Gözəl bədən quruluşuna sahib olmağın yolları

Gözəl bədən quruluşuna sahib olmağın yollarıGözəl bədən quruluşuna sahib olmağın yolları

"Walking Diet" jurnalına əsasən, yeriyərək daha gözəl bədənə sahib olmağın sirlərini açıqlayırıq.

İdman edərkən musiqi dinləmək yüksək əhval-ruhiyyə bəxş edir. Araşdırmalar idman edərkən musiqi dinləyənlərin 25 faizinin daha artıq müddət idman etdiyini göstərir. Bu da daha çox kalori yandırmağa kömək edir.

Yeriyərkən belə musiqi dinləməyə çalışın.

Piyada gəzinti sadəcə çəki atmağa kömək etmir, həm də şəkər xəstəliyi, sümük əriməsi və xərçəngə yoluxma risklərini də azaldır. İdman dükanlarından addımları hesablayan pedometr almaqla, neçə metr addımladığınızı hesablaya bilərsiniz.

1-3 gün. Hər gün atdığınız addımların sayını hesablayın. Üçüncü gündən sonra bunları toplayıb 3-ə bölün və alınan nəticə sizin hər gün üçün ortalama qaçışınız olacaq.

4-5 gün. Ortalama addım sayına 1000 addım daha əlavə edin. Düşəcəyiniz avtobus dayanacağından bir az irəlidə düşüb piyada gedə bilərsiniz.

6-cı gün. Bu gündən etibarən gəzinti üçün xüsusi günlər müəyyən etməlisiniz. 1500 addım daha əlavə edin. Sürətinizə görə 20 dəqiqədə 1500 addımı tamamlaya bilərsiniz. Gəzmədən əvvəl və arada ən az 200 ml su içməyi unutmayın.

7-ci gün. Normada 10 dəqiqəyə çatdığınız yerə bir az tez gedin.

8-11 gün. Orta qaçış normasına 1500 addım əlavə edib qaçışa davam edin.

12-ci günü istirahət üçün ayıra bilərsiniz.

13-14 gün. 2 500 addım daha əlavə edin.

15-16 gün. 3 min addım daha əlavə edin. Bu iki gün ərzində daha çox tərləməyə çalışın və musiqi dinləməyi unutmayın.

17-ci gün istirahət edin.

18- ci gün ortalama yerişinizə 2 min addım əlavə edərək davam edin. Əgər özünüzü yorğun hiss edirsinizsə, idmandan əvvəl 1 fincan qəhvə için.

19-cu gün. 7-ci günü təkrar edin. Daha sürətli gəzin.

20-ci gün. 1500 addım daha əlavə edərək proqramı tamamlayın.

Necə qaçmalısınız?

Qaçarkən qarın əzələlərinizi içəri çəkin və yeriyərkən dik durun. Çiyninizi aşağı salın, boynunuzu uzadın və başınızı dik tutun.

Qollarınızı sinə səviyyəsində tutun. Gündəlik işlərinizi görərkən hərəkətli olun, gedəcəyiniz yerlərə piyada gedin. 30 dəqiqə sürətli yeriyərək 120 kalori yandıra bilərsiniz. Əzələlərinizi çox işlətməklə bir o qədər də çox yağ yandıra bilərsiniz. Baldır, omba və sinə əzələlərinizi daha çox hərəkət elətdirin.

Çox yeyin. Əgər az yesəniz, maddələr mübadiləniz zəifləyər və daha az kalori yandırar.

Ancaq yediklərinizin kalorisi az olan yeməklər olmasına diqqət edin.

İdman sürətinizi artırın. Hündür yerlərə çıxmaqla 50 kalori artıq yandıra bilərsiniz.

Gündə 8 saat yeriməklə 100 kalori artıq yandıra bilərsiniz. Periodik yeriyin. Nərdivanları iki-iki çıxmaq yüzdə 55 daha çox yağ yandırmanıza kömək edəcək.

Öz yeməyinizi özünüz hazırlayın.

Ev işlərindən qaçmayın. Tozları almaq, evləri silmək, süpürmək, yerləri yığışdırmaqla keçirdiyiniz 1 saat 200 kalori yandırmanıza kömək edəcək.

Susuz qalmayın.

Duruşunuzu düzəldin. Oturmaq üçün nəzərdə tutulan yerlərdə yatmayın, ayaq üstə dura biləcəyiniz yerdə oturmayın və duruşunuzu düzəldin.

Gözəllik və Moda     Baxılıb: 7365   Tarix: 28 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

geyim necə seçməli aksessuarlar yay kolleksiyasi daginiq skleroz mualicesi hicablı xanımlar 2026 gəlinliklər saç kəsimləri 2026 kosmetika dolça novruz bayramina aid hakistalar video dolca qu quşu