Hamiləlik zamanı üzdə yaranmış ləkələr

Hamiləlik zamanı üzdə yaranmış ləkələrHamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir: üz dərisində piqmentasiya pozğunluğu yaranır, yəni dəridə ləkələr əmələ gəlir. Bu hal daha çox hamiləliyin ikinci dövründə baş verir. Hamiləlik zamanı ləkələr alın, yanaq, çənə və dodaq ətrafında yaranır. Belə ləkələrin üstü hamar olur, günəşin şüalarının təsiri nəticəsində bu ləkələr daha çox arta bilər.

Hamiləlikdə ləkələrdən azad olmaq üçün bu maskadan istifadə edin:
*Bir qədər quşüzümü meyvəsindən götürüb əzin, maskanı ləkələr olan hissələrə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Tədricən ləkələr ağarıb tamamilə yox olacaqdır.
*Bir ədəd xiyarı götürüb sürtgəcin xırda gözündən keçirin ya da ki, blenderdə əzin. Maskanı üz dərisinə çəkin, 20-25 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Bu maskanı gün ərzində bir neçə dəfə etmək olar.
*Hər gün üzünüzü qatıqla yuyun. Qatıq ləkələrin ağarmasını təmin edir.
*Limon şirəsi və adi suyu 1:10 həcmində qarışdırıb losyon hazırlayın. Bu losyonla üzünüzü hər gün silin. Tədricən ləkələr ağaracaq və yox olacaqdır.

Ləkələrin ağarmasına kömək olacaq bir vasitə də kosmetik gildir.
* Belə bir maska hazırlayın:
1 xörək qaşığı ağ kosmetik gilin üzərinə
1,5 çay qaşığı soda
0,5 çay qaşığı talk
bir az da 3 %-li hidrogen peroksidi əlavə edin.
Qarışdırıb üzünüzə çəkin, 15-20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun. Dərinizin qurumasının qarşısını almaq üçün üzünüzə qidalandırıcı krem çəkin.
Piqment ləkələrindən bir dəfəlik azad olmaq üçün maska hazırlayın:
Bir və ya yarım xörək qaşığı nişastanın üzərinə bir qədər limon şirəsi əlavə edib qarışdırın. Ləkələrin olduğu yerlərə çəkin. 25 dəqiqə saxlayıb yuyun.

Normal və yağlı dəri üçün maska:
*Qırmızı və ya qara qarağatı əzin, salfeti ona batırıb 10-15 dəqiqəlik təmizlənmiş üz dərisinə qoyun. Bu şirəyə siz həmçinin yumurtanın ağını da qata bilərsiniz. Amma bu zaman maskanı üzdə 20-25 dəqiqə saxlamaq lazımdır. Bu proseduru hər axşam 2 həftə ərzində etmək lazımdır. Bu meyvələrdə, duzlu kələm və limonda olduğu kimi epidermisi təmizləyən çoxlu miqdarda C vitamini var. Ona görə də bu meyvələri içəri də qəbul etmək lazımdır.
*Baş soğanın şirəsini balla 1:1 həcmində qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə saxlayıb nəm salfetlə üzünüzdən silin. Sonra üz dərisini quruluyun.
Xardallı maska:
*Belə maska qan dövranını yaxşılaşdırır, iltihabı götürür, piqment ləkələri ilə yanaşı həm də sızanaqları da aparır. Bu maskanı hazırlamaq üçün bir az xardal tozunu götürüb üzərinə su və ya süd əlavə edib üzünüzə çəkin. Dəriniz qıcıqlandıqda dərhal maskanı yuyun.

Gözəllik və Moda     Baxılıb: 4418   Tarix: 25 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

turlar.az

sade makiyaj sekilleri geyim seçimi toy makiyaji sekilleri milli yemekler is qurmagin yollari sərxan kərəmoğlu faydalı məsləhətlər kosmetika kökəlmək üçün qizlar rəksanə nagillar buga burcu