Hamiləliyin planlaşdırılması və hamiləliyə hazırlıq

Hamiləliyin planlaşdırılması və hamiləliyə hazırlıqKörpənin doğulmasına dair keçirilən hazırlıq mərhələsi çox məsuliyyətli bir iş hesab olunur. Gələcəkdə hamiləliyin özündə, doğuşda və körpənin sağlamlığında heç bir problemin yaranmaması naminə, ilk öncədən hamiləliyə hazırliq vacibdir. Əgər hamiləliyi planlaşdırırsınızda, o zaman ilk növbədə nədən imtina etməyə, hansı müayinələri yerinə yetirməyə diqqət yetirməniz labüddür?

Hamiləliyi planlaşdırmaqda olan qadının sağlamlığı, hamiləlik müddətində mənfi təsirə səbəb olan xəstəliklərin istisna olunması, eləcə də sağlam körpə gələcəyinin təmin olunması proqramın qarşıya qoyduğu başlıca məqsəddir.Belə olan halda, əgər siz hamiləlikdən qorunmaq üçün hormonal kontraseptivlərdən istifadə edirsinizsə, gərək planlaşdırdığınız hamiləlik vaxtına qədər hələ minimum 2-3 ay öncədən onların qəbulunu dayandırasınız. Hamiləliyin planlaşdırılmasına hələ 3 ay qalmışdan sinir borusu qüsurlarının meydana çıxma riskinin aşağı salınması məqsədilə fol turşusunun qəbulu məsləhət görülür.

Əgər siqaret çəkirsinizdə, o zaman, çalışmalısınız ki, bu adətinizdən imtina edəsiniz. Belə ki, siqaret çəkmə ilə dölün ləng inkişafı arasında əlaqənin olduğuna dair sübut olunmuş faktlar mövcuddur. Bundan başqa siqaret çəkmə hamiləliyin gedişi, eləcə də körpənin baş-beyin funksiyalarındakı pozğunluqların yaranma riskinin artmasına səbəb olan amillərdən biridir. Əgər hamilə qalmağa cəhd göstərirsinizsə, o zaman spirtli içkilərin qəbuluna məhdudiyyətlər qoymalısınız. Siz nə zaman hamiləliyin başlayacağından xəbərsiz ola bilərsiniz, lakin həmin vaxt, hamiləliyin ilk həftələrində, gələcək körpənin orqanlarının qurulduğu anda alkoqolun təsiri çox təhlükəli və riskli patoloji halların yaranmasına səbəb ola bilər .

Hamiləliyə başlamazdan əvvəl rentgen müayinəsindən keçin. Həmin vaxt peyvəndin də yerinə yetirilməsi daha məqsədəuyğun olardı. Bəzi vaksinlərin vurulması belə anlarda heç də təhlükəli hesab olunmur. Lakin məxmərək kimi peyvəndin hələ hamiləliyin planlaşdırıldığı andan 3 ay öncə edilməsi zəruri hesab olunur. Əgər hər hansı bir xəstəliyiniz varsa və buna müvafiq olaraq dərman preparatları qəbul edirsinizsə, o zaman bütün bunların hamiləliyə toksiki təsiri haqda həkim-ginekoloqunuzla məsləhətləşin. Ola bilsin ki, hamiləlik dövründə sizə səhhətinizə və körpənizə zərər verməyəcək digər əvəzləyici preparatlar təyin edilsin.

Yaşdan asılı olaraq somatik xəstəliklərin mövcudluğu, əvvəlki hamiləlik müddətindəki xüsusiyyətlərinə və həkimin geniş müzakirəli konsultasiyasından sonrakı nəticələrə əsasən təyin edilmiş proqramın bazasını genişləndirə bilər. Sağlam bir körpəni daşımaq və dünyaya gətirmək üçün evli cütlüyün hamiləlikdən öncə belə təsir edə biləcək təhlükəli infeksiyaların olmadığına əminlik nöqteyi nəzərindən analizlərinin verilməsi zəruri hesab olunur.

Hamiləlikdən öncə həyat yoldaşınızla birgə ginekoloqa müraciət etməyiniz daha məqsədəuyğun olardı. Hamiləliyə hazırlıq proqramının hələ hamiləliyin planlaşdırılmasından 3 ay öncədən keçirilməsi məsləhət görülür. Belə olan halda müayinə zamanı aşkarlana bilən əksər problemlər bu dövr ərzində öz həllini tapa bilər.

Ailə və Uşaq     Baxılıb: 4952   Tarix: 06 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli qadin sayti tərbiyə tecavuze ugrayan qadinlar uşaqlara yemək hazırlama seks hekayələri 2026 kosmetika xerçeng qurd xəstəliklərinə qarşı mualicə lakonizm bayatı sevgi