Göbələk alarkən əsasən nəyə diqqət yetirmək lazımdır?

Göbələk alarkən əsasən nəyə diqqət yetirmək lazımdır?Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir.
Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.
Saxlama müddətinin uzadılması üçün göbələklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saxlanılma müddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-150C-də 75% nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə edilməyənləri isə 8 ay saxlamaq olar. Bu məhsullar əsasən şüşə və meral bankalarda, zəruri sıxlıq tələblərinə əməl edilməklə konservləşdirilir.
Göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma üçün istifadə olunan tara təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Göbələklər əsasən karton qutulara, polimer paketlərə və plastmas yeşiklərə qablaşdırılır.
Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, yığılma, qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti, şərtləri, standarta uyğunluğu haqda informasiya və s. məlumatlar olmalıdır.
İstehlak zamanı göbələk diqqətlə yoxlanılmalı, qurdu olanlar atılmalıdır. Yemək hazırlayarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir.
Mütəxəssislər hesab edir ki, göbələyin ekstraktı hüceyrələrə xoş təsir göstərir və onların müxtəlif infeksiyalara olan müqavimətini yüksəldir. Göbələyin tərkibindəki vitamin və mineral həmçinin yaşlanmanı gecikdirir, beyin və sinir sistemini xəstəliklərdən qoruyur. /publika.az

Sağlamlıq     Baxılıb: 2515   Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

yay geyimləri 2026 gozel gorunmek yemek reseptleri geyim seçimi elm aid atalar sozleri estetik gözəllik nermin ibrahimova kosmetika big.az maya maskasi zehmet ve zinet sac duzumleri aslan