Gül kələmi ilə arıqlayın!

Gül kələmi ilə arıqlayın!Gül kələm sağlamlıq üçün ən faydalı qidalardan biridir. Türkiyəli həkim Ayça Kaya da onun məhz yararlı xüsusiyyətlərindən danışıb.
Doktor Ayça Kaya kökəlməyə meyilli olanlara həftənin 3 günü gül kələm yeməyi tövsiyə edir.
"Qış mövsümündə günlərin qısalması, havanın soyuması, eyni zamanda hərəkətsizlik də maddələr mübadiləsinin sürətini azaldır. Ona görə də insan daha tez kökəlir. Bunun qarışısını almaq üçün qidalanma rejimimizdə bir az dəyişiklik etməliyik. Qoxusuna və köp yaratdığına görə o qədər də sevilməyən gül kələminin faydalarından mümkün olduğu qədər çox yararlanmalıyıq".
Həkimin sözlərinə görə, gül kələmi bel və qarın bölgəsindəki yağları əritmək üçün ən effektli qidadır:
"Bel və qarın bölgəsindəki piylərdən xilas olmaq istəyirsinizsə, həftədə ən az 3 gün gül kələmi yeyin. Liflə zəngin olduğu üçün mədəni doldurur və toxluq hissi yaradır. Süfrəyə oturan kimi əvvəlcə gül kələmindən hazırlanan salatı, xörəyi və ya şorbanı yeyin. Beləliklə, tez doyacaq, daha yemək istəməyəcəksiniz. Nəticədə az kalori alacaqsınız".
Gül kələmin C vitamini və fol turşusu ilə zəngin olduğunu vurğulayan Ayça Kaya bu vitaminlə turşunun da arıqlamağa kömək etdiyini deyir:
"C vitamini və fol turşusu maddələr mübadiləsinin az da olsa, sürətlənməsinə kömək edir. O təkcə arıqlatmır, həm də sağlamlıq üçün olduqca faydalıdır. Gül kələmində kalium və indol‐3 adlı maddə var. Bunlar döş, mədə, yoğun bağırsaq xərçənginə qarşı qoruyucu funksiya daşıyır".
Həkim deyir ki, gül kələmi həm də qan azlığı və təzyiq üçün faydalıdır:
"Dəmir mineralı ilə zəngin olan bu tərəvəz qan azlığına qarşı da təsirlidir. Halsızlığın və yorğunluğun qarşısını alır. Qan təzyiqini stabil saxlayır. Ürək-damar xəstəliklərinə yaxalanma riskini azaldır. Sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir.
Tərkibindəki antioksidantlar sayəsində hüceyrələri təmizləyir, immunitet sistemini gücləndirir".

Gözəllik və Moda     Baxılıb: 2907   Tarix: 18 noyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

yay kolleksiyasi geyim necə seçməli sac duzumleri sac düzümləri nermin ibrahimova uşaq xəstəlikləri cinsi problemlər kosmetika salam paxlava xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır uzeyir hacibeyli gülməli hakıştalar