Günboyu "selfie" çəkənlər haqqında inanılmaz faktlar

Günboyu "selfie" çəkənlər haqqında inanılmaz faktlarFoto yunanca "işıq" mənasını verir. İlk fotonun yaranma tarixi isə XVII əsrə aid edilir. Bu, əslində böyük inqilabın başlanğıcı idi - bəşəriyyətin böyük kəşflərindən olan kino da fotonun əsasında yarandı.
Lakin texnikanın sürətlə inkişaf etdiyi XXI əsrdə fotonun missiyası dəyişdi. Aşırı inkişaf edən texnologiyalar sürət əsrini öz əsirinə çevirdi. Canlı ünsiyyətdən get-gedə uzaqlaşan insanlar bu rabitəni məhv edən texnologiyalara bağlandı. Getdikcə patoloji tendensiyaya çevrilən bu proses özünü daha çox fotoda göstərdi. Tənhalıqdan qaçmaq, özünütəsdiq ehtiyacı, eqonu qidalandırmaq insanlarda fotoya aşırı istək yaratdı.

Bu gün Yer üzünün az qala, hər beş sakinindən üçü özünü fotosuz təsəvvür etmir. Şəkil çəkmənin vacibliyi onda xüsusi psixoloji xəstəliyi gizləyən sirrə çevrilib.
ABŞ-ın Ohayo Universitetinin mütəxəssislərinin apardığı tədqiqat zamanı tez-tez fotoşəkil çəkdirən və onları sosial şəbəkələrdə paylaşan insanlarda psixoloji problemlərin olduğu aşkarlanıb.

Fotoşəkilləri redaktə edən, onlar üçün uyğun effektlər seçən və ya hər hansı başqa üsulla emal edən adamlar adətən, narsisizmdən əziyyət çəkir. Təmin olunmayan eqo, özünü ifadə edə bilməmək bacarığı insanlarda fotoşəkil çəkiminə tələbatı artırıb.
Britaniyada 500 nəfər arasında aparılan sınaq nəticəsində məlum olub ki, güzgü qarşısına keçərək, bədənlərini nümayiş etdirən insanların digərlərindən fərqli olaraq, daha çox bəyənilməyə ehtiyacı var. Daha çox sevgili cütlüklərin şəkillərini paylaşan insanlar isə özgüvən problemi yaşamaqdadırlar.

Bu gün aşırı dərəcədə çox yayılan və sosial şəbəkədə göz qabarına çevrilən "selfi"lər – özçəkim bəzi insanlarda özünə inamsızlığın bariz nümunəsidir. "Selfi" iki halda özünün psixoloji fəsadını üzə çıxarır: birincisi, diqqətdən kənarda qalan, özünü ifadəyə kəskin ehtiyac hiss edən insanların tələbatını "ödəyən" özçəkim, ikincisi isə hər zaman diqqət mərkəzində olan və bu üstünlüyünü qorumaq istəyən insanların (xüsusən də, gənc qızların) müraciət etdiyi vasitə... Hər iki halda bu amil patoloji səviyyəyə qədər yüksələ bilir.

Amerika Psixiatriya Assosiasiyası pozğunluğun üç mərhələsini müəyyən edib:

1. İlkin selfitist: bu mərhələdə xəstə gündə ən azı üç dəfə öz şəklini çəkir, amma onları sosial şəbəkələrdə yerləşdirmir;
2. Kəskin selfitist: bu mərhələdə öz şəklini üç dəfədən çox çəkən xəstə hər bir şəkli sosial şəbəkədə yerləşdirir;
3. Xroniki selfitist: öz şəklini gün boyu çəkmək arzusuna nəzarəti itirən xəstələr, bu mərhələdə gün ərzində altı dəfədən çox şəklini çəkərək, onların hər birini sosial mediada yerləşdirirlər.

Psixoloq Elnur Rüstəmov modern.az saytına açıqlamasında şəkil çəkmənin bu qədər vacibliyinin sirrini də insanların psixoloji ehtiyacı ilə əlaqələndirib. Onun sözlərinə görə, bu gün şəkil çəkdirmək nə qədər vacib hal sayılsa da, çox yaxın gələcəkdə buna maraq tamamilə azalacaq: "Düşünürəm ki, dünyanın əksər ölkələrində vəziyyət bu cürdü - insanlar hər anı ölümsüzləşdirmək istəyirlər. İnsanlarda özünün mərkəzdə olduğu ölümsüz məkanı başqaları ilə bölüşmək, həmin anla bağlı duyğuları paylaşmaq və bir növ bununla təsəlli tapmaq amacı hər zaman olub. Amma deyim ki, bu, idarə oluna bilən prosesdir. Bunu aludəçilik yox, meyllilik kimi dəyərləndirmək lazımdır. Fikrimcə, yaxın gələcəkdə bu istək xeyli zəifləyəcək. İnsanların fotoya olan marağı xeyli azalacaq".

Psixoloq təhlükəli yerlərdə çəkilən şəkillərin psixoloji pozuntulardan qaynaqlandığını da qeyd edir: "Tez-tez fotoşəkil çəkdirməyin birbaşa depressiyadan qaynaqlandığını demək düzgün olmaz. Belələri sadəcə, narahat insanlardılar. Özlərini axtarırlar. Bu proses tənhalıqdan, ünsiyyət problemindən, daxili narahatlıqdan da qaynaqlana bilir. Həmin insanlar tez-tez şəkil çəkdirməklə sanki bu cür daxili narahatlıqdan qaçmaq istəyirlər. Bununla da boşluğu doldurmağa çalışırlar. Əgər proses xroniki hal alırsa, bunu psixoloji pozuntu ilə əlaqələndirmək olar. Yox, xroniki deyilsə, o zaman depressiya ilə əlaqələndirmək doğru olmaz. Elə insanlar var ki, onlar "selfi" üçün təhlükəli yerlərə gedir, biri hündürmərtəbəli binanın başına çıxır, o biri uçurumun kənarına yollanır. Bu artıq patoloji mərhələdir".
NLP üzrə təlimçi, motivasiya mütəxəssisi Babək Bayramov isə məsələyə başqa aspektdən yanaşır. Onun sözlərinə görə, bəzi insanlar üçün foto öz emosiyalarını, əyləncələrini, bir sözlə daxili xoşbəxtliklərini ətrafa yaymaq üçün vacibdir:
"Aşırı şəkildə foto çəkdirmək yalnız neqativ hadisələrdən qaynaqlanmır. İnsanlar bəzən kefdən, həddindən artıq yüksək olan emosional durumdan da bunu edə bilər. Foto bəziləri üçün şöhrətin, diqqətin artırılması üçün vacibdir. Xüsusilə də, xanımlar fotoya çox meyillidirlər. Onların əsas silahı cazibədir. Bunu da daha çox foto vasitəsilə təsdiqləmək mümkündü. Foto elə bir şeydi ki, müxtəlif səbəblərdən müxtəlif ehtiyaclardan yaranır. Onun vacibliyini nəyəsə bağlamaq mümkün deyil.
Kollektiv fotoda belə insan ilk olaraq özünü axtarır. Başqalarına da öz prizmasından çıxış edərək, özünə görə qiymət verir. Elə təəssürat yaranır ki, sanki hamı bu fotoda onu görür. Əslində o kimsənin vecinə deyil. Çünki başqası da onu yox, özünü axtarır. Bütün insanlara özləri maraqlıdır. Bax, fotonun, şəkil çəkmənin vacibliyi də məhz budur".
//lent.az

Xəbərlər     Baxılıb: 2344   Tarix: 11 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qadın geyimi qis geyimləri 2026 kosmetik vasiteler göyəm turşusu 2026 yaz geyimleri dunyanin gozellikleri qadın və cəmiyyət kosmetika pomidor novruz hakışdaları hakışta məsəllər birlik haqqinda