyir, yağlı dərilərdəki parıltını aradan qaldırır, məsamələri kiçildir.

6) Qara gil – yağlı dərilər tətbiq edilir. Tərkibi çox zəngindir.Dərini təmizləyir, iltihabları aradan qaldırır, dərini qidalandırır. Sellülitə qarşı effektli təsir göstərir.

Gözəllik və Moda     Baxılıb: 12484   Tarix: 11 may 2015
f Paylaş

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

gözəllik məhsulları sac duzumleri makiyaj etmek qaydalari kosmetoloq hamiləlik və analıq xinayaxdi ucun bayatilar şef master kosmetika birlik haqqinda salatlar saglam qidalanma bedii edebiyyat novruz bayramina aid hakistalar