Havada olan 5 ən zəhərli maddə

Havada olan 5 ən zəhərli maddəNəfəs aldığımız hava Sağlamlığın qorunmasında mühüm rol oynayır. Çirkli hava astma, tənəffüs yolu xəstəlikləri, ağciyər xərçəngi və allergiyaya səbəb ola bilər.
Statistikaya görə, vaxtımızın 90%-ni qapalı yerdə keçiririk və evlərin 95%-də havanın keyfiyyəti ilə bağlı problemlər var. Orta hesabla bir insanın gündə 23000 dəfə nəfəs aldığını nəzərə alsaq, gündə nə qədər toksin udduğumuzu təsəvvür edə bilərsiniz!
Sağlam həyat tərzi sürmək üçün insanların çoxu pəhrizə əməl edir, zərərli içkilərdən imtina edir və yuxu rejiminə riayət edir. Ancaq az adam havanın sağlamlıq üçün nə qədər vacib olduğundan xəbərdardır. Havası az olan otaqlarda yaşayan və ya işləyən insanlarda çox vaxt ürək-damar, otoimmün xəstəliklər, eləcə də bəzi xərçəng növlərinə rast gəlinir.
Özünüzü və yaxınlarınızı bu nəticələrdən qorumaq üçün əvvəlcə ətraf mühitinizdə hansı çirkləndiricilərin üstünlük təşkil etdiyini müəyyənləşdirməlisiniz və sonra onlardan qurtulmağa çalışmalısınız.
Publika.az oxucuları atmosferdəki beş ən zəhərli maddənin siyahısı ilə tanış edir:
1. Tütün tüstüsü
Havada olan 5 ən zəhərli maddəSiqaret tüstüsü qapalı məkanlarda əsasın hava çirkləndiricilərindən biridir. ABŞ və Avropanın bir çox hissəsi ictimai yerlərdə siqaret çəkməyi qadağan etsə də, xərçəngin əsas səbəbi olaraq qalır. Siqaret çəkməsəniz də, onun tüstüsü sizə ciddi ziyan vurur, insult və infarkta səbəb ola bilər.
Tütündə bir çox kanserogen var, eyni zamanda allergik xəstələrə və astmatiklərə zərər verir. Onun tüstüsü uşaqlar üçün xüsusilə zərərlidir, çünki onlarda astma yarada bilər və ani körpə ölüm sindromu riskini artırır.
2. Tikinti materialları
Havada olan 5 ən zəhərli maddəBir çox tikinti materialında təhlükəli "uçucu üzvi birləşmələr" var. Belə maddələr xüsusilə parket yapışqanlarında, izolyasiya materiallarında və boyada olur. Onlar potensial kanserogen olan formaldehid, arsen, ksilol və benzol kimi toksinləri ehtiva edir. Bu kimyəvi maddələrlə təmasda dəridə qaşınma, ürəkbulanma, baş ağrısı, zəiflik və başgicəllənmə ola bilər.
Yenicə təmir olunmuş mənzilə daxil olmusunuzsa, otaqları yaxşı havalandırın və hər şeyin quruması üçün təmirin bitməsini gözləyin.
3. Kif və nəm
Havada olan 5 ən zəhərli maddəKif təbii nəmli yerlərdə (vanna otağı, çardaq, zirzəmi) meydana gəlir və vaxtında müdaxilə etməsəniz tez böyüyür. Kif və çürüyən bakteriyalar təhlükəli mikotoksinlər istehsal edir, bu da zəiflik, təngənəfəslik, iltihab, ürək bulanması, ishal və depressiyaya səbəb ola bilər. Evdə kif diqqətlə təmizləyin, o havaya, oradan isə nəfəs yollarına daxil ola bilər.
4. Toz, polen və digər hissəciklər
Havada olan 5 ən zəhərli maddəAllergiyaların çoxu toz və polen hissəciklərindən qaynaqlanır, odur ki, evinizi və iş yerinizdə otağın havasını təmiz saxlamaq vacibdir. Ev heyvanlarından çıxan toz, eynilə yun və ya lələk havaya daxil olur. Beləliklə insanlarda tənəffüs çətinliyinə səbəb olur.
Digər ümumi hava çirkləndiriciləri burun axmasına, asqırma, göz yaşarması və nəfəsalmada çətinlik yarada bilər.
5. Təmizləyici məhsullar, hava təravətləndiriciləri və pestisidlər
Havada olan 5 ən zəhərli maddəBu maddələrin hamısında havanı zəhərləyən və sağlamlığa zərər verən toksinlər var. Onların tərkibində ağardıcı, triklosan, formaldehid və neft məhsulları kimi kimyəvi maddələr var ki, bunlar da nəfəs almaq üçün təhlükəlidir: tənəffüs problemlərinə və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2546   Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

geyim dəbləri adlarin menasi toy makiyajlari hamilələrin qidalanması gözəl xanım ancelina colinin sekilleri ilhamə qasımova kosmetika qiz burcu klitor pizza yemekler meseller