Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır - ARAŞDIRMA

Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır - ARAŞDIRMAGündə 3-4 fincan qəhvə içmək sağlamlıq üçün faydalıdır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu haqda Britaniya Tibb Jurnalı nəşrində dərc olunmuş yazıda bildirilib. Aparılan tədqiqatların nəticəsində məlum olub ki, qeyd edilən miqdarda gündəlik qəhvə içmək ciyər xəstəlikləri və infarktın, eləcə də xərçəngin bəzi növlərinin yaranması riskini azaldır.
Araşdırmada eyni zamanda qeyd olunur ki, hamilələlik dövründə çox qəhvə içmək ziyanlı ola bilər. Ekspertlər bildirir ki, kofeni dərman əvəzinə xəstəliyin qarşısnı almaq üçün qəbul etmək də məsləhət deyil.
Southampton Universitetinin əməkdaşları qəhvənin insan orqanizminə təsirini tədqiq edən 200-dən çox elmi araşdırmanın nəticələrini nəzərdən keçirərək yuxarıda qeyd olunmuş müəyyən nəticələrə gəlib.
Qeyd olunub ki, qəhvə içməyənlərlə müqayisədə gündə 3 fincan içənlərdə ürək xəstəliyinin yaranması və ya bu növ xəstəliklərdən ölmə riski azalır. Qəhvə içməyin ən böyük xeyri isə ciyər xərçəngi riskinin azaldılması hesab olunub.
Eyni zamanda professor Paul Roderick qəhvənin sağlamlığa təsiri təhlil edilərkən qeyd edib ki, insanın yaşı, siqaret çəkib-çəkməməsi, idmanla məşğul olması kimi amillər də nəzərə alınmalıdır.
Qəhvə az içilərsə, sağlamlıq üçün daha faydalıdır. Alimlər həmçinin, qəhvəni çox miqdarda şəkər, süd və ya qaymaq və eləcə də müxtəlif növ yağlı qəlyanaltılar qəbul etməmişdən öncə içməyi məsləhət görür.
Professon Elise.G qeyd edib ki, çox miqdarda qəhvə içməyin orqanizmə necə təsir göstərməsinə hələlik tam aydın deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1582   Tarix: 14 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler