Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?

Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur.
Adları çəkilən xəstəliklərin əmələ gəlməsində qanın laxtalanma qabiliyyətinin yüksək olması səbəb olur. Belə ki, laxtalanmaya meyilli qanda asanlıqla tromblar əmələ gəlir və bu tromblar qan damarlarında asanlıqla hərəkət edirlər.
Trombların ürəkdə, beyin damarlarında tıxannıb qalması isə həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi həmin nahiyədə oksigen aclığına səbəb olur və xəstəlik əmələ gəlir.
Yuxarıda yazılan patologiyaların baş verməməsi üçün isə qanın laxtalanmasını nəzarət altında saxlamaq və laxtalanma sürətini azaltmaq lazımdır. Qanın laxtalanmasının qarşısını almaq üçün çoxlu dərman preparatları vardır. Amma, siz qida rasionunuza nəzarət edərək qanınızın laxtalanmasının qarşısını ala bilərsiniz.
Aşağıdakı qidalar sizin qan laxtalanmasızı azaldacaq, tromb əmələ gəlməsinin qarşısını alacaq və bu səbəbdən meydana çıxan xəstəliklərin qarşısını alacaq.
1. Gün ərzində ən azı 5-6 stəkan adi su için. Təbii su qan laxtalanmasının qarşısını alan vasitələrdən biridir.
2. Gündəlik rasionunuza zeytun və ya kətan yağı əlavə edin.
3. Alma sirkəsini suya qatıb için. Bu zaman 1 çay qaşığı sirkəni 1 stəkan ilıq suda həll edin.
4. Hər gün qidanıza soğan və ya sarımsaq əlavə edin.
5. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar qanda tromb əmələ glməsinin qarşısını alır.
6. Çuğundur şirəsi qanı duruldur.
7. Tünd şokolad qanı duruldur.
8. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır.
9. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur.
10. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, çiyələk, böyrütkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrin birindən ən azı 200 qram yemək lazımdır.
11. Hər günkü, qidalarda zəncəfildən istifadə etmək qa lxtalanmasının qarşısını alır.
Aşağıdakı qidalar qanın laxtalanmasına səbəb olur:
- ət bulyonu
- kolbasa
- hisə verilmiş qidalar
- ağ çörək
- şorabalar
- bəzi bitkilər pişikotu, gicirtkən, qarğıdalı saçağı, qırxbuğum, dazıotu, itburnu və s. Bu bitkilərin dəmləmələrini uzun müddət içdikdən sonra fasilə vermək və sonra yenidən qəbul etmək lazımdır.
Çoxlu miqdarda duzlu qida qəbulu, siqaret, sidikqovucular və hormonal preparatlar da qanın laxtalanmasına səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1012   Tarix: 27 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler hamilelikde qidalanma pomidorun ziyani qadin.az döşlər endirimli paltarlar kosmetika novruz bayramına aid hakışda atalar sözü klitor bayatılar fitat