Gündə 10 min addım həqiqətən də faydalıdırmı?

Gündə 10 min addım həqiqətən də faydalıdırmı?Gündə 10 min addım həqiqətən də faydalıdırmı?Sağlam olmaq üçün gündə 10 min addım atmaq lazım gəldiyini çoxumuz eşitmişik. Bəs, bu rəqəmi ortaya çıxaran hər hansı araşdırma varmı?
Ağıllı telefonlar, pedometrlər və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən xeyli adam var.
Bu sayğacların səhv "saydığını" iddia edənlər də az deyil.
Amma hər iki tərəf razılaşır ki, göstərilən nəticələr insanın nə qədər aktiv olduğu haqqında ümumi təsəvvür yarada bilir.
Siz də gündə neçə addım atdığınızı bilmək istəyirsinizsə, bəzi proqramların maksimum həddinin 10 min olduğunu unutmayın.
10 min rəqəmi hardan əmələ gəlib?
Düşünə bilərsiz ki, 10 min rəqəmi uzun sürən araşdırmaların nəticəsi olaraq ortaya çıxıb. Əslində isə bununla bağlı geniş miqyaslı hər hansı araşdırma yoxdur.
10 min addım fikri 1964-cü ildəki Tokio Olimpiadasından əvvəl satışa pedometr (addım ölçən) çıxaran bir şirkətin kampaniyasından start götürüb.
İdeyanın bu günə qədər gəlib çatması kampaniyanın uğurlu olduğunu göstərir.
O dövrdən sonra aparılan araşdırmalarda 5 min, yoxsa 10 min addımın sağlamlığa daha faydalı olduğu müqayisə edilib və təbii olaraq daha çox addımın daha effektli olduğu aydınlaşıb.
Amma son dövrlərə qədər bu iki rəqəm arasındakı göstəricilər öyrənilməyib.
Harvard tibb fakültəsinin professoru I-Min Lee və onun komandası 70 yaşlarında olan 16 min qadın üzərində araşdırma apararaq gündəlik addım saylarıyla hər hansı səbəbdən ölüm ehtimalı arasındakı əlaqəni öyrənməyə çalışıb.
Qrupdakı qadınların hər biri bir həftə boyunca gündə neçə addım atdığını qeyd edən cihazla hərəkət edib.
Eksperimentdən təxminən 4 il 3 ay sonra qadınların 504-ü vəfat edib.
70 yaşdan sonrası üçün ideal rəqəm - 7500 addım
Sağ qalanların gündəlik orta addım sayı 5500 olub.
Aşkar edilib ki, gündə 4000 min addım atmış qadınların həyatda qalma ehtimalı 2700 addım atanlarla müqayisədə xeyli çoxdur.
Bu nəticə "Nə qədər çox addım atılarsa, o qədər faydalı olar" fikrinin doğru olması qənaətini yarada bilər. Amma araşdırma göstərib ki, addım sayı ancaq bəlli bir həddə qədər sağlamlığa müsbət təsir edir. 7500-dən sonrakı addımlar ömrün uzanmasına səbəb olmur.
Amma araşdırmanın zəif tərəfi də var - 504 nəfərin ölüm səbəbinin xəstəlikdən əvvəlki addım sayıyla bağlı olub-olmadığı məlum deyil.
Araşdırmaya evdən çöldə də yeriyə bilənlər cəlb edilmişdi. Eksperiment iştirakçıları sağlamlıq səviyyələrini özləri dəyərləndirmişdilər. Bəziləri yeriyə biləcək qədər sağlam olduqlarını qeyd etsələr də, səhhətləri çox yeriməyə imkan vermirdi. Yəni mümkündür ki, onlar kifayət qədər sağlam olmadıqlarının fərqində deyildilər və normadan daha az addım atmışdılar.
Buna baxmayaraq araşdırma bu yaş qrupu üçün 7500 addımın kifayət etdiyini üzə çıxardı. Hərçənd daha çox yeriməyin bəzi xəstəliklərə qarşı profilaktika xarakteri daşıması ehtimalı da olmamış deyil.
Ola bilsin ki, daha çox addım atmış iştirakçılar həmişə aktiv həyat tərzi keçirmiş şəxslər olub və daha çox yaşamaları da bundan irəli gəlib. Ona görə də əlavə addımları hesablamaqla onların sağlamlığa tam olaraq hansı şəkildə fayda verdiyini hesablamaq asan deyil.
Psixoloji faktor
Optimal addım sayı həm də psixoloji baxımdan problem yaradır. Gündəlik 10 min addım norması çox yüksək hədəf olaraq bəzi insanları həvəsdən sala bilir.
Üst-üstə bir neçə gün bu hədəfə çata bilməmək onların qanını qaraldır.
Ona görə də hədəfi azaltmaq psixoloji baxımdan daha həvəsləndirici vəziyyət yaradır.
Lakin hətta bu zaman da fasiləsiz olaraq addım sayına fokuslanmaq yeriməkdən zövq alamağa mane ola bilir.
ABŞ-ın Duke Universitetinin əməkdaşı, psixoloq Jordan Etkin aşkar edib ki, addımlarını sayan adamlar daha çox yeriyirlər, amma başqalarına nisbətən yeriməkdən daha az zövq alırlar, çünki bunu bir iş olaraq görürlər. Addımlarını saymayanlarla müqayisədə addımlarını sayanlar yeriməyi bitirəndən sonra özlərini daha az xoşbəxt hiss edirlər.
Addım saymaq ən sağlam insanlara da mənfi təsir göstərə bilir. Çünki daha çox yeriyə bildikləri halda, bəziləri 10 min addım hədəfinə çatmaqla kifayətlənirlər.
Bütün bunlardan hansı nəticəni çıxarmalıyıq?
Əgər addım saymaq sizə həvəsləndirirsə, addımlarınızı sayın, amma bunu da unutmayın ki, 10 min addım hədəfi hər hansı bir fayda vəd etmir.
Sizə uyğun hədəfi özünüz müəyyənləşdirin.
Xəbərdarlıq: Bu məqalə informasiya xarakteri daşıyır və həkim məsləhəti kimi qəbul edilməməlidir. Oxucunun məqalədə yazılanlardan yola çıxaraq özünə qoydğu hər hansı diaqnoza görə BBC məsuliyyət daşımır. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa həkiminizlə məsləhətləşin.
Milli.Az

Xəbərlər     Baxılıb: 1138   Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti