Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin

Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsinRamazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur. Yeni növ koronavirus (COVID-19) infeksiyasının immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir. Ona görə də pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Gün ərzində aclıq saatları 15-16 saat davam edir və ona görə səhər yeməyi zamanı 2 ədəd yumurta, duzu az olan pendir və ya kəsmik qəbul etmək məsləhətdir. Səhər-səhər mütləq bir neçə xiyar yeyilməsi məsləhətdir, çünki gün ərzində susuzluğun yatırılmasına kömək edir".
Onun dediyinə görə, sahurda, həmçinin qaymaq, xama, zeytun, süddə bişmiş yulaf da çox faydalı hesab olunur. Ramazan ayı yay fəslinə doğru yekunlaşacağından havalar indikindən daha isti, günlər daha uzun olacaq. Ona görə də hər gün iftardan iki saat sonra çoxlu su içilməlidir.
Həkim-diyetoloq qeyd edib ki, səhər və axşam yeməklərində çörək seçimi edərkən ağ çörəyə yox, kəpəkli çörəyə üstünlük verilməsi daha doğrudur, çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec həzm olunur. Bu, aclıq hissinə qalib gəlməyə kömək edir.
Həmsöhbətimizin dediyinə görə, Ramazanda iftar açarkən iki dəfə qidalanmaq məsləhət görülür, çünki birdən-birə mədəni çox yükləmək olmaz: "İftar süfrəsi təbii ki, duru yeməklə açılır. Şorbanı yeyəndən 15-20 dəqiqə, təxminən yarım saat sonra yenidən süfrəyə qayıdıb qidalanmanı davam etdirmək lazımdır. İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır. Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən 1,5-2 saat sonra meyvə yeyilməlidir, çalışıb yalnız bir meyvə, özü də qabığı soyulmadan yemək lazımdır".
Həkimlər yaşlıların, COVID-19 və digər xroniki xəstəliklərlə mübarizə aparanların oruc tutmasını məsləhət görmürlər, çünki oruc tutanda bütün xəstəliklər daha da kəskinləşə bilər. Oruc tutarkən iftar açanda yeməkləri tələsmədən, ağızda yaxşı çeynədikdən sonra udmaq lazımdır. Tələsərək yeyilən yemək mədədə sancı, şişkinlik, köp və qəbizlik kimi hallara səbəb ola bilər. Belə hallar müşahidə ediləndə yeməkdən sonra razyana, çobanyastığı və nanə kimi bitki çayları dəmləyib içmək lazımdır.
Ramazan.Milli.Az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1857   Tarix: 14 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yay kolleksiyasi kosmetoloq reseptler ədəbiyyat testləri parket döşəmələr 2026 cu ilin modasi əllərin tərləməsi kosmetika novruz bayramina aid yemekler faydalı bilgilər xanim.az pehriz