Heç bir dərman qəbul etmədən HIV-dən tamamilə sağaldı

Heç bir dərman qəbul etmədən HIV-dən tamamilə sağaldıİndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-dən tamamilə sağala bilib. İndi isə Argentinadan olan alimlər daha bir unikal hal barəsində xəbər veriblər. Belə ki, Esperansa şəhərindən olan bir qadın İİV-ə qarşı heç bir dərman qəbul etmədən İİV-dən təbii yol ilə tamamilə sağalıb və üstəlik sağlam övlad dünyaya gətirib. Əgər alimlər həmin qadının orqanizminin özünü malicə üsulunun necə reallaşdığını anlaya bilsələr, onlar İİV xəstəliyi üzərində qalibiyyət elan etmiş olacaqlar. İİV-dən əziyyət çəkən şəxslərin yalnız 0.5%-i elit nəzarətçilər sinifinə daxildirlər. Elit nəzarətçilər dedikdə İİV-ə sahib olmalarına baxmayaraq ona qarşı heç bir dərman preparatı qəbul etməyən, heç bir simptoma sahib olmayan və İİV ilə aktiv şəkildə mübarizə aparan immun sistemini özlərində birləşdirən insanlar nəzərdə tutulur. Bu cür insanlar illərlə heç bir dərman preparatı qəbul etmədən təbii yollarla öz orqanizmlərində İİV-in inkişafına yol vermirlər.
Alimlər hələ də bu cür nadir insanların orqanizmlərində mövcud olan mexanizmlərin necə çalışdıqlarını anlamırlar və bu sirri açmaq üçün əllərindən gələni edirlər. Heç bir dərman preparatını qəbul etmədən İİV-dən tamamilə azad olmaq məsələsi də sirr olaraq qalır. Dərman qəbul etmədən İİV-ə tamamilə qalib gəlmiş ilk şəxs Loreen Willenberg adlı amerikalı qadındır. Onun hal hazırda 67 yaşı var və o artıq 30 ildir ki, öz orqanizmində virus üzərindəki idarəetməni təmin edir. İndi isə Argentinadan olan alimlər daha bir unkial hal barəsində məlumat veriblər. Esperansa adlı şəhərdən olan qadın İİV ilə müabrizə üçün nəzərdə tutulmuş dərman preparatlarını qəbul etmədən təbii yolla İİV-dən tamamilə azad ola bilib. Həmin qadına İİV diaqnozu 2013-cü ildə təyin edilmişdi. Belə ki, qadının orqanizmində antibədənlər aşkar edilmişdi.
Buna baxmayaraq qadın həmin vaxta kimi heç bir İİV simptomunu özündə müşahidə etməmişdi. 2017-ci ildən Argentinadan və ABŞ-dan olan alimlər həmin qadının milyarddan çox hüceyrəsinin DNT-ni analiz edirlər və hələ də virusun mövcudluğuna dair bir işarə tapa bilmirlər. 2020-ci ildə qadın tamamilə sağlam övlad dünyaya gətirib və hal hazırda yenidən hamilədir. Hal hazırda alimlər orqanizmin təbii yolla virusdan necə qurtulduğunu anlaya bilmirlər. Lakin məlum olan odur ki, qadının orqanizmində hansısa səbəbə görə İİV-in bütün zülallarına qarşı antibədənlər yaranmayıb. Bu cür effekt yalnız dərman preparatlarının ilkin mərhələdə qəbul edilmələri sayəsində baş verir. Lakin bu unikal hadisədəki qadın İİV-ə qarşı heç bir dərman preparatı qəbul etməyib. Çox güman ki, təbii immun müdafiəsi virusun orqanizmdə yayılmasından və immun sistemini zədələməsindən öncə İİV replikasiyasını dayandırmağı bacarıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1365   Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti adlarin menasi qutab xemiri murebbelerin hazirlanmasi psixoloq meslehetleri hamiləlik dövrü kosmetika pehriz dieta kondom birlik qurd xəstəliklərinə qarşı mualicə