Hamiləlikdə D vitamini çatışmazlığının fəsadları

Hamiləlikdə D vitamini çatışmazlığının fəsadlarıMərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.ü.f.d., Dr. Təranə Bayramova "Həkim məsləhəti" rubrikasında "Hamiləlikdə D vitamininin rolu" mövzusunda ətraflı məlumat verib.
"Hazırda dünya əhalisinin 40-80%-ində D vitamini çatışmazlığı qeyd olunur. Orqanizmdə D vitamini sintezi insanların yaşadığı coğrafi zonadan, sosial şəraitdən və geyim tərzindən asılı olaraq dəyişir. D vitamini xolesteroldan sintez olunan və yağda həll olan steroid tərkibli bioloji aktiv maddədir. D vitamininin ən vacib qaynağı onun dəridə sintezi və nazik bağırsaqlardan absorbsiyasıdır.
Milli.Az bildirir ki, insan orqanizmində D vitamini ehtiyacının 90%-i günəş şüalarının təsiri ilə sintez olunmaqla, 10%-i isə qida maddələri ilə təmin olunur. D vitamininin orqanizmdə əsas rolu kalsium, fosfor metabolizmi və sümük mineralizasiyası ilə əlaqəlidir. Bunlardan əlavə hüceyrə proliferasiyası və immun sistemin təşkilində D vitamininin funksionallığı görülməkdədir. D vitamini pankreatik β hüceyrələrə təsir etməklə insulin sekresiyasının tənzimində və insulinə rezistentliyin azalmasında da əhəmiyyətli rol oynayır. Son dövrlərdə aparılan araşdırmalar D vitamini çatışmazlığının və reseptor polimorfizminin raxit, I tip şəkərli diabet, ürək-damar xəstəlikləri, psoriaz, şizofreniya, Kron xəstəliyi, revmatoid artrit, çoxsaylı skleroz və vərəm xəstəliklərinin yaranması üçün risk faktoru olduğunu göstərmişdir.
Hamiləlik müddətində D vitamininə ehtiyac daha da artır. Bu səbəblə hamilələr D vitamini çatışmazlığı baxımından risk qrupuna aiddir. Hamiləlik zamanı ana qanında 25-hidroksi D vitamini miqdarının aşağı olması həm ana, həm də döldə bir sıra neqativ hallara gətirib çıxara bilər. Aparılan tədqiqatlar hamilələrdə D vitamini çatışmazlığının preeklampsiya, hestasional diabet, xolestaz, periodontal xəstəliklər, bakterial vaginoz, dölün bətndaxili inkişaf ləngiməsi, vaxtından əvvəl doğuş, cərrahi yolla doğuş riskini artırdığını göstərir. D vitamininin surfaktant sintezində iştirak etdiyi, dölün ağciyərlərinin inkişafında da rol oynadığı sübut edilmişdir. Bununla əlaqəli olaraq vaxtından əvvəl doğulmuş uşaqlarda D vitamini çatışmazlığı ilə respirator distres sindromu arasında əlaqənin olduğunu göstərən araşdırmalar mövcuddur. Qeyd etmək lazımdır ki, D vitamini səviyyəsi aşağı olan analardan doğulan uşaqlar raxit xəstəliyinə daha meylli olur və bu uşaqlarda I tip şəkərli diabet, bronxial astma və allergik rinit kimi immun sistemin disfunksiyası nəticəsində yaranan xəstəliklərə daha çox rast gəlinir.
Hamiləlik zamanı D vitamini çatışmazlığı davam edərsə, erkən yaşda sümük əriməsi - osteoporoz yarana bilər. D vitamini yetməzliyinə bağlı hamilələrdə çanaq və bel sümüklərində ağrılar meydana çıxa bilər. D vitamini çatışmazlığı zamanı orqanizmdə kalsium səviyyəsi pozularaq sümüklərdə kalsiumun qana keçməsi baş verir və sümüklərdə yumşalmalar yaranır. Sınıqlar baş verir, əzələ gücü azalmış olur. Nəticədə yerimə, enmə-qalxma hərəkətləri çətinləşir. Yıxılma riski artır, yorğunluq, bədənin bütün hissələrində ağrılar, depressiya, yuxu pozulmaları, yaddaşsızlıq baş verə bilir.
Yüksək risk qrupuna daxil olan qadınlara hamiləlik və südvermə zamanı D vitamini təyin olunmalıdır. Həm anada, həm də yenidoğulmuşda D vitamini çatışmazlığının profilaktikası məqsədilə hamiləlik müddətində 12 həftədən sonra günlük 400-1600 İU D vitamini təyin edilə bilər. Qeyd etmək lazımdır ki, düzgün qəbul edilmiş günəş vannası dərman istifadəsindən daha yararlıdır. Gündüz vaxtı 30 dəqiqə günəşlənmə ilə 10000-25000 İU vitamin D sintez olunur. Hamilənin yaşayış və geyim tərzindən, dəri rəngindən, bədən çəkisindən asılı olaraq həftədə ən azı 3 dəfə günəş işığı ilə birbaşa təmas və D vitamini ilə zəngin qidaların (balıq, yumurta, göbələk və süd məhsulları) qəbulu məsləhət görülür". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 15 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

qadın geyimi sac duzumleri qaşların formalari bal şəfadı ana və körpə sızanaqlara qarşı maskalar döş əmən kişilər kosmetika haxista qaynana hakista babasil novruz hakısdası paxlava