Günəbaxan yağı və onun faydası

Günəbaxan yağı və onun faydasıDietoloqlar iddia edirlər ki, günəbaxan yağı kərə yağından dəfələrlə faydalıdır. Tərkibində E vitamini vardır ki, o da hüceyrələri sərbəst radikallardan qoruyur, tromb əmələ gəlməsinə mane olur, onkoloji xəstəliklərə qarşı təsir edir. F vitamini, eləcə də A və D vitaminləri isə ateroskleroz, miokard infarktı, ürək-damar sisteminin digər xəstəliklərinin əmələ gəlməsinə mane olur. Xalq təbabətində tromboflebit, diş ağrıları, mədənin, bağırsağın, qaraciyərin ağciyərlərin xroniki xəstəlikləri zamanı istifadə edilir.

Orqanizmin təmizlənməsi, immunitetin yüksəlməsi, soyuqdəymə xəstəliklərinin, parodontozun, tonzillitin profilaktikası üçün:
səhər acqarına 5-7 dəqiqə ərzində ağız boşluğunu əvvəlcə 1 xörək qaşığı rafinə olunmamış yağla, sonra isə ilıq qaynanmış su ilə yaxalamaq məsləhət görülür.
Avitaminozlar və hipovitaminozlar zamanı: qaysı qurusu üzərinə rafinə olunmuş yağ əlavə edilir, 7 gün qaranlıq yerdə saxlanılır, süzülür. Gündə 1-2 x.q. yeməkdən əvvəl və ya salatlara əlavə edilərək qəbul edilir.

Mədə və onikibarmaq bağırsağın xorası zamanı: gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 3 x.q. araq və bitki yağı qarışdırılır, qapaqla möhkəm qapanır, çalxalanır, birdəfəyə içilir.
Öd daşı, öd yollarının və öd kisəsinin iltihabı xəstəlikləri zamanı:
Hər səhər acqarına 1 x.q. rafinə olunmamış günəbaxan yağı içmək məsləhət görülür.

Davamlı öskürək zamanı:
1 x.q. günəbaxan yağını buğda unu, quru xardal tozu, balla qarışdırın, su hamamında qızdırın, 4 qat tənzif üzərinə çəkin, döş qəfəsinin ağrı, xırıltı olan nahiyələri üzərinə qoyun. Üzərindən isti şərf bağlayın. 2 saat saxlayın. Proseduru vəziyyət yaxşılaşana qədər davam etdirin.
Angina və rinitin (burnun selikli qişasının iltihabı) başlanğıcı zamanı:
yarım stəkan rafinə olunmuş günəbaxan yağını qaynadın, su hamamında 10 dəqiqə saxlayın, soyudun, 1 dilim xırdalanmış sarımsaq əlavə edin, 8 saat saxlayın, süzün və gündə 3-4 dəfə 3-5 (uşaqlara isə 1-2) damcı burun dəliklərinə damızdırın.
Revmatizm, artrit, miozit, radikulit, iflic, eləcə də insultdan sonra hərəki funksiyaları bərpa etmək üçün:
30 ədəd dəfnə yarpağını xırdalayın, üzərinə 1 stəkan günəbaxan yağı əlavə edin, 10 gün qaranlıq yerdə saxlayın, süzün, sıxın və axşamlar ağrı nahiyəsinə çəkin.

Tromboflebit zamanı:
1x.q. balı yarım stəkan günəbaxan yağı və araqla qarışdırın, tənzifə hopdurun, 3-4 saatlıq kompress edin.

Haymorit zamanı:
1:1 nisbətində kerosinlə günəbaxan yağını qarışdırın və gündə 1-2 dəfə yanaqlar, burun və haymor cibləri nahiyəsinə sürtün.

Səs batdıqda:
Su hamamında yarım stəkan günəbaxan yağını qızdırın, təmiz pambıq parçaya hopdurun və gecə boğaz nahiyəsinə kompress edin. Səhər isə kompresi açandan sonra 3-5 dəqiqə ərzində buxaqdan döş qəfəsinə doğru yüngül massaj edin. Bu prosedur qan dövranını yaxşılaşdırır və səs tellərinin funksiyalarını bərpa edir.

Mastit (süd vəzilərinin iltihabı) zamanı:
Bərabər nisbətdə kartof nişastası və günəbaxan yağını qarışdırın, parça üzərinə sürtərək ağrı nahiyəsinə sarğı qoyun. Toxumanın bərkiməsi yox olana qədər proseduru davam edin.

Diz oynağında ağrılar olduqda:
1 x.q naşatır spirti və günəbaxan yağını qarışdırın və gecə kompress edin. Yaxşılaşma müşahidə edilənə qədər davam etdirin.

Əzilmə, sıyrıntı, şişkinlik, qançır olduqda:
Bodyaqa ilə günəbaxan yağını eyni nisbətdə qarışdırıb ağrı nahiyəsinə sarğı qoyun, gündə 2 dəfə dəyişdirin. Yaxşılaşma hiss edənə qədər proseduru davam edin.

Sağlamlıq     Baxılıb: 23032   Tarix: 16 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

kosmetika mehsullari makiyaj etmek qaydalari yay geyimləri 2026 məlhəmlər daglar nece yaranir şeirlər boy uzadan kosmetika cekc pornuxa sağlamlığa aid atalar sözləri gulmeli hakista hesaplama novruz bayrami