Həddindən çox tərləmənin 7 səbəbi

Həddindən çox tərləmənin 7 səbəbiHəddindən çox həyəcanlanma zamanı insanlarda tərləmələr baş verə bilir.Bu sinir sisteminin həddindən artıq oyanması zamanı baş verir. Bunun qaşısını isə müxtəlif psixoterpiya müalicələri və yerli kosmetik vasitələrlə alırlar. Ən çox da yerli olaraq talk və müxtəlif tər əleyhinə losyonlar tərləmələrin qarşısını ala bilir. Uzun illərin müxtəlif araşdırmaları tərləmələrin aşağıdakı səbəblərdən baş verdiyini təsdiq edib.
1. Stress
 Tərləmənin əsas səbəblərindən biri stressdir. İnsanların bir qismində tərləmə strss zamanı meydana çıxır. Bu simpatik sinir sistemi səbəbindən baş verir. Stress zamanı insanların üzü, ovcunun içi,kürəyi, üst dodağı ilə burnunun ara hissəsi tərləyir. Stress səbəbli meydana çıxan tərləməni stress əleyhinə dərman vasitələri ilə aradan qaldırmaq olur.
2. Köklük
 İnsanların əksəriyyəti köklükdən tərləyir. Orqanizmdə normadan artıq piyin olması tərlənməni əmələ gətirən birinci səbəbdir. Bu zaman piy toxuması bədənin istiliyinin xaricə çıxmasının qarşısını alır və orqanizmin yegnə çıxış yolu tərləmək olur. Köklük səbəbindən əmələ gələn piylənmənin qarşısını isə arıqlamaqla almaq olur.
3. Yeniyetmə və klimaks dövrü  
Yeniyetməlik və klimaks dövrü insan həyatının hormonlarında dəyişiklikər baş verən dövr hesab edilir. Bu zaman tərləmə orqanizmdə bir siqnal rolu oynayır. Bu zaman əmələ gələn tərləmə hormonların miqdrının orqanizmdə əmələ gətirdiyi istilik səbəbindən baş verir. Bu vəziyyətdən yeganə çıxış yolu isə gigiyenik qaydalara əməl eləməkdir.
4. Qalxanabənzər vəzin funksiyasının artması
Qalxanabənzər vəzin funksiyasının artması trietoksikoza səbəb olur ki, bunun əlamətlərindən biri də tərləmədir. Triotoksikoz zamanı xəstələr hətta soyuq havalarda belə tərləyirlər. Bu zaman tərləmə ilə birlikdə xəstələrdə yuxusuzliq, zəiflik, əsəbi gərginlik və s. patoloji əlamətlər də meydana çıxa bilir. Vəziyyətdən çıxış yolu endokrinoloqa müraciət etməkdir.
5. Vegetativ damar distoniyası
Vegetativ damar distoniya vegetativ sinir sisteminin xəstəliyi zamanı meydana çıxır ki, bu zaman xəstələrdə güclü tərləmələr müşahidə edilir. Xəstəlik yanlız tərləmə il deyil, həzm sisteminin, tənəffüs sisteminin və istilik mübadiləsinin pozulması ilə müşahidə edilir. Vəziyyətdən çıxış yolu nevroloqa müraciət etməkdir.
6. Uzun müddət antibiotik qəbulu  
Uzun müddət antibiotik qəbul etdikdə bağırsaqların mikroflorası pozulur. Bu isə tərləməyə səbəb ola bilir. Tərləmənin bu səbəbdən əmələ gəldiyi təsdiq olunarsa o zaman bağırsaqların mikroflorasını yaxşılaşdırmaq patoloji əlamətin aradan qalxmasına səbəb olacaqdır.
7. Hamiləlik
Hamiləliyin birici üçaylığında orqanizm baş verən hormonal dəyişikliy öyrəşmə dövrü yaşayır. Bu isə bir çox əlamətlərlə yanaşı tərləmə ilə də özünü biruzə verir. Hamiləliyin ikinci və üçüncü üçaylığında isə orqanizm hamiləlik səbəbli meydana çıxan hormonal dəyişikliyə öyrəşir və tərləmə əlamətləri azalır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1326   Tarix: 24 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yaz geyimleri 2026 maskalar geyim necə seçməli sufle hazirlanmasi paxlavalar ayaqların şişməsi sağlamliq kosmetika burclerin uyumu sekisler uzeyir zəhmət sac duzumleri