Həkim-infeksionist: "Omikron"dan qorunmaq üçün

Həkim-infeksionist: Yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamı bir sıra ölkələrdə dominantdır. Bu, həmin ştamın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. Hətta bəzi Qərb ölkələrində "omikron" ştamı "delta"nı da üstələyib. Yoluxduruculuğun sürətli olmasına baxmayaraq, "omikron"la yoluxan xəstələrdə xəstəliyin gedişatı nisbətən zəif olur. Qapanmalar isə xəstələr arasında xüsusən hospitalizasiya halları artdıqda, ölkənin səhiyyə sisteminin ehtiyatı azaldıqda tətbiq edilir. Ölkədə epidemioloji vəziyyətin stabil qalması üçün yoluxmaların sayını bacardığımız qədər minimum səviyyədə saxlamağa çalışmalıyıq. Bunun üçün qapalı məkanlarda hətta ikiqat tibbi maska taxılması tövsiyə edilir.
Milli.Az xəbər verir ki, bu barədə həkim-infeksionist Mədinə Abdullayeva deyib.
Həkim-infeksionist: Həkim-mütəxəssis bildirib ki, "omikron" ştamından qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir: "Hətta "omikron"un yüksək yoluxduruculuğunu nəzərə aldıqda bu qaydaların zəruriliyi daha da artır. Yoluxmadan qorunmaq, virusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlardan, mümkün qədər, uzaq qalmaq, kütləvi toplaşmalarda mütləq tibbi maska taxmaq lazımdır. Həmçinin sosial məsafənin qorunması da zəruri tədbirlərdəndir. Belə olan halda virusun geniş yayılmasının qarşısı alınar, xəstələnənlər infeksiyanı daha yüngül keçirər. Nəticədə səhiyyə sisteminin yükü azalmış olar. İstənilən halda, COVID-19 virusuna qarşı ən yaxşı profilaktika vaksinasiyadır. Ona görə də vətəndaşların peyvəndləmədə fəal iştirakı vacibdir. Vaksinasiyanın iki mərhələsində də iştirak edənlər isə "buster" doza ilə peyvəndlənməlidirlər. Bu, onların "omikron" ştamı ilə yoluxduğu təqdirdə xəstəliyi daha yüngül keçirməsinə səbəb olacaq".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətləndirilməsini zəruri hesab edir. Pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşdırılması vacibdir. Ona görə də, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də "buster" doza vurduranların sayının azlığıdır.
Yaxın həftələrdə dünyada "omikron" ştamı ilə əlaqədar olaraq növbəti dalğanın başlayacağı ehtimal edilir. ÜST-nin proqnozlarına əsasən, mart ayında Avropa əhalisinin yarısından çoxu "omikron" ştamına yoluxacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 19 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay kolleksiyasi sade makiyaj sekilleri gelinlikler yuxu yozmalar həyat tərzi yaz salatlari paltar modelleri kosmetika qoğalın nağlı masturbasiya nedir lakonizm qiz evi ucun pehriz