Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ?
Gilasın tərkibində sağlamlıq üçün vacib olan bir çox faydalı maddələr var - A, B qrupu, C, PP vitaminləri, kalium, maqnezium, dəmir və bir çox digər vacib minerallar, orqanik turşular, pektinlər və s.
Həm qırmızı, həm də ağ gilasın kimyəvi tərkibi oxşardır. Lakin bəzi maddələrə görə qırmızı gilas daha faydalı hesab edilir. Belə ki, qırmızı gilasın tərkibində "antosian" maddələri var. Bu maddələr kapilyar və damarların divarlarını möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərindən qoruyur, xərçəngin inkişafı riskini azaldır, orqanizmi cavanlaşdırır. Gilasın rəngi nə qədər tünddürsə, onun tərkibində olan antosianlar bir o qədər də çoxdur.
Qırmızı gilasın turş növləri daha faydalı sayılır. Onların tərkibində sağlamlıq üçün vacib olan orqanik turşular daha çoxdur.
Qırmızı gilas dəmirlə zəngindir ki, bu da onu ağ gilasla müqayisədə daha faydalı edir.
Ağ gilasin yeganə üstünlüyü ondan ibarətdir ki, bu gilas növü qırmızı gilasla müqayisədə allergiyaya daha az hallarda səbəb olur. Allergiyaya meyilli olan insanlar bunu nəzərdə tutmalıdır.
Saglamolun.Az
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür