Hamar qarın üçün 10 möhtəşəm üsul

Hamar qarın üçün 10 möhtəşəm üsulHamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...

Rahatlanın
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı "bir" sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.

Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.

Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən daha çox piy toplanır.

Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir.

Çoxlu su için
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən köpü aradan qaldırmağa kömək edəcək.

Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə 1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması 1000 mq-dır.

Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.

Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.
Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.
Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.

Gözəllik və Moda     Baxılıb: 5475   Tarix: 07 iyul 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

turlar.az

gozel gorunmek geyim seçimi gözəllik məhsulları ana südü artırmaq tecavuze ugrayan qadinlar hind filmleri süd vəziləri kosmetika oxatan gunay tanisliq novruz bayramina aid hakista maya maskasi