HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHI

HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHIHamiləlik zamanı düzgün qidalanmamaq doğulacaq uşaqda müəyyən fəsadlar yaradır. Mütəxəssislər bildirir ki, hamiləlikdən ən az iki ay əvvəl fol turşusu qəbul etmək lazımdır. Bu vitamin uşaqda onurğa və beyin qüsurlarının yaranma riskini 75 faiz azaldır. Bununla yanaşı, hamiləlikdə fol turşusu ilə zəngin qidalar da qəbul etmək lazımdır.

Ailem.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekoloiya şöbəsinin müdiri Turab Canbaxışovun anadangəlmə deffektlərin qarşısını alan fol turşusu ilə zəngin 10 qida barədə fikirlərini diqqətinizə çatdırır.

Brokoli

Brokoli yeyilə bilən ən yaxşı detoksikasiya edici qidalardan biridir. Yarım fincan brokoli orqanizmi 52 mg fol turşusu ilə təmin edir və bu, gündəlik fol turşusu ehtiyacının 13 faizini təşkil edir. O həm çiy, həm də bişmiş şəkildə qəbul edilə bilər. Bu tərəvəz salat və ya makaron üçün yaxşı bir əlavədir. Bundan başqa, ət ilə kombinə edərək ləzzətli qarnir hazırlaya bilərsiniz.

Qarğıdalı

Qarğıdalı fol turşusu ilə zəngin olan məşhur və möcüzəvi tərəvəzdir. Bir fincan bişirilmiş qarğıdalıda təxminən 34 mg fol turşusu var ki, bu da gündəlik ehtiyacın 9 faizini təşkil edir. Konservləşdirilmiş qidalardan istifadəni tövsiyə etmirik. Bunun əvəzində təbii halda istifadə etməlisiniz.

Maş lobya

Maş lobya bir çox səbəbə görə məşhurdur. Onun əldə edilməsi asandır, ucuzdur və bişirilməsi elə də çətin deyil. Hər gün boşqabınıza bir az əlavə edərək fol turşusu ehtiyacının 4-də 3 faizini ödəyə bilərsiniz.

Sitrus meyvələri

Bir çox meyvələrinin tərkibində fol turşusu var, lakin sitrus meyvələrində fol turşusunun miqdarı ən yüksək səviyyədədir. Xüsusilə naringi fol turşusu ilə zəngindir. Bir naringidə təxminən 50 mg fol turşusu var. Bir stəkan təzə sıxılmış naringi şirəsində bu vitaminin miqdarı daha çox olur. Fol turşusu ilə zəngin olan qidalara papaya, qreyfurt, üzüm, banan, yemiş və çiyələk də daxildir.

Avokado

Avokado Meksika mətbəxinin ən sevimli tərəvəzidir. Yağlı avokadonun bir fincanında 90 mg fol turşusu var. Bu da gündəlik tələbatın 22 faizini təşkil edir. Avokado fol turşusu ilə zəngin olan ən yaxşı qidadır. Eyni zamanda həm də yağ turşuları, vitamin K və qida lifləri ilə zəngindir. Avokadonu sendviç və salatlara qataraq, həm ləzzətli, həm də sağlıqlı qida əldə edəcəksiniz.

Tünd yaşıl yarpaqlı tərəvəzlər

Təəccüblü deyil ki, planetin ən sağlıqlı qidaları hesab olunan yaşıl tərəvəzlər həm də fol turşusu ilə zəngindir. Gündəlik rasiona kələm, ispanaq, ağ turp, kahı əlavə edilməsi fol turşusu ehtiyatının artmasına dərhal təkan verir. Bu dadlı göyərtilərin bir böyük boşqabı gündəlik fol turşusu ehtiyacının hamısını ödəyə bilər.

Asparaqus

Bu bitki fol turşusu ilə zəngindir. Bir fincan bişirilmiş asparaqus, orqanizmi 262 mg fol turşusu ilə təmin edir ki, bu da gündəlik fol turşusu ehtiyacının 62 faizini təmin edir. Asparaqus təkcə fol turşusu mənbəyi deyil, orqanizmin A, C, K vitaminləri və manqan ehtiyacını ödəyir.

Okra

Dünyada mövcud olan texniki bitkilər belə fol turşusu ilə zəngindir. Okra həzm sistemini zərərli maddələrdən təmizləyir, eyni zamanda vitamin və minerallarla təmin edir. Okra fol turşusunun əsas mənbələrindən biridir. Yarım fincan bişmiş okra təxminən 103 mg fol turşusu verəcək.

Brüssel kələmi

Brüssel kələminin fol turşusu ilə zəngin olması heç kim üçün sirr deyil. Bir fincan qaynadılmış brüssel kələmi qəbul edəriksə, gündəlik tövsiyə edilən dozanın təxminən 25 faizini təmin edərik. Bu kələmin tərkibində həmçinin A, C, K vitamini, manqan və kalium kimi vitamin və mineralların səviyyəsi də yüksəkdir.

Çərəz və toxumlar

Balqabaq, küncüt, günəbaxan, kətan toxumu olmasından asılı olmayaraq bunlardan hər hansı birinin çiy formada və ya salatlara qatılaraq yeyilməsi qidaya kifayət qədər fol turşusunun əlavə edilməsi deməkdir. Günəbaxan və kətan toxumunda fol turşusunun miqdarı daha çoxdur - bir fincanda 300 mg qədər. Çərəzlər, xüsusilə badam və fıstıq fol turşusu ilə zəngindir.

Ailə və Uşaq     Baxılıb: 7678   Tarix: 02 fevral 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

qadin sayti geymler 2026 geyim necə seçməli dırnaqlara qulluq yeni dogulmus korpeye lazim olan esyalar xəyanət cinsi problemlər kosmetika hakisda vetene aid atalar sozu layla qadin.az faydalı bilgilər